Icma.az
close
up
RU
Trampın tarif siyasəti: Azərbaycana necə təsir edir?

Trampın tarif siyasəti: Azərbaycana necə təsir edir?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın yeni gömrük tarifləri ilə bağlı qərarı dünya iqtisadiyyatında ciddi narahatlıqlar yaradıb.

Belə ki, Donald Tramp 2 aprel tarixində bütün ölkələrdən ABŞ-yə gətirilən idxal mallarına minimum 10 %-lik rüsum tətbiq etdi.Hazırda bəzi ölkələr üçün bu rüsum daha yüksəkdir: Çin üçün bu tarif 34, Tayvan üçün 23, Vyetnam üçün 46 %, Yaponiya üçün 24 %, Böyük Britaniya üçün 10 %, Avropa İttifaqı üçün isə 20 faiz təyin edilib.Məhz Trampın bu qərarından dərhal sonra maliyyə bazarlarında böhran başladı.

• ABŞ fond bazarları 4 % azaldı,
•Avropa və Almaniya indeksləri 1,5-2 % aralığında gerilədi,
• ABŞ dolları avro və yapon yeni qarşısında zəiflədi,
• Qızılın qiyməti isə tarixi maksimuma çatdı.

Əgər ABŞ-nın bu addımına cavab olaraq digər ölkələr də tarifləri artırsa, bu, genişmiqyaslı “ticarət müharibəsi”nə çevriləcək. Bu halda dünya iqtisadiyyata ciddi şəkildə zərər görə bilər.

Hazırda qlobal iqtisadi artım 3 % civarındadır. Ancaq “tarif müharibələri” bu göstəricini 1,5%-ə endirə bilər. Bu isə bir sıra ölkələrdə iqtisadi durğunluq, yəni resessiya deməkdir.İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında bildrib ki, əgər tariflərin qarşılıqlı şəkildə və davamlı olaraq artırılması baş verərsə, bu, dünya iqtisadiyyatında daralmaya səbəb ola bilər. 

Ekspert hesab edir ki, elə əsas problem də məhz budur."Belə ki, “tarif müharibələri”ndən öncə dünya iqtisadiyyatında ümumi artım tempi təxminən 3 faiz civarında proqnozlaşdırılırdı.İndi isə bu müharibələr səbəbindən artım tempinin yarıya qədər, yəni 1,5 faiz enməsi ehtimal olunur. Bu da bəzi ölkələrdə resessiyaya (iqtisadi durğunluğa) səbəb ola bilər.Nəticədə iqtisadi daralma digər ciddi sosial və iqtisadi problemlərə də yol aça bilər. Ona görə də “tarif müharibələri”nin nə qədər davam edəcəyi olduqca önəmlidir".O qeyd edib ki, burada əsas məqsəd tariflərin daimi olaraq qüvvədə saxlanılması deyil:

“ABŞ bu tariflərdən daha çox təzyiq vasitəsi kimi istifadə edərək qarşı tərəfdən müəyyən güzəştlər əldə etməyə çalışır. Görünən odur ki, Vaşinqton bu məsələyə qalıcı rüsumlardan çox, danışıqlarda üstün mövqe qazanmaq baxımından yanaşır".Onun sözlərinə görə, məlum tarif qərarlarının ölkəmizə birbaşa ciddi təsiri yoxdur."Çünki Azərbaycanın ABŞ-la ticarət dövriyyəsində balans onsuz da Amerikanın xeyrinədir, yəni onlar bizə daha çox mal göndərirlər. Digər ölkələrlə olan ticarət münasibətlərində isə, hətta müəyyən müsbət nəticələr mümkündür.

Məsələn, əgər Çin məhsullarına ABŞ-də 57 %-lik tariflər qüvvədə qalarsa, bu məhsulların bir hissəsi alternativ bazarlara, o cümlədən Azərbaycana yönələ bilər. Bu isə yerli bazarda məhsul çeşidinin artması və qiymət rəqabəti baxımından müsbət nəticə verə bilər.

Amma Azərbaycanın iqtisadiyyatı üçün əsas risk faktoru neft qiymətləridir. Qlobal iqtisadi daralma fonunda enerji daşıyıcılarına olan tələbat azala bilər və bu da neftin qiymətinə birbaşa təsir edər.Neft qiymətlərində ciddi azalma isə Azərbaycan iqtisadiyyatı üçün mənfi nəticələr doğura bilər".

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: Tarif ABŞ Azərbaycan ekspert

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Aprel 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri