Icma.az
close
up
RU
“ONLAR TRAMPIN AYAĞINA QAPANIB QUYRUQLARINI YELLƏDƏCƏKLƏR” Putin

“ONLAR TRAMPIN AYAĞINA QAPANIB QUYRUQLARINI YELLƏDƏCƏKLƏR” Putin

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putinin “Rossiya” telekanalının müxbiri Pavel Zarubinə müsahibəsinin daha bir hissəsi yayılıb. Kreml rəhbəri deyib ki, müasir Avropada öz fikrini müdafiə edə biləcək siyasətçi yoxdur.

Putinin sözlərinə görə, Hitler dövrünün tarixi yaddaşından başqa müasir alman cəmiyyətinin nasizmlə artıq heç bir əlaqəsi yoxdur və uzun illər əvvəl baş vermiş hadisələrə görə insanlar hüquqlarından məhrum edilməməlidir.

Xatırladaq ki, amerikalı milyarder İlon Mask bu yaxınlarda ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasının seçki tədbirində video bağlantı vasitəsilə çıxışı zamanı oxşar ritorikadan istifadə edib. Mask toplaşanları “Almaniyanın böyük gələcəyi üçün” mübarizəyə çağırıb və deyib ki, onlar “valideynlərinin və hətta ulu babalarının səhvlərinə görə cavab verməməli” və “tarixi günaha görə həddən artıq narahat olmalıdırlar”.

Almaniya kansleri Olaf Şolz isə Maskın AfD-yə dəstəyini “tamamilə qəbuledilməz” adlandırıb. Almaniyanın böyük şəhərlərində sağ populistlərə qarşı kütləvi etiraz aksiyaları keçirilib.

Putin qeyd edib ki, Avropa siyasətində öz fikrini və dünyaya baxışını müdafiə edə bilən şəxslər yoxdur. Belə şəxslərə misal olaraq Putin Rusiyayönlü fikirləri ilə tanınan Şarl de Qoll, Fransua Mitteran, Villi Brandt, Helmut Kol və Almaniyanın keçmiş kansleri Gerhard Şröderi xatırladıb.

Putin həmçinin bildirib ki, Aİ siyasətçiləri “Vaşinqtondan gələn istənilən əmri yerinə yetirirlər”. Onun sözlərinə görə, sərt xasiyyəti ilə tanınan ABŞ-ın yeni prezidenti Donald Trampın Ağ Evə gəlişi ilə onlar tezliklə “ağanın ayağına qapanıb quyruqlarını yumşaq bir şəkildə yelləyəcəklər”.

Yanvarın 27-də nasistlərin ən məşhur ölüm düşərgələrindən biri olan Oşvitsin azad edilməsinin 80 illiyi ilə bağlı keçirilən anım mərasimindən danışan Putin, təşkilatçıların Rusiya nümayəndə heyətini oraya dəvət etməmək qərarını “utancverici” adlandırıb. Prezidentin sözlərinə görə, ən azı düşərgəni azad edən sovet əsgərlərini, yaxud onların nəslinin nümayəndələrini dəvət etmək məntiqli olardı.

Putin mərasimdə Ukrayna nümayəndə heyətinin iştirakından qəzəbləndiyini bildirib. Onun fikrincə, Ukrayna rəsmiləri nasistləri alqışlayırlar və milli qəhrəmanları Stepan Banderanın Holokostda olduğu kimi yəhudilərin, polyakların, rusların məhvinə görə şəxsən məsuliyyət daşıyırlar.

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Fevral 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri