Trampın Pompeo və Heyliyə vəzifə verməyəcək
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Prezident seçkilərində qalib gələn Donald Tramp əvvəlki administrasiyasının üzvlərini komandasına dəvət etmək niyyətində olduğu barədə iddialara cavab verib.
Qaynarinfo xəbər verir ki, Respublikaçı keçmiş dövlət katibi Mayk Pompeonu və ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli dəvət etmək niyyətində olduğunu inkar edib.
"Mən keçmişdə onlarla işləməkdən böyük həzz almışam və ölkəmizə xidmətlərinə görə onlara təşəkkür etmək istərdim”, deyə Tramp "Truth Social” hesabında yazıb.
Onun sözlərinə görə, gələcək Nazirlər Kabinetinin tərkibi formalaşdırılır.
"CBS News" xəbər verir ki, Donald Tramp əvvəlki administrasiyanın üzvlərini öz komandasına dəvət edə bilər. Pompeonun adı müdafiə naziri postuna mümkün namizədlərdən biri kimi göstərilib.
Qeyd edək ki, Donald Trampın inauqurasiya mərasimi 2025-ci ilin yanvarına planlaşdırılıb.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 10 Noyabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















