Icma.az
close
up
RU
Trampın rüsum siyasəti aktivləşir: dünyaya necə təsir edədək?

Trampın rüsum siyasəti aktivləşir: dünyaya necə təsir edədək?

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən bir qədər sonra Avropa İttifaqından idxal olunan mallara əlavə rüsum tətbiq etməyə başladı. Bu, bir çox ölkələr tərəfindən mənfi qarşılandı. Əksər ekspertlər bunun dünya iqtisadiyyatında böhrana səbəb ola biləciyini bildirdilər.

Sonrakı vaxtlarda Tramp ABŞ-yə idxal olunan mallara tətbiq edilən rüsumların yenidən artırılmasını istisna etməyib.

ABŞ Prezidentinin rüsum siyasəti yenidən aktivləşib.

Qeyd edilir ki, ABŞ avqustun 1-dən Avropa İttifaqı və Meksikadan gələn mallara 30 faizlik rüsum tətbiq edəcək.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində məlumat verib: “2025-ci il avqustun 1-dən etibarən biz Avropa İttifaqından ABŞ-yə göndərilən mallara, sektoral rüsumlardan ayrı olaraq 30 faiz dərəcəsində gömrük rüsumu tətbiq edəcəyik".

ABŞ Prezidenti əlavə edib ki, oxşar tədbirlər Meksikaya da tətbiq olunacaq. Trampın bildirdiyinə görə, Avropa və ya Meksika səlahiyyətliləri öz tarifləri ilə cavab vermək qərarına gəlsələr, ABŞ onların məbləğini öz rüsumlarına əlavə edəcək.

Bildirək ki, bundan əvvəl Tramp Kanadadan gələn mallara 35 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. O, kanadalı istehsalçıların öz istehsalını ABŞ-yə köçürə biləcəklərini və bundan sonra heç bir tarif olmayacağını vurğulayıb.

ABŞ-nin tətbiq etdiyi bu rüsum siyasətinin dünyaya təsirləri necə olacaq?

Bu istiqamətdə millət vəkilləri, iqtisadçılar fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.

Qlobal ticarətdə yeni mərhələ

Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib ki, qarşılıqlı tariflər mexanizmindən sonra ABŞ-də rüsum siyasətinin genişləndirməsi müşahidə olunur: “Xüsusən də ABŞ-nin uzun müddət tərəfdaşı olduğu və güclü əməkdaşlıqla müşahidə olunduğu ölkələrə qarşı. O cümlədən Kanadaya, eləcə də Avropa İttifaqına qarşı yeni rüsumlar tətbiq edilməsi də, əslində qlobal iqtisadiyyatda və qlobal ticarətdə yeni bir mərhələdir”.

“Bu, qlobal iqtisadi artım tempinin azalmasına gətirib çıxara bilər”

Deputat əlavə edib ki, ilkin qiymətləndirmə ondan ibarətdir ki, qarşılıqlı tariflər qlobal ticarətə 350 milyard dollara yaxın ziyan vuracaq, yəni azalma ilə müşahidə olunacaq, amma rüsum siyasəti genişləndiyi üçün bu ziyanın məbləği daha da geniş ola bilər: “O baxımdan bütövlükdə qlobal iqtisadiyyat üçün bu tip rüsumların tətbiq edilməsi və qarşılıqlı olaraq rüsumların artırılması arzuolunan deyil. Sözsüz, bu kontekstdə vacib məqamlardan biri də bütövlükdə qlobal iqtisadiyyata və qlobal ticarətə bu rüsum siyasətin təsirlərinin minimumlaşdırılması istiqamətdə fəaliyyətlərin həyata keçirilməsidir. Amma birmənalı şəkildə ABŞ-nin rüsum siyasi təsdiq edir ki, bu qlobal iqtisadiyyat və qlobal ticarət üçün neqativ təsirlərə malik ola bilər və bütövlükdə qlobal iqtisadi artım tempinin də azalmasına gətirib çıxara bilər”.

“Rüsum ticarət üçün əlavə maneədir”

İqtisadçı ekspert Xalid Kərimli söyləyib ki, rüsumların tətbiqi inflyasiyanın artması riskini, dünya iqtisadi artımının azalması riskini yaradır və dünya iqtisadi artımı aşağı düşəcəyinə görə əmtəə bazarlarında qiymətlərə təzyiq formalaşdırır: “Rüsumların ən böyük neqativ tərəfi budur. Rüsum ticarət üçün əlavə maneədir. Əlavə maneə də ticarətin aşağı düşməsinə və ümumi ticari dövriyyənin azalmasına səbəb olur”.

“İşsizlik problemləri yarana bilər”

X.Kərimlinin sözlərinə görə, bu prosesdə bizi narahat ən böyük məsələ ondan ibarətdir ki, rüsumlar əmtəə qiymətlərinə təzyiq formalaşdırır, xüsusən neftin qiymətinin üzərində aşağı istiqamətdə təzyiq formalaşdırır: “Azərbaycana təsiri budur. Dünyaya təsiri qlobal iqtisadi artımın azalması, inflyasiyanın yüksəlməsidir. Çünki bu rüsumu bir ölkə tətbiq edəndə o biri ölkə də buna cavab verir. Qiymətlərin artması inflyasiyanın artmasına, sonra da faiz dərəcələrinin yüksəlməsinə, iqtisadi artımın azalmasına gətirib çıxarır. Təbii ki, iqtisadi artım azalırsa bu, sonradan işsizlik kimi problemləri yarada bilər”.

“Avropa Amerikaya daha çox mal satır, nəinki Amerikadan alır”

İqtisadçı Natiq Cəfərli Avropa ilə danışıqların hələ davam etdiyini söyləyib: “Çünki bu tariflərin avqustun 1-dən tətbiq olunması gözlənilir. Əgər 30 faizlik tarif tətbiq olunarsa və danışıqlar nəticə verməzsə, Avropa da Amerika mallarına adekvat olaraq rüsum tətbiq edə bilər. Amma məsələnin kökü ondan ibarətdir ki, Avropa Amerikaya daha çox mal satır, nəinki Amerikadan alır”.

“Dünya iqtisadiyyatında resessiya təhlükəsi yarana bilər”

İqtisadçının sözlərinə görə, Trampın istəyi odur ki, tariflər vasitəsilə Avropanı məcbur etsin ki, Amerikadan daha çox məhsul alsınlar və daha yüksək qiymətə alsınlar: “Yəni buna görə indi artıq danışıqlar sürətlənir. Əgər tarif müharibələri davam edəcəksə, uzunmüddətli olacaqsa, bu, təbii ki, dünya iqtisadiyyatında daralmaya səbəb ola bilər. Çünki qiymətlər artdıqca, inflyasiya yüksəldikcə istehlak azalır, istehlak azalırsa, istehsal da azalır. Yəni dünya iqtisadiyyatında bir resessiya təhlükəsi də yarana bilər”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 İyul 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri