“Trampın təhlükəsiz olduğunu eşitməyimə şadam” Paşinyandan ABŞ dəki insidentə MÜNASİBƏT
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan demokratik cəmiyyətdə zorakılığa yer olmadığını bildirib.
Redaktor.az xəbər verir ki, o, bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi şam yeməyi zamanı baş verən atışma ilə bağlı verib.
Qeyd olunub ki, Paşinyan sosial media hesabında bu barədə paylaşım edib: "Ağ Ev müxbirlərinin şam yeməyində baş verən narahatedici atışma hadisəsindən sonra Prezident Donald Trampın, Birinci xanımın, Vitse-prezidentin və digər iştirakçıların özlərini təhlükəsiz hiss etdiklərini eşitməyimə şadam".
Məlumata görə, Baş nazir demokratik dəyərlərin vacibliyini vurğulayıb. O qeyd edib ki, demokratik cəmiyyətlərdə zorakılığa yer yoxdur.
Açıqlamada qeyd edilib ki, Paşinyan bugünkü çətinliklər qarşısında ABŞ Prezidentinə uğurlar arzuladığını da ifadə edib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 26 Aprel 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















