Icma.az
close
up
RU
Trampın Rusiya sevgisi bitdi

Trampın Rusiya sevgisi bitdi

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanını nəzərdən keçirdiyini bildirib. "Reuters" agentliyi xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib. Amerika lideri əlavə məhdudiyyətlərin tətbiqi məsələsinin tam şəkildə gündəmdə olduğunu vurğulayıb. Tramp, eyni zamanda, Rusiyanın Ukraynaya son kütləvi zərbələrindən narazılığını ifadə edib. Trampın ritorikasının şərtləşməsinə bir neçə amil təsir edib. İlk növbədə Rusiyanın son zamanlar artan hərbi aktivliyi - Vladimir Putin Ukraynanı İstanbul danışıqlarına dəvət etməsinə baxmayaq bu ölkəyə qarşı sərt bombardman siyasətini davam etdirir. Bu müddət ərzində Rusiya aviasiyası Ukraynanın əsas sənaye obyektlərinin, xüsusilə də enerji məntəqələrini hədəf seçərək həmən yerlərə ciddi zərbələr endirir. Rusiyanın bu davranışı rəsmi Kiyev və onun müttəfiqləri tərəfindən beynəlxalq hüququn prinsiplərinin pozulması və regional sabitliyə təhdid kimi xarakterizə edilir. İkinci bir məsələ isə Trampın özünün komanda daxilində ciddi problemlə üzləşməsidir. Komandanın bəzi üzvləri Rusiya qarşısında güzəştli siyasətin tərəfdarı deyil və bu qədər yumşaq siyasətin ABŞ - nin " fövqaldövlət " statusuna ciddi zərbə vuracağını bildirirlər. Tramp 2028 - ci il seçkilərində Respublikaçılar Partiyasının güclü şəkildə getməsi üçün daxili auditoriyanı sakitləşdirməyə çalışır. Bunun üçün onun güclü liderlik obrazı təqdim etməsi mütləqdir. ABŞ - nin ritorikasının şərtləşməsinin üçüncü səbəbi isə onun ənənəvi müttəfiqləri olan Avropa ölkələrinin Rusiya ilə bağlı siyasətinə görə sərgilədiyi mövqedir. ABŞ və Avropa arasında son zamanlar Ukrayna məsələsi ilə bağlı yaranan fikir ayrılığı NATO - nun da mövcudluğunu sual altına qoyurdu. Trampın son açıqlamaları eyni zamanda NATO daxilində yaranmış soyuqluğun aradan qaldırılmasına da kömək edəcək. Rəsmi Moskva ağır sanksiyalara çox da hazır deyil. Son zamanlar Kreml və Rusiya Mərkəzi Bankı arasında yaşanan fikir ayrılıqları da məhz Qərbin yeni sanksiya paketi ilə bağlıdır. Mərkəzi Bank rəhbərliyi bildirir ki, yeni ağır sanksiyalar qarşısında rublu uzun müddət ayaqda saxlamaq mümkün olmayacaq. Əgər ABŞ ilə bərabər Avropa ölkələri də həmrəylik göstərərək Rusiyaya qarşı sərt sanksiya siyasətinə qoşulsalar bunun Moskva üçün çox ciddi nəticələrinin olacağı gözləniləndir.
Zeynal Əmrəliyev
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 May 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri