Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Trampın Panama təhdidi , yoxsa Çinə qarşı soyuq savaş ? (ŞƏRH)

Trampın Panama təhdidi , yoxsa Çinə qarşı soyuq savaş ? (ŞƏRH)

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp seçkiqabağı vədlərini həyata keçirmək üçün artıq fəaliyyətə başlayıb. Onun seçkiqabağı vədləri arasında Panama kanalı ilə bağlı məsələ də yer alır. Trampın fikrincə, vaxtilə ABŞ-nin inşa etdiyi və nəzarətdə saxladığı kanal ədalətsiz olaraq Panama dövlətinə təhvil verilib və bu "səhv” düzəldilməlidir. 

Bu günlərdə ABŞ dövlət katibi Marko Rubio Trampın təlimatıyla Panamaya səfər edib. Aydındır ki, Rubionun bu səfəri Panamaya xəbərdarlıq mahiyyəti daşıyır. 

Ekspertlər hesab edir ki, Rubio Trampın iki mesajını Panama rəsmilərinə çatdırıb: "Birincisi, Çinin Panamada iqtisadi fəallığının qarşısı alınmalıdır, ikincisi, kanalın işlənməsində ABŞ-ın maraqları nəzərə alınmalıdır".

Dövlət Departamentinin sözçüsü Temmi Bryus verdiyi açıqlamada Donald Trampın "Çin Kommunist Partiyasının Panama kanalı ərazisi üzərində mövcud təsir və nəzarət mövqeyi Amerika üçün təhdid mahiyyəti daşıyır" fikrini xatırladıb. 

Rubionun özü də Panamadakı görüşlərdə mövcud vəziyyəti "qəbuledilməz" adlandırıb və Vaşinqtonun istədiyi dəyişikliklərin həyata keçirilmədiyi halda ölkəsinin kanalın Panamaya təhvil verilməsi barədə 1977-ci ildə imzalanan sazişdən çıxacağını bildirib. 

Bu əsasda yaranan əsas sual odur ki, Panama hökuməti Trampın bu təzyiqləri qarşısında geri çəkiləcəkmi? Yoxsa ölkə iqtisadiyyatına güclü təsirləri olan Pekinlə daha da yaxınlaşmaq yolunu seçəcək? 

Əslində, Trampın Panamaya qarşı təhdidləri bu ölkədən daha çox Çinə yönəlik təhdidlərdir. Çünki Çinin son illər Panama iqtisadiyyatında rolu xeyli artıb. Çin Panama kanalına böyük miqdarda investisiya yatırmaq müqabilində kanalın idarəetmə hüququnu öz əlinə alıb. Birmənalı şəkildə aydındır ki, Panamanın Trampın təzyiqləri qarşısında tam gətirməsi mümkünsüzdür. Bu isə o anlama gəlir ki, Panama hökuməti Vaşinqtona güzəştə getməli olacaq. Bunu artıq Panama Prezidenti Xose Raul Mulinonun açıqlamalarından da görmək olar. O, Trampın təklifinin əleyhinə çıxsa da, Vaşinqtonla ortaq məxrəcə gəlmək istəyini gizlətməyib. 

Deməli, Panama qonşusu olan super gücün qarşısında geri çəkilməyə məhkumdur. 

Mulino artıq ölkəsinin Çinin "Bir kəmər, bir yol" təşəbbüsündə iştirakını davam etdirməyəcəyini açıqlayıb. Prezident həmçinin bildirib ki, ölkəsi Çin şirkətlərinin idarə etdiyi limanlarda audit aparır və 2017-ci ildə imzalanmış sazişin vaxtı bitməmiş layihədən çıxmağı nəzərdən keçirir. 

Bu açıqlamalar onu deməyə əsas verir ki, Panama Trampın istəklərinə müsbət cavab verməyə məhkumdur. 

Qeyd edək ki, ABŞ Panama kanalını 1914-cü ildə istifadəyə verib və 1999-cu il dekabrın 31-dək istismar edib. 1977-ci il sentyabrın 7-də Vaşinqtonda panamalı general Omar Torrijos və o zamankı ABŞ prezidenti Cimmi Karter tərəfindən imzalanan Torrixos-Karter müqavilələri Panama Kanalı Zonası kimi tanınan müstəmləkə anklavının 85 illik fəaliyyətini dayandırılır və kanal Panamanın nəzarətinə keçir. Əvəzində Panama ölkəsinin neytral qalacağına söz verib. Onu da bildirək ki, Trampdan əvvəl Corc Buş da Panamanı təhdid edib. 

Onun dövründə 1989-cu ilin dekabrında hətta ABŞ qoşunları bu ölkəyə müdaxilə də edib. Bu müdaxilənin məqsədi ABŞ hakimiyyəti tərəfindən qəsb və narkotik alverinə görə axtarışda olan Panamanın faktiki hökmdarı, general Manuel Norieqanı devirmək idi. Əməliyyat 1990-cı il yanvarın sonunda Noryeqanın təslim olması ilə başa çatır. Onu da vurğulayaq ki, açıldığı tarixdən 2002-ci ilədək Panama kanalından 800000 gəmi keçib. Hər il bu kanal vasitəsilə təqribən 203 milyon ton yük daşınır. Panamanın iqtisadi inkişafında ona görə də həmin kanalın mühüm əhəmiyyəti vardır.Yəni kanal ölkənin əsas gəlir mənbəyidir. Bu mənada Panama hökuməti ABŞ istəklərinə müsbət cavab verməsə deməli sanksiyalara məruz qalmaqla iqtisadiyyatının yenidən çökməsinə də bais ola bilər. Həmin vəziyyət isə ölkədə narazılığın artması və Mulinonun devrilməsinə gətirib çıxara bilər. Buna görə də Panama Prezidentinin Trampın istəkləri qarşısında geri çəkiləcəyi birmənalıdır. 

Əks təqdirdə, Tramp hətta Corc Buşun addımını təkrarlayıb, istəyinə çatmaq üçün Panamaya qoşun göndərməsi ehtimalı da istisna deyil. Hər halda görünən odur ki, Tramp öz seçkiqabağı vədlərinin həyata keçməsində israrlıdır və bu yolda ən zəif halqa olan Panamadan başlamaqla təhdid etdiyi digər ölkələri də dərs götürməyə sövq etmək istəyir... 

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Fevral 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri