Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

İrana “qardaş” zərbəsi: İrəvan Tehranı ABŞ əsgəri ilə üz üzə qoyur

İrana “qardaş” zərbəsi: İrəvan Tehranı ABŞ əsgəri ilə üz üzə qoyur

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bayden hökumətinin son günlərində Ermənistanla imzaladığı strateji münasibətlərə dair saziş İrəvan üçün təhlükəsizlik qarantı olmaqdan daha çox “ayı xidməti” göstərəcək. ABŞ-nin bu addımı demokratlar administrasiyasında ənənəvi oyunçular olan Rusiya və İranla gərgin münasibətlər fonunda bölgədə möhkəmlənmək cəhdi ilğımı yarada bilər. Ancaq fizikanın təsir əks-təsirə bərabərdir qanunu geosiyasətdə də keçərlidir: Rusiyanın onillər boyu “oylağ”ı olmuş Ermənistanı asanlıqla güzəştə gedəcəyini gözləmək əbəsdir. Üstəlik, unudulmamalıdır ki, Blinken-Mirzoyan sazişinin yanvarın 20-də səlahiyyətlərinə başlayacaq Donald Tramp hakimiyyəti üçün sadəcə geosiyasi ballast olma ehtimalı da az deyil...

Ermənistan kimi kiçik, siyasi alətləri və iqtisadi resursları kasad olan ölkələrin belə addımları uşağın odla oynamasını xatırladır. Son dörd il ərzində İrəvanın Cənubi Qafqaz üçün tamamilə yad ünsür olan Fransa ilə limiti aşmış münasibətlərinin hansı regional gərginliyə səbəb olduğu göz önündədir.

İflasa uğrayan fransız məsuliyyəti

ABŞ-Ermənistan razılaşması fonunda İrəvanın Parislə təhlükəli flirtinin üzərində dayanmağımız təsadüfi deyil. Əgər Paşinyan hökuməti özünə sanballı himayədar axtarırsa, onu regiondan çox-çox uzaqlarda tapırsa, bu halda öz problemlərini həll etmək niyyəti ilə yanaşı, bu coğrafiyanın tarixi aktorlarını da öz üzərinə qaldırmış olur. Bu azmış kimi, belə təmaslar bütün region üçün neqativ rol oynayır. Çünki Fransanın Ermənistanla mübhəm münasibətləri onun İrəvana arxa durmaq niyyətindən daha çox Cənubi Qafqazda möhkəmlənmək istəyinin göstəricisidir. Makron hakimiyyəti illərində Parisin hər hansı belə addımının müsbət nəticələrə səbəb olduğunu iddia etmək isə olduqca çətindir.

Trampın gündəmində olmayan Ermənistan

Tramp administrasiyasının İrəvanla imzalanmış sənədə xüsusi önəm verəcəyi barədə ümidlər dumanlı görünür. ABŞ-nin yeni prezidenti xarici siyasət prioritetlərini artıq elan edib və onun gündəmində çox güman ki, Ermənistan kimi dövlət, “erməni problemləri” kimi hədəf yoxdur. Bununla belə, Blinken-Mirzoyan anlaşmasının ən azı bir fatal fəsadı qaçılmazdır: bölgəmizdə siyasi, enerji və logistik maraqları olan Vaşinqtonun Moskva ilə münasibətlərinin çəpləşəcəyi daha bir region Cənubi Qafqaz ola bilər. Bölgənin güc qütblərinin çəkişmə arenasına çevrilmə ehtimalı region təmsilçiləri üçün təhlükəli tendensiyadır. Hər zaman müstəqil siyasət yürüdən Azərbaycanla yanaşı, milli maraqlarına görə Qərblə münasibətləri pisləşən Gürcüstanın da bu ssenaridən əziyyət çəkə biləcəyi istisna deyil. Bakı ilə yanaşı, Tbilisi də bölgənin qatıldığı qlobal transmilli layihələrin aktiv iştirakçısıdır. Ənənəvi enerji daşıyıcılarının Qərbə tranziti prosesində Gürcüstanın vacib rolu danılmazdır. Tbilisi hazırda aktual olan Orta dəhliz kimi qlobal logistik layihədə, habelə Azərbaycanın bərpa olunan enerji ehtiyatlarının Avropa bazarlarına daşınması prosesində də həlledici bəndlərdən biri kimi çıxış edir. Belə bir reallıqda Paşinyan Ermənistanı bölgənin çiçəklənməsinə xidmət edən layihələrin iştirakçısı etməkdənsə, region üçün təhlükəli çağırışların önündə getmək yolunu seçib.

ABŞ hərbçiləri ilə üz-üzə qalacaq İran

Bu il Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 11 milyard dollara çatıb. Son bir il ərzində bu statistika rəsmən üç dəfəlik artım nümayiş etdirib. Bu rəqəmin nəyin hesabına “şişməsi” hamıya məlumdur. Ancaq mənbəyindən asılı olmayaraq, bu artım Ermənistan büdcəsində və sıravi erməninin rifahında özünü göstərir. İrəvanın ABŞ və ya Parislə bu müstəvidə öyünəcəyi heç nəyi yoxdur. Fransa ilə dövriyyə 200 milyon dollara çatmır. ABŞ ilə də bir o qədər. Ermənistanın ixrac əməliyyatlarının 70-80 faizi Rusiya və MDB dövlətləri ilə ticarətin üzərinə düşür. Rusiya mavi yanacağı Ermənistana dünya qiymətlərindən azı üç dəfə ucuz satır. İrəvanın Vaşinqtonla strateji tərəfdaşlıq sazişinə reaksiya olaraq, Moskvanın bu amillərdən Paşinyana qarşı təzyiq rıçaqı kimi istifadə edəcəyi şübhəsizdir.

Rusiyanın hərbi bazası ən azı 2040-cı ilədək Ermənistandadır. Moskva dəfələrlə bəyan edib ki, hərbi dayağını ləğv etmək niyyətində deyil. Paşinyan isə ABŞ ilə hərbi niyyətli saziş imzalayır, sərhədlərini də faktiki olaraq amerikalı hərbçilərə həvalə edir. Bunun Rusiya ilə yanaşı, İranda hansı narahatlıq doğurduğunu təsəvvür və ehtimal etmək çətin deyil. Tehrandan hadisələrin səssizlik rejimində müşahidə olunması aldadıcı rəy yaratmamalıdır. Zəngəzuru özünün “qırmızı cizgi”si sayan, burada konsulluq açan, Ermənistanı Avropaya nəfəslik qismində görən İranın yük avtomobillərinin sərhəd-keçid məntəqəsində amerikalı hərbi təlimatçıların sərt baxışları altında keçmə səhnəsini görmək iranlı məmurlar üçün xoş olmayacaq mənzərədir...

İran-ABŞ gərginliyi mövzusunu bir qədər də dərinləşdirsək, Vaşinqtonun Ermənistandakı mövcudluğu Tehran ətrafındakı basqı dairəsinin daha da darlaşması deməkdir. İran belə demək mümkündürsə, Azərbaycan və Türkiyədən savayı hər tərəfdən düşmənlə əhatələnmiş duruma düşür. 2020-ci ildən bu yana “kənar hərbi mövcudluq qəbuledilməzdir” deyib duran, az qala hər ay Azərbaycanla sərhəddə hərbi təlimlər keçirən İran “qırmızı cizgi”si saydığı Zəngəzurda Amerika hərbçiləri ilə üz-üzə qalmaq astanasındadır.

Ermənistanının düşünülməmiş addımının məhsulu olan tələsik strateji tərəfdaşlıq sazişi Cənubi Qafqaz bölgəsini ciddi təhlükə ilə üz-üzə qoya bilər. Üç ildir Ukraynada münasibətlərini çözə bilməyən böyük güclər üçün yeni qarşıdurma cəbhəsinin regionumuzda açılma təhlükəsi yerli xalqlara, əsasən də erməni xalqına ürəkaçan perspektivlər vəd edə bilməz. ("Kaspi" qəzeti)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://publika.az
archiveBu xəbər 18 Yanvar 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri