Icma.az
close
up
RU
Trampın təklifi Ankara ilə Tehranı üz üzə qoyur

Trampın təklifi Ankara ilə Tehranı üz üzə qoyur

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın Türkiyənin Yəməndə Husilərə qarşı mümkün hərbi əməliyyatlarda iştirakını istədiyini açıqlaması Ankaranın Yaxın Şərq siyasətini yenidən gündəmə gətirib. Türkiyənin Səudiyyə Ərəbistanı ilə müdafiə əməkdaşlığı, Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyi və İranla münasibətləri mümkün hərbi iştirakın regional nəticələri ilə bağlı müzakirələri artırır. 

Modern.az-a açıqlamasında türkiyəli general Yücel Karauz bildirib ki, Türkiyənin Husilərə qarşı birbaşa hərbi əməliyyatlarda iştirakı ölkənin təhlükəsizlik və xarici siyasət maraqları ilə müəyyən dərəcədə üst-üstə düşsə də, ciddi risklər yarada bilər.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə münasibətlərin dərinləşməsi, Körfəz ölkələri ilə iqtisadi və diplomatik əlaqələrin genişlənməsi, Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyi və enerji nəqli marşrutlarının sabitliyi Türkiyənin bu istiqamətdə müəyyən dəstək göstərməsini şərtləndirən amillərdir.

General qeyd edib ki, Türkiyənin müdafiə, kəşfiyyat, hava hücumundan müdafiə və texniki dəstək sahələrində iştirakı onun regional çəkindiricilik imkanlarını artıra bilər. Bununla belə, Husilərin İranla əlaqələri Ankaranın birbaşa hərbi müdaxiləsini daha mürəkkəb geosiyasi seçimə çevirir.

Yücel Karauzun fikrincə, Türkiyənin Yəməndə hücum əməliyyatlarına qoşulması İranla dolayı qarşıdurma riskini artıra bilər:

“Türkiyənin İranla ticarət, enerji və sərhəd təhlükəsizliyi sahələrində qarşılıqlı asılılığı var. Buna görə də Ankara üçün belə bir addımın mümkün nəticələri ciddi şəkildə nəzərə alınmalıdır. İranın regiondakı digər tərəfdaşları vasitəsilə cavab tədbirləri görmək imkanları və Hörmüz boğazı ilə Qırmızı dəniz ətrafında gərginliyin artması bu riskləri daha da yüksəldə bilər”.

General vurğulayıb ki, Husilərin ticarət gəmilərinə hücumları Qırmızı dəniz və Bab-əl-məndəb boğazında gəmiçilik təhlükəsizliyini təhdid edir. Türkiyənin hava hücumundan müdafiə, kəşfiyyat və dəniz təhlükəsizliyi sahələrində verəcəyi töhfə bu marşrutların qorunmasına kömək edə, eyni zamanda enerji bazarındakı qeyri-sabitliyin məhdudlaşdırılmasına şərait yarada bilər.

Lakin onun qənaətinə görə, Türkiyənin birbaşa münaqişəyə qoşulması ölkənin ticarət gəmilərini və regional maraqlarını potensial hədəfə çevirə, İran-Səudiyyə Ərəbistanı rəqabətinin daha da kəskinləşməsinə yol aça bilər.

Yücel Karauz hesab edir ki, Ankara üçün daha məqsədəuyğun yanaşma mövcud müdafiə və texniki dəstək imkanlarını qorumaq, birbaşa Yəmən əməliyyatlarından uzaq durmaq və Qırmızı dənizdə təhlükəsizliyə dolayı töhfə verməkdir.

“Belə bir yanaşma həm İranla gərginliyin artması riskini məhdudlaşdırar, həm də Türkiyənin Körfəz və Qırmızı dənizdəki maraqlarının qorunmasına imkan verər. Trampın açıqlamaları diplomatik təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər. Türkiyənin müdafiəyönümlü siyasətini davam etdirməsi regional balansı qorumaq baxımından əhəmiyyətlidir. Birbaşa hərbi iştirak isə qısamüddətli müttəfiqlik üstünlükləri müqabilində uzunmüddətli geosiyasi xərcləri artıra bilər”,-deyə general əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Oktyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see873

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see304

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see300

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see296

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see284

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see260

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see247

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see214

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see211

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see199

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see198

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see195

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see195

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see195

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see194

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see189

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see182

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see181

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see178

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri