Icma.az
close
up
RU
“Trampın “sualtı diplomatiyası” Putin üçün xəbərdarlıqdır” “Onun mesajının ünvanı Medvedev deyildi”

“Trampın “sualtı diplomatiyası” Putin üçün xəbərdarlıqdır” “Onun mesajının ünvanı Medvedev deyildi”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Moskvanın təxribatlarına cavab olaraq iki nüvə sualtı qayığını “müvafiq ərazilərə” göndərdiyini açıqlayıb.

“AzPolitika” xəbər verir ki, bunu qeyd edən “The Times”-ın yazdığına görə, Trampın bu bəyanatı təhlükəsizlik kontekstində qeyri-adi görünmür. Çünki ABŞ sualtı qayıqları müntəzəm olaraq Rusiyaya yaxın ərazilərə, xüsusən də gərginliyin artdığı dövrlərdə hərəkət edir. Nəşr hesab edir ki, bu bəyanatın iki məqsədi var: “Trampın qəti hərəkət edən adam olduğunu nümayiş etdirmək və Rusiya lideri Vladimir Putinə siqnal göndərmək”.

Məqalədə vurğulanır ki, Tramp əslində Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedevin təhdidlərinə cavab versə də, mesajın əsl ünvanı Medvedev deyil: "Bu, Trampın getdikcə daha çox tənqid etdiyi, lakin hələ də dostluğuna və yaxşı işgüzar münasibətlərinə inandığı üçün birbaşa qıcıqlandırmaq istəmədiyi prezident Putindir. Bu, aydındır, çünki Medvedevin yazısı bazar ertəsi dərc edilib, Putin isə cümə günü, Trampın bəyanatından təxminən bir saat əvvəl onun sülh ultimatumunu rədd edib".

Eyni zamanda, “The Times” qeyd edir ki, ABŞ-nin 71 nüvə sualtı qayığı olsa da, onlardan 14-ü nüvə başlıqları ilə silahlana bilən və 20-yə qədər “Trident II” raketi daşıyan “Ohayo” sinifli ballistik raket gəmiləridir. Bu nüvə silahına malik sualtı qayıqların 8-10 ədədi hər an dünya sularında patrulluq edir: “Ağ Ev inanır ki, Putin Trampın “sualtı diplomatiyası”nın təxribat olmadığını başa düşəcək. Donanmanın missiyası çəkindirmədir, ilk zərbə deyil. Ancaq bu, həm də xəbərdarlıqdır…”

Xarici media onu da qeyd edir ki, Trampın nüvə sualtı qayıqlarının hərəkəti ilə bağlı bəyanatını yoxlamaq mümkün deyil, çünki bu, Pentaqonun ən diqqətlə gizlədilmiş taktiki manevrlərindən biridir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Avqust 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see296

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see130

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri