Trampın son hədəsindən sonra İran ABŞ ilə birbaşa dialoqu dayandırdı: Gərginlik pik həddə
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Tehran ABŞ Prezidenti Donald Trampın "İran sivilizasiyasını məhv etmək" hədəsindən sonra Vaşinqtonla birbaşa diplomatik təmasları dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, tərəflər arasında danışıqlar vasitəçilər üzərindən davam edir. Nəşrin həmsöhbəti bildirib ki, İran bu addımla "narazılıq və itaətsizlik" siqnalı verməyi planlaşdırıb.
Eyni zamanda, iki Pakistan rəsmisi "Reuters" agentliyinə açıqlamasında qeyd edib ki, Pakistan həm İran, həm də ABŞ ilə əlaqə saxlayır. Lakin əsas problem İran hakimiyyətinin ilkin şərtlər yerinə yetirilməyənə qədər birbaşa danışıqlardan imtina etməsidir.
Bu şərtlərə tam atəşkəsin təmin olunması, İslam Respublikasına təhlükəsizlik zəmanətlərinin verilməsi və təzminat ödənişləri daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 07 Aprel 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















