Icma.az
close
up
RU
Trampın Ağ evə gəlişi İran üçün kabus olacaq Pompeo

Trampın Ağ evə gəlişi İran üçün kabus olacaq Pompeo

Icma.az, Lent az saytına istinadən bildirir.

Donald Trampın administrasiyasında ABŞ-ın dövlət katibi olacaq Mayk Pompeo deyib ki, Trampın Ağ evə qayıtmasının İrana qarşı sərt "maksimum təzyiq" siyasətinin yenidən başlayacağını söyləyib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, bu barədə İran müxalifətinin lideri Məryəm Rəcəvi ilə İran Milli Müqavimət Şurasının Fransadakı qərargahında baş tutan görüşdə danışıb.

Pompeonun sözlərinə görə, Tramp yeni prezidentlik müddətinin ilk günündən “qanlı diktatura” kimi xarakterizə etdiyi Ayətullah Xamenei rejiminə qarşı qətiyyətli addımlar atmaq niyyətindədir. Pompeo vurğulayıb ki, Tehranı iqtisadi və diplomatik cəhətdən təcrid etməyə yönəlmiş siyasətlər keçmişdə özünü doğruldub və davam etdirilməlidir.

O, həmçinin ABŞ-dakı demokrat siyasətçiləri və Avropa İttifaqının liderlərini İran rejimini “rahatlaşdırmaqda” günahlandırıb və 2015-ci ildə Obama administrasiyası zamanı imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının uğursuzluğunu xatırladıb.

2018-ci ildə Tramp Tehranın terrorçu qrupları maliyyələşdirməyə davam etdiyini və sazişin şərtlərini pozduğunu əsas gətirərək nüvə sazişindən çıxıb. Bunun müqabilində İran iqtisadiyyatına ciddi zərbə vuran sərt sanksiyalar tətbiq olunub.

Pompeo həmçinin İranın bölgədəki son uğursuzluqlarını, o cümlədən Suriyada Bəşər Əsədin devrilməsi və Livanda “Hizbullah”ın zəifləməsini qeyd edərək, bunları İranın nüfuzunun azalmasının “birbaşa nəticəsi” adlandırıb. O əlavə edib ki, HƏMAS Qəzzada tam məğlubiyyət ərəfəsindədir və Tehranın bölgədəki hərəkətləri onun əvvəlki mövqelərini saxlaya bilmədiyini nümayiş etdirir.

İran müxalifətinin lideri Məryəm Rəcəvi Pompeonun bəyanatını dəstəkləyərək molla rejiminə təzyiqlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

O, İran Milli Müqavimət Şurası və İran Xalq Mücahidləri Təşkilatının ölkədə demokratik dəyişikliklər uğrunda mübarizəyə rəhbərlik etməyə hazır olduğunu bildirib və beynəlxalq ictimaiyyəti İran xalqının müqavimət haqqını tanımağa çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 Yanvar 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri