Trampın səfər cədvəli dəqiqləşdi! Anıtkabirlə bağlı qərar dəyişdi
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Ankara 7–8 iyul tarixlərində 2025-ci il Haaqa Zirvəsindən sonra əldə olunan irəliləyişlər və NATO-nun əsas prioritetlərinin müzakirə ediləcəyi mühüm Zirvə Toplantısına ev sahibliyi edəcək.
Turkustan.az xəbər verir ki, tədbir çərçivəsində ABŞ Prezidenti Donald Trampın da Türkiyəyə səfəri gözlənilir və onun gündəliyi açıqlanıb.
Ağ Evin yaydığı rəsmi cədvələ əsasən, ABŞ prezidentlərinin əvvəlki Türkiyə səfərlərində adətən yer alan Anıtqəbir ziyarəti bu dəfə proqramda nəzərdə tutulmayıb. Reuters müxbiri Hümeyra Pamuk da bu məqama diqqət çəkərək, proqramın hazırkı versiyasında Mustafa Kamal Atatürkün məqbərəsinə ziyarətin olmadığını, lakin sonradan dəyişikliklərin ola biləcəyini bildirib.
Trampın Ankara səfəri çərçivəsində NATO Liderlərinin İşçi Sessiyası ilə yanaşı, bir sıra ikitərəfli görüşlərin də keçirilməsi planlaşdırılır. ABŞ Prezidenti rəsmi qarşılanma mərasimindən sonra Beştəpə Prezident Kompleksində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 06 İyul 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















