Icma.az
close
up
RU
“Trampın sərvəti rekord sürətlə artır“ “La Vanguardia“ (İspaniya)

“Trampın sərvəti rekord sürətlə artır“ “La Vanguardia“ (İspaniya)

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ prezidenti biznes, siyasət və şəxsi maraqların kəsişməsində milyardlarla dollar qazanır..."

Donald Tramp ABŞ tarixində ən sürətlə varlanan prezidentə çevrilib. Onun ilk prezidentlik müddəti ərzində sərvəti ən azı 2,4 milyard dollar artıb.

Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın "La Vanguardia" nəşri yazıb.

Prezidentlik və sürətlə artan sərvət

Nəşr yazır ki, təkcə 2025-ci ildə Tramp ailəsi daha 1,4 milyard dollar varlanıb - bu, yalnız rəsmi gəlirlərin hesablanmasıdır. Hakimiyyətə gələndə artıq ən varlı prezident sayılan Tramp, ikinci müddətində bu göstəricini daha da artırmağı bacarıb. Bununla yanaşı, onun siyasəti onu hakimiyyətə gətirən sosial təbəqə ilə ziddiyyət təşkil etməyə başlayıb.

Vergi islahatları varlı təbəqənin xeyrinə dəyişdirilib, aşağı gəlirli vətəndaşlar üçün nəzərdə tutulan "Medicaid" proqramının maliyyəsi azaldılıb. 2025-ci ildə tibbi sığorta subsidiyalarının dayandırılması milyonlarla amerikalını sığortasız qoyub. Eyni zamanda idxal rüsumlarının artması qiymətləri yüksəldib: qəhvə 9,2 faiz, ət 6,2 faiz, meyvə 5,5 faiz bahalaşıb. Dövlət sektorunda 238 min iş yeri ixtisar olunub, işsizlik isə 4,4 faizə yüksəlib.

Biznes maraqları və siyasi qərarlar

Trampın fəaliyyəti tez-tez maraq toqquşması ittihamları ilə müşayiət olunur. Onun "Trump Organization" ailə şirkəti xaricdə daşınmaz əmlak layihələrindən gəlir əldə edir. Son bir ildə şirkət 23 milyon dollar qazanıb və bu vəsaitin böyük hissəsi xarici banklarda saxlanılır.

Tramp beynəlxalq arenada aktiv olduğu dövrdə onun ailə üzvləri Oman, Səudiyyə Ərəbistanı və Vyetnamda iri layihələri idarə edib. Məsələn, Vyetnamdakı layihə tamamlandıqdan dərhal sonra Vaşinqtonla Hanoy arasında rüsumların azaldılması barədə razılaşma imzalanıb.
Birinci xanım Melaniya Tramp da diqqətdən kənarda qalmayıb - "Amazon" onun haqqında sənədli film çəkmək hüququna görə 28 milyon dollar ödəyib.

Eyni zamanda, Trampın ikinci inauqurasiyasında texnologiya nəhənglərinin rəhbərlərinin - İlon Mask, Tim Kuk, Mark Zukerberq və Sem Altmanın ön sıralarda yer alması ABŞ-də “texnokratik oliqarxiya” müzakirələrini yenidən gündəmə gətirib.

Kriptovalyuta, məhkəmələr və qlobal əlaqələr

Tramp son illərdə məhkəmə proseslərindən də ciddi gəlir əldə edib. "X" (keçmiş "Twitter"), "Facebook" və "YouTube" ilə bağlı işlərdən, eləcə də "ABC News" və CBS ilə mübahisələrdən milyonlarla dollar kompensasiya qazanıb. Ən böyük qazanc isə öz adını daşıyan kriptovalyutadan gəlib. 

İnauqurasiyadan az əvvəl buraxılan "$Trump" tokeni ailəyə təxminən 867 milyon dollar qazandırıb. "World Liberty Financial" şirkəti vasitəsilə bu gəlirlər daha da artır. Xarici tərəfdaşlarla əlaqələr də diqqət çəkir. Məsələn, Qətər əmiri Tamim bin Həməd Əl Tani Trampa "Boeing 747-8" təyyarəsi hədiyyə edib, bundan sonra ABŞ-Qətər münasibətləri daha da yaxınlaşıb.

Bütün bu amillər göstərir ki, Trampın sərvəti yalnız biznesdən deyil, siyasət və şəxsi təsir imkanlarının kəsişməsindən formalaşır. Hətta "The New York Times" nəşri hesab edir ki, prezidentin illik gəliri orta hesabla 17 min amerikalı ailənin ümumi gəlirinə bərabərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Mart 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri