Icma.az
close
up
RU
“Trampın təbrik məktubu Azərbaycanı özünə tərəfdaş mövqedə görməsi kimi qəbul edilə bilər”

“Trampın təbrik məktubu Azərbaycanı özünə tərəfdaş mövqedə görməsi kimi qəbul edilə bilər”

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi 28 May Müstəqillik Günü ilə bağlı təbrik etməsi son dövrlər, yəni Bayden administrasiyasından sonra ABŞ-nin Azərbaycana olan münasibətinin dəyişdiyini göstərir. Baydenin, Blinkenin hakimiyyəti dövründə vəziyyət fərqli idi. Onlar tamamilə fərqli mövqeden çıxış edirdilər və Azərbaycana qarşı mövqeləri əməkdaşlıqdan, dostluqdan kifayət qədər uzaq idi. Onlar yalnız və yalnız antiazərbaycan meylli qüvvələrin yanında olmaq kimi bir siyasət yürüdürdülər. Ancaq Trampın münasibətlərində fərqliliklər var”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov söyləyib.

S.Hümbətovun sözlərinə görə, ABŞ Prezidentinin belə bir təbrik məktubu göndərməsi Azərbaycanı, Cənubi Qafqazı özünə tərəfdaş mövqedə görməsi kimi də qəbul edilə bilər: “Eyni zamanda, bu, onun Azərbaycanın enerji siyasətinə olan inamından da irəli gələ bilər. Azərbaycan ümumilikdə götürəndə Avrasiyada açar bir ölkəyə çevrilir. Azərbaycanın yerləşdiyi geostrateji mövqe də onun yürütdüyü çoxvektorlu və balanslı xarici siyasət də bu gün artıq ABŞ-də dəyişən administrasiyanın dəyişən fikirlərini formalaşdırır. O baxımdan düşünürəm ki, Tramp administrasiyası və şəxsən Trampın Azərbaycanla bağlı münasibətləri artıq heç kim üçün sirr deyil. Yəqin ki, bundan sonrakı yanaşması da dostyana və əməkdaşlığa söykənən bir yanaşma olacaq. Bu baxımdan düşünürəm ki, bu təbrik məktubu da əsasən münasibətlərin yenidən normallaşmasına hədəflənən bir mesaj kimi qiymətləndirilə bilər”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 May 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see238

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see217

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see200

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see187

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see172

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri