Icma.az
close
up
RU
Trampın Sülh Planı Ukraynanın bölüşdürülməsi və işğalın rəsmiləşdirilməsi deməkdir ELXAN ŞÜKÜRLÜ

Trampın Sülh Planı Ukraynanın bölüşdürülməsi və işğalın rəsmiləşdirilməsi deməkdir ELXAN ŞÜKÜRLÜ

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında sülh yaratmaq təşəbbüsü ilə təklif etdiyi Sülh Planı dünyanın əsas müzakirə mövzusudur.

Politoloq Elxan Şükürlü Gununsesi.infoya bu aktual mövzu ətrafında danışıb.

Onun sözlərinə görə, Qərb, eləcə də Ukrayna mediası Trampın Zelenskiyə təqdim etdiyi 28 maddəlik Sülh Planının mətnini yayıb və ona 1 həftə vaxt verildiyini açıqlayıb:
“Mətn və məlumat gerçəkdirsə, bu, faktiki olaraq, Putinin müharibənin ilk vaxtlarındakı şərtlərinin əksəriyyətinin qəbul edilməsi, Ukraynanın bölüşdürülməsi və işğalın rəsmiləşməsi deməkdir!

Plana görə, Ukrayna “yüksək təhlükəsizlik zəmanətləri qarşılığında” təkcə Krımdan yox, Donetsk və Luqanskdan da birdəfəlik əl çəkməli olacaq, rus qoşunları isə Xerson və Zaporojyedə tutduqları mövqelərdə qalacaqlar”.

Elxan Şükürlü deyir ki,
Ukraynanın suverenleyi də yalnız sənəd üzərində qalacaq: praktik olaraq, o, tamamilə ABŞ, Avropa İttifaqı və Rusiyadan asılı, gələcək taleyi xarici güclərin əlində olan ərazi halına düşəcək:

“Beləliklə, Harvard Universitetinin Araşdırmalar Mərkəzinin professoru, məşhur sosioloq Samuel Hantinqtonun hələ 1996-cı ildə çap olunan “Sivilizasiyaların toquşması və dünya nizamının yenidən təşkili” kitabında göstərdiyi “Bölünmüş Ukrayna” ssenarisi addım-addım gerçəkliyə çevrilir.

Əslində, ABŞ-ın bütün dünya boyu apardığı siyasətin mahiyyətini və Rusiyaya da dünya nizamında hansı rolun ayrıldığını bilən ağıllı başlar, ciddi analitiklər Ukrayna savaşının məhz bu sonluqla yekunlaşacağını öncədən proqnozlaşdırır, deyirdilər.

Hətta başqa bir nüfuzlu amerikalı – Henri Kissincer müharibə başlayan vaxt açıq şəkildə demişdi ki, Ukraynda sülh üçün o, ərazilərinin bir hissəsindən imtina etməli olacaq.

Ancaq təəssüf ki, bütün dünya boyu aparılan təbliğat bu ağıllı başların sözlərini özünü böyük bir yalana inandırmış axmaqlar və boşboğazlar sürüsünün, yalançı vətənpərvərlərin əliylə möhkəmləndirilmiş kütlə şüuru gurultusunda eşidilməz etmişdi!

Budur, son 4 ildə özünü Zelenskinin “Ukraynanın azadlığı və bütövlüyü uğrunda mübarizə aparan qəhrəman” olduğuna inandıranlar indi onu hakimiyyətə gətirən biznes şəriklərinin müharibənin qızğın dövründə Ukrayna əsgəri üçün ayrılan vəsaiti necə əclaflıqla mənimsədiklərini, talayıb xaricə daşıdıqlarını heyrətamiz təşvişlə izləyirlər!

ABŞ-ın Ukraynanı meydanda tək qoymayacağına inananlar isə Tramp administrasiyasının bu cinayət faktlarını – korrupsiya ilgəyini indi Zelenskinin xirtdəyinə necə keçirdiyini və onu Putinlə razılaşma üçün necə səylə çalışdığını böyük məyusluq əhvalı, peşimançılıq göz yaşları içərisində seyr edirlər…

Bəli, yayılan Sülh Planı layihəsi, hətta ictimai rəyi yoxlamaq üçün bir sənəd olsa belə, bir daha təsdiqləyir ki, Tramp Amerikası Ukraynanın gələcəyini Zelenski ilə görmür və ona başqa yol da saxlamayıb: o, ya amerikalıların istəyi ilə razılaşmalı və şəxsi təhlükəsizliyinə zəmanət alıb qarşıdakı 100 gün içərisində hakimiyyətdən uzaqlaşmalı, ya da cəsarətlə bu razılaşmadan imtina edərək, bütün bu cinayətlərdə əlinin olmadığını 4 ildir övladlarını qurban vermiş Ukrayna cəmiyyətinə sübuta yetirməli və Rusiya ilə sonadək vuruşmağı, ölməyi seçməlidir”.
Şükürlü deyir ki, 2015-ci ilin “Minsk razılaşması”na imza atan Poroşenkonu Ukrayna cəmiyyəti, az qala, vətən xaini qismində görmüşdü və ona yenidən etimad göstərməmişdi:”Görək, indidən “Ukraynanın kapitulyasiya aktı” adlandırılan Trampın Sülh Planı Zelenskiyə hansı aqibəti gətirəcək?”


Firuzə Mahmudova
Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Noyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see202

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see183

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see175

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see143

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see137

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see136

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri