Icma.az
close
up
RU
Trampın səs verməyə razı saldığı Amiş tayfaları kimdir?

Trampın səs verməyə razı saldığı Amiş tayfaları kimdir?

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İslahat hərəkatları və dini təzyiqlərlə 18-ci əsrdə İsveçrə və Almaniyadan din azadlığı vəd edən "Yeni Dünya"ya köç edən və bu gün əhalisi 300 minə çatan ənənəvi xristian təriqəti hələ də Avropadan ABŞ-a köçüb gəldikləri şəraitdə yaşayırlar.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu təriqətin qurucusu Jakop Ammann adlı isveçrəli idi (1644 - 1712 və ya 1730).

Müasir həyatı və texnologiyanı rədd edən, əl əməyinə və sənətkarlığa önəm verən bu camaat texnologiya nəhəngi ABŞ-da hər cür texnologiyadan uzaq yaşayır.

Çalışqan və nizam-intizamlı bir cəmiyyət kimi tanınan Amişlər öz inanclarına uyğun olaraq son dərəcə sadə və sərt həyat sürürlər.

Amişlər avtomobil əvəzinə at arabalarında səyahət edirlər.

Dolanışığını əkinçilik və heyvandarlıqla təmin edən, hətta traktordan belə istifadə etməyən Amişlər tarlalarını at arabaları ilə şumlayır, müasir təsərrüfat texnologiyaları olmadan məhsul becərərək məhsul yığırlar.

Ailənin bütün üzvləri, o cümlədən uşaqlar tarlada işləyir, inək sağır və ya ev işləri ilə məşğul olurlar. Onlar həm tarlada, tikintidə və ya anbar işlərində kooperativ şəkildə bir-birlərinə kömək edirlər.

Çox uşaq sahibi olmaq ənənəsini davam etdirən Amişlərin hər birinin ən azı 5 övladı var. Amiş uşaqları öz bir otaqlı məktəblərində 8 il təhsil alırlar, ailələr isə 8 ildən sonra uşaqlarını məktəbə göndərmirlər.

İbadəti digər xristianlardan fərqli olan Amişlər iki həftədən bir bazar günləri öz kilsələrinə gedirlər və xidmətdən sonra birlikdə nahar edirlər.

Geyim tərzi ilə də diqqət çəkən bu camaat ümumiyyətlə paltarlarını özləri tikir.

Qadınlar tünd, düz uzun donlar və ağ önlüklər, ağ papaqlar taxırlar. Gənc Amiş qadınları toylarında öz mavi paltarlarını geyinir, evləndikdən sonra gəlinliklərini kilsəyə geyinirlər və öləndə gəlinliklərində dəfn olunurlar.

Kişilər isə tünd rəngli asma şalvar və uzunqol, yaxasız köynək geyinir, yayda saman papaq, qışda isə qara rəngli şlyapa geyinirlər. Bığ saxlamağı qadağan edilən Amiş kişiləri evləndikdən sonra saqqal saxlayırlar.

Elektrik enerjisindən istifadə etmədiyi üçün paltarlarını və qablarını əl ilə yuyan Amişlilər gün batdıqdan sonra işini dayandıraraq evlərinə qayıdıb işıqlandırma üçün kerosin lampalarından istifadə edirlər.

Müharibə əleyhinə olan və hərbi xidmətdən imtina edən Amişlər səs vermir və vergi ödəmirlər, ancaq istehsal etdikləri və satdıqları məhsullara görə gəlir vergisi ödəyirlər.

Qeyd edək ki, ABŞ-da prezidentliyə namizəd Donald Tramp hansısa bir yolla Amişləri ona səs verməyə inandıra bilib və artıq 10 min amişin ona səs verdiyi bildirilir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Noyabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri