Icma.az
close
up
RU
Trampın son qərarı iki nüvə dövlətinin taleyini dəyişə bilər

Trampın son qərarı iki nüvə dövlətinin taleyini dəyişə bilər

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini və Ukraynaya əlavə hərbi yardım ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Sənəd Rusiyanın maliyyə, enerji və sənaye sektorlarına qarşı yeni məhdudiyyətləri, eləcə də Rusiya mallarına tətbiq olunan gömrük rüsumlarının əhəmiyyətli dərəcədə artırılmasını ehtiva edir. Qanun layihəsində həmçinin Ukraynaya əlavə hərbi yardım, kreditlərin ayrılması və müdafiə proqramlarının müddətinin uzadılması nəzərdə tutulur.ABŞ Konqresinin bu qərarı Rusiya-Ukrayna münaqişəsinin gedişinə və Vaşinqton-Moskva münasibətlərinə necə təsir göstərə bilər?

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, faktiki olaraq, son proseslər Rusiya ilə ABŞ arasında münasibətlərin yenidən gərginləşdiyini göstərir. Donald Trampın prezident seçilməsindən və Alyaskada keçirilən görüşdən sonra iki ölkə arasında müşahidə olunan yaxınlaşma mərhələsi artıq sona çatmaq üzrədir.

Tramp Moskva ilə Vaşinqton arasında daha sabit və konstruktiv münasibətlər formalaşdırmağa çalışsa da, bu siyasət gözlənilən nəticəni vermədi. O, Ukrayna müharibəsinin dayandırılmasına və tərəflərin sülhə təşviq edilməsinə nail ola bilmədi.

Bunun fonunda ABŞ daxilində də Rusiyaya münasibətdə mövqelər dəyişməyə başlayıb. Çünki Vaşinqton və Moskva bütün cəhdlərə baxmayaraq, qlobal siyasətdə əsas rəqib güc mərkəzləri olaraq qalırlar. Bu rəqabət Ukrayna, Kuba, Venesuela və digər geosiyasi məkanlarda özünü açıq şəkildə göstərir.

Poliqtoloq hesab edir ki, ABŞ administrasiyası Ukrayna məsələsində müəyyən güzəştlər müqabilində Rusiyadan İran istiqamətində daha konstruktiv addımlar gözləyirdi. Lakin Vaşinqton istədiyi nəticələri əldə edə bilmədiyi üçün diqqətini yenidən Ukrayna münaqişəsinə yönəldir.

Turab Rzayev bildirib ki, Ukraynaya maliyyə və hərbi yardımın artırılması, eyni zamanda Rusiyanın enerji, maliyyə və sənaye sektorlarına qarşı yeni məhdudiyyətlərin və sanksiyaların tətbiqi Moskvanın iqtisadi imkanlarını zəiflətməyə hesablanıb.

Məqsəd Rusiyanın hərbi sənayesini və müharibəni maliyyələşdirmək qabiliyyətini məhdudlaşdırmaqdır.

“Bütün bunlar Rusiya ilə ABŞ arasında münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər. Bununla belə, Donald Tramp amilini də nəzərdən qaçırmaq olmaz. Tramp iki ölkə arasında qarşıdurmanın daha da dərinləşməsini və Rusiyanın tam şəkildə küncə sıxışdırılmasını istəmir. Bu baxımdan, onun sözügedən qanun layihəsinə veto qoyması və ya sənədin müəyyən qədər yumşaldılmasına çalışması ehtimalı istisna deyil” - deyə Turab Rzayev bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 İyun 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri