Icma.az
close
up
RU
Trampın tarif qərarlarının Azərbaycan iqtisadiyyatına təsirləri AÇIQLAMA

Trampın tarif qərarlarının Azərbaycan iqtisadiyyatına təsirləri AÇIQLAMA

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Son günlər ABŞ prezidentinin müxtəlif ölkələrə tətbiq etdiyi tarif siyasəti intensivləşib. Bu siyasət dünya iqtisadiyyatına müxtəlif yönlərdə təsir edəcəkdir. Bəs bu siyasət Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Baxmayaraq ki, son tarif artımları Azərbaycana şamil edilməyib, bu siyasət ölkəmizin iqtisadiyyatına dolayı yolla təsir etmək imkanına sahib ola bilər”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Deputat bildirib ki, tarif siyasəti qlobal ticarətin sərtləşməsinə və neft qiymətlərinin düşməsinə səbəb ola bilər:

“Yeni tarif qərarları qlobal ticarət axınlarında yavaşlama, qeyri-müəyyənlik və maliyyə bazarlarında dalğalanmalar yaradır. Bu isə dünya üzrə enerji tələbatının azalmasına gətirib çıxara bilər ki, bu isə Azərbaycanın neft ixracı üçün vacib xarakter daşıyır.Nəticədə, neft qiymətlərinin azalması xarici valyuta gəlirlərinə və icmal büdcə ehtiyatlarına təsir edə bilər.
Tarif siyasəti dolların güclənməsimə və idxalın bahalaşmasına səbəb ola bilər.

Yeni tariflər ABŞ-da inflyasiyanı artırarsa, Federal Ehtiyat Sistemi faizləri yüksəldə bilər. Bu da dolların möhkəmlənməsinə yol açacaqdır. Dünən FED ABŞ-da faziləri azaltmayaraq sabit saxlamaq qərarı belə bir təhlükənin olduğuna işarə edir.

Azərbaycan manatının faktiki şəkildə sabit olmasına baxmayaraq, dolların artan dəyəri idxal olunan malların—xüsusilə ərzaq, dərman və texniki avadanlıqların—qiymətinin yüksəlməsinə səbəb ola bilər. Nəticədə, daxili bazarda inflyasiya təzyiqləri güclənə bilər”.

ABŞ prezidentinin tarif tətbiqinin Azərbaycana təsirlərinə gəldikdə deputat bildirib ki, bütün bunlarla yanaşı bu siyasət Azərbaycanın iqtisadiyyatı üçün yeni fürsətlər də yarada bilər: “Belə ki, ölkəmizin ticarət partnyorlarının tariflərlə üzləşməsi nəticəsində bəzi idxalçılar alternativ bazar və tədarükçü axtarışına keçə bilər.

Bu şərtlər, Azərbaycan üçün kənd təsərrüfatı, tekstil, alüminium, və kimya məhsulları sahəsində yeni iqtisadi fürsətlər yarada bilər.

Yüksək tariflər enerji bazarlarında qeyri-müəyyənlik və qiymət artımına da səbəb ola bilər. Bu isə Azərbaycan üçün qısa müddətli neft gəlirlərində artım potensialı da yarada bilər. 
İstənilən böhranı fürsətə çevirmək iqtisadi siyasətin əsas hədəfidir”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Avqust 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri