Icma.az
close
up
RU
Trampın nüvəsizləşdirməylə bağlı açıqlaması buna hesablanıb ANALİTİK

Trampın nüvəsizləşdirməylə bağlı açıqlaması buna hesablanıb ANALİTİK

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ administrasiyası nüvəsizləşdirmə məsələsini Rusiya və Çinlə müzakirə etmək istərdi. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O qeyd edib ki, ilk prezidentlik dövründə bu məsələni Moskva və Pekinlə artıq müzakirə edib və bu cür məsləhətləşmələri bərpa etməyi planlaşdırır: 

"Hər kəs nüvə silahından qurtulsaydı, əla olardı. Hazırda ən çox Rusiya və bizdədir. Dörd-beş ildən sonra Çin də eyni rəqəmə sahib olacaq və hamımız nüvə silahından qurtula bilsək, əla olardı, çünki nüvə silahının gücü sadəcə dəlilikdir. Bu, ağılsızlıqdır".

Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a söyləyib ki, Trampın bu açıqlamasında səmimi mövqe olduğu şübhəsizdir:


“Çünki Tramp ilk hakimiyyəti dövründə olduğu kimi indi də dünyada hərbi gərginliyin arxa plana keçməsindən yanadır. Bu gün Rusiya və Amerika əsas nüvə başlığı olan ölkələrdir. Çin də bu prosesə yaxınlaşmaq üzrədir. Ukrayna müharibəsindən sonra Fransanın nüvə başlıqlarının digər ölkələrə paylaşdırılmaq məsələsi də gündəmdədir. Almaniya Fransa və Böyük Britaniyadan belə nüvə çətiri istəyir. Amma əgər dünyada nüvəsizləşdirmə məsələsi başlayarsa, Fransanın nüvə çətiri olaraq Avropanı nə qədər qoruya biləcəyi sual altındadır. Lakin nüvə başlıqlarının yayılması baxımından başqa proses baş tuta bilər. Donald Tramp administrasiyasının əsas siyasəti Avropanın güclənməsinin qarşısını almaqdır. Nəticə etibarıyla beynəlxalq müstəvidə nüvəsizləşdirməylə bağlı müəyyən razılaşmalar sözügedən prosesin qarşısını ala bilər. Digər tərəfdən isə Yaxın Şərqdə İran nüvə məsələsində aktuallaşıb. Beynəlxalq ictimaiyyətin, xüsusilə Amerikanın əsas tələbi İranın nüvə silahı əldə etməməsi ilə bağlıdır. Qarşıdakı dövrdə isə İranın Çinlə əməkdaşlıq edərək nüvə silahını inkişaf etdirmə ehtimalı var. Çünki hazırda Tramp Rusiya ilə anlaşır və Amerikanın əsas regional hədəfi Çindir. Çinin İran üzərindən Rusiya və Amerika razılaşmalarını pozmaq niyyəti ola bilər. Ukrayna müharibəsindən bir müddət öncə nüvə beşliyi razılaşmanı yeniləmişdilər. Həmin razılaşmaya görə nüvə silahının yayılmasının qarşısını almağa çalışırdılar. Eyni qərarlar indi də qüvvədədir”.


Ekspert qeyd edib ki, Trampın sözügedən mövqeyi regional risklərlə bağlıdır:

“Dünyada, xüsusilə Amerika fonunda baş verən proseslər yeni dünya nizamının qurulmasından xəbər verir. Belə qlobal proses həm də əvvəlki nizamın pozulmasıyla nəticələnə bilər. Belə olan halda nüvəylə bağlı anlaşmaların da arxa plana keçmə ehtimalı böyükdür. Tramp administrasiyası dünya nizamında nüvəylə bağlı prosesin dəyişməsindən narahatdır. Ona görə də Tramp Rusiya və Çinlə nüvəsizləşdirmə məsələsinə yenidən baxmaq istəyir. Eyni zamanda Amerika Çinlə iqtisadi müharibəyə başlayacaq. Bu isə dünyanın yenidən qurulma prosesinin tərkib hissəsidir. Belə olan halda yenə siyasi mübarizələrdə nüvə silahının rıçaq kimi istifadə edilməsini aktuallaşdırır. Görünən odur  ki, Trampın nüvəsizləşdirməylə bağlı açıqlaması həm də buna hesablanıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Mart 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri