Icma.az
close
up
RU
Trampın səs verməyə razı saldığı Amiş tayfaları kimdir?

Trampın səs verməyə razı saldığı Amiş tayfaları kimdir?

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

İslahat hərəkatları və dini təzyiqlərlə 18-ci əsrdə İsveçrə və Almaniyadan din azadlığı vəd edən “Yeni Dünya”ya köç edən və bu gün əhalisi 300 minə çatan ənənəvi xristian təriqəti hələ də Avropadan ABŞ-a köçüb gəldikləri şəraitdə yaşayırlar.

News24.az xəbər verir ki, bu təriqətin qurucusu Jakop Ammann adlı isveçrəli idi (1644 - 1712 və ya 1730).

Müasir həyatı və texnologiyanı rədd edən, əl əməyinə və sənətkarlığa önəm verən bu camaat texnologiya nəhəngi ABŞ-da hər cür texnologiyadan uzaq yaşayır.

Çalışqan və nizam-intizamlı bir cəmiyyət kimi tanınan Amişlər öz inanclarına uyğun olaraq son dərəcə sadə və sərt həyat sürürlər.

Amişlər avtomobil əvəzinə at arabalarında səyahət edirlər.

Dolanışığını əkinçilik və heyvandarlıqla təmin edən, hətta traktordan belə istifadə etməyən Amişlər tarlalarını at arabaları ilə şumlayır, müasir təsərrüfat texnologiyaları olmadan məhsul becərərək məhsul yığırlar.

Ailənin bütün üzvləri, o cümlədən uşaqlar tarlada işləyir, inək sağır və ya ev işləri ilə məşğul olurlar. Onlar həm tarlada, tikintidə və ya anbar işlərində kooperativ şəkildə bir-birlərinə kömək edirlər.

Çox uşaq sahibi olmaq ənənəsini davam etdirən Amişlərin hər birinin ən azı 5 övladı var. Amiş uşaqları öz bir otaqlı məktəblərində 8 il təhsil alırlar, ailələr isə 8 ildən sonra uşaqlarını məktəbə göndərmirlər.

İbadəti digər xristianlardan fərqli olan Amişlər iki həftədən bir bazar günləri öz kilsələrinə gedirlər və xidmətdən sonra birlikdə nahar edirlər.

Geyim tərzi ilə də diqqət çəkən bu camaat ümumiyyətlə paltarlarını özləri tikir.

Qadınlar tünd, düz uzun donlar və ağ önlüklər, ağ papaqlar taxırlar. Gənc Amiş qadınları toylarında öz mavi paltarlarını geyinir, evləndikdən sonra gəlinliklərini kilsəyə geyinirlər və öləndə gəlinliklərində dəfn olunurlar.

Kişilər isə tünd rəngli asma şalvar və uzunqol, yaxasız köynək geyinir, yayda saman papaq, qışda isə qara rəngli şlyapa geyinirlər. Bığ saxlamağı qadağan edilən Amiş kişiləri evləndikdən sonra saqqal saxlayırlar.

Elektrik enerjisindən istifadə etmədiyi üçün paltarlarını və qablarını əl ilə yuyan Amişlilər gün batdıqdan sonra işini dayandıraraq evlərinə qayıdıb işıqlandırma üçün kerosin lampalarından istifadə edirlər.

Müharibə əleyhinə olan və hərbi xidmətdən imtina edən Amişlər səs vermir və vergi ödəmirlər, ancaq istehsal etdikləri və satdıqları məhsullara görə gəlir vergisi ödəyirlər.

Qeyd edək ki, ABŞ-da prezidentliyə namizəd Donald Tramp hansısa bir yolla Amişləri ona səs verməyə inandıra bilib və artıq 10 min amişin ona səs verdiyi bildirilir.//lent

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Noyabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri