Icma.az
close
up
RU
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar”

Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar”

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ərəstun Oruclu: “Tramp administrasiyası son 80 ildə mövcud olmuş Avroatlantik təhlükəsizlik sistemini sürətlə dağıtmaqdadır. İndiki şəraitdə Ukrayna məsələsi ətrafında yeni ittifaqın yaradılması tarixi zərurətə çevrilir”

Fevralın 19-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında bir neçə illik fasilədən sonra ilk danışıqlar baş tutub. Tərəflər digər məsələlərlə yanaşı, Ukrayna münaqişəsini də müzakirə ediblər. 4,5 saat davam edən danışıqlardan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ölkələr diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. ABŞ dövlət katibi Marko Rubio isə qeyd edib ki, Ukrayna münaqişəsi həll edildikdən sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları ləğv etməli olacaqlar.

Görüşdən üç gün əvvəl ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı, aparılan müzakirələr, sonra verilən bəyanatlar onu göstərir ki, Ağ Ev adminstrasiyası Ukrayna münaqişəsini faktiki olaraq, alver predmetinə çevirib. Ukrayna müharibəsinin həlli ilə bağlı Ukraynasız və Avropasız danışıqlar aparılması maraqlı tərəflərin narazılığı ilə müşahidə olunur. Prosesin bu cür davam etməsinin hansı nəticələrə gətirib çıxarması barədə proqnozlar müxtəlifdir.

Mövzu ilə bağlı AYNA-ya danışan “Şərq Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Amerikada yaşayan azərbaycanlı politoloq Ərəstun Oruclu deyib ki, Ukrayna üzlərindən ABŞ-Rusiya sövdələşməsi Avrasiyanın geosiyasi mənzərəsini əsaslı şəkildə dəyişə bilər:

- Çünki burada söhbət təkcə Trampın Rusiyaya və Putinə ünvanlanan xoş münasibət ifadə edən mesajlardan deyil, həmçinin ABŞ administrasiyasının atdığı real addımların da qlobal və regional gücləri öz siyasətinə korrektələrə məcbur etməsindən gedir. Lakin hesab edirəm ki, əvvəlcə Ukrayna siyasəti kontekstində ABŞ-Rusiya, daha dəqiq desək, Tramp-Putin münasibətləri və onların arxasında duran bəzi məqamlara diqqət yetirmək vacibdir. Burada detallar bəsit görünə bilər, amma bu, heç də reallıqları inkar edə bilməz. Trampın xarici siyasət, xüsusilə də mövcud münaqişələr kontekstində ən çox istifadə etdiyi "sövdələşmə" sözünə təsadüfi yanaşılmamalıdır. Çünki əks halda onun xarici siyasətinin konturlarını və prioritetləri yanlış ünvanlarda axtarılmış olar. Bunun üçün həm də həmin siyasətdə kimin açar rolu oynadığının ilk növbədə nəzərə alınması zəruridir. Həmin şəxs isə Trampın qolf oyununda tərəfdaşı olan Nyu-York biznes aləminin nümayəndəsi Stiven Vitkoffdur. Bəzi ABŞ mənbələrinin iddiasına görə həm də Trampın qızı Tiffaninin qayınatası olan və Tramp tərəfindən ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi təyin edilmiş Vitkoff bundan əvvəl heç bir siyasi və ya diplomatik fəaliyyətdə olmayıb. Amma buna baxmayaraq o, təkcə Yaxın Şərq məsələlərində deyil, elə Rusiya-Ukrayna müharibəsinə dair danışıqların aparılması işində xüsusi səlahiyyətlərə malikdir.

Vaşinqtonla Moskva arasında danışıqların başlanğıcında Rusiyaya səfər edən ilk ABŞ rəsmisi də məhz Vitkoff olub. Halbuki həmin məsələyə dair Vaşinqtonunu ayrıca bir nümayəndəsi olan Keyt Kelloq var. Vitkoffdan fərqli olaraq keçmiş Pentaqon general-leytenantı Kelloq Trampın əvvəlki prezidentliyi dövründə də administrasiyada təmsil olunub.

Kelloq ABŞ Milli Təhlükəsizli Şurasında müxtəlif vəzifələrdə çalışıb, həmçinin Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edib. Kelloq öz funksiyasında Ukraynaya səfərlərdə olsa da, amma Prezident Zelenskiyə ABŞ-ın sülh danışıqları kontekstində Ukraynanın nadir metallar ehtiyatının yarısına sahib olmaq təklifini Kelloq deyil, Tramp administrasiyasının maliyyə naziri Skott Bessent gətirib. Görünür, Tramp bunu ya Kelloqa etibar etməyib, ya da Kelloq özü Trampın çirkli alverlərində iştirakdan imtina edib.

- Yəni Tramp adminstrasiyası münaqişə üzərində alverlə məşğuldur...

- Əlbəttə, məqsəd budur. Tramp administrasiyasının Rusiyanın hərbi təcavüzü nəticəsində çətin duruma düşmüş Ukraynanın sərvətlərinə sahib çıxmaqdan başqa məqsədi yoxdur. Tramp və onun başına yığışan dəstənin bircə hədəfi var: daha çox pul toplayıb ABŞ şirkətini köhnə korporasiyaların nəzarətindən çıxarıb öz nəzarətinə götürmək. Bu adamların heç birinin siyasəti anlayışı belə yoxdur. Hətta yaxın zamanlarda Rusiya ilə də düşmən olacaqlar. Məsələn, sanksiyalar altında olan 300 milyard Rusiya aktivlərindən böyük pay istəyəcəklər. Hər şey bu qədər sadədir.

Elə Zelenskiyə təklif olunan "sülh planı”nda da ölkəsinin təhlükəsizliyinə dair ABŞ tərəfindən heç bir təminat və öhdəlik yox idi. Odur ki, Zelenskinin onu rədd etməsində, o cümlədən də Ukraynasız Ukraynaya dair ikitərəfli ABŞ-Rusiya danışıqlarını tanımaması da tamamilə təbiidir. Çünki həmin danışıqların predmetinin nədən ibarət olduğu artıq heç kəsdə şübhələr və suallar doğurmur. O cümlədən də ABŞ-ın Avropa tərəfdaşılarında, NATO-da və bu qurumun əsas güclərindən olan Türkiyədə. Görünən həm də budur ki, elə həmin danışıqlarlarla eyni vaxtda Parisdə Avropa Birliyindəki Ukraynaya müttəfiq ölkələrin sammitinin keçirilməsi və Zelenskinin Ankaraya səfəri də təsadüfi deyildi.

Trampın Ukraynaya dair "sövdələşməsi", onun soyqırıma məruz qalmış Qəzza əhalisini köçürərək yerində rivyera yaratmaq təklifi, hərbi cinayətkar olan İsrailin Baş naziri Benyamin Netanyahuya ağır aviabombaların verilməsi üzərindən qadağanı götürməsi, başqa bir hərbi cinayətkar Vladimir Putinlə alverə getməsi ABŞ-ı ən yaxın tərəfdaşları olmuş ölkələrdən təcrid etməkdədir.

Bu mənada Ər-Riyad danışıqlarının və Trampın Zelenskinin ünvanına yağdırdığı təhqir, hədyan və böhtanların ardınca ABŞ-ın ən yaxın müttəfiqi olmuş Böyük Britaniyanın Baş naziri Keir Starmerin Zelenskiyə dəstək zəngi ən əyani göstəricidir. Tramp administrasiyası son 80 ildə mövcud olmuş Avroatlantik təhlükəsizlik sistemini sürətlə dağıtmaqdadır.

- Bunun zərərləri nə ola bilər və çıxış yolu nədir?

- Çox böyük zərərləri proqnozlaşdırıla bilər. Bu, qlobal təhlükəsizlik sahəsində yarana biləcək boşluğun ən müxtəlif totalitar, ekstremist və militarist rejimlər tərəfindən doldurulmasına, müxtəlif bölgələrdə silahlı qarşıdurmalara və qlobal xaosa gətirib çıxara bilər. Odur ki, indiki şəraitdə və şərtlər çərçivəsində Ukrayna məsələsi ətrafında yeni ittifaqın yaradılması tarixi zərurətə çevrilir. Həmin zərurət isə bir neçə geosiyasi yeniliklər üçün zəmin yarada bilər. Birincisi, Ukrayna məsələsində mövqeləri üst-üstə düşən ölkələrin daha sıx əməkdaşlıq quraraq ABŞ-sız koalisiya yaratmasıdır. Buraya Rusiya “beşinci kolon”unun nəzarətində olan Macarıstan və Slovakiya kimi ölkələr xaric olmaqla digər bir çox Avropa ölkələri, Kanada və Türkiyə daxil ola bilər.

Yeri gəlmişkən, xarıtlatmaq lazımdır ki, belə imkanlar məhdud deyil və ABŞ-ın iştirakı olmadan mümkündür. Məsələn, Ukraynanı dəstəkləyən ölkələrin birgə hərbi büdcəsi Rusiyanın hərbi büdcəsindən azı 4 dəfə çoxdur. Eyni zamanda, ən azı Almaniya-Böyük Britaniya-Fransa aparıcı üçlüyü texnoloji cəhətdən də Rusiyadan xeyli irəlidədir. İkincisi, yeni geosiyasi reallıq Türkiyə ilə Avropa Birliyi arasında mövcud olan və əməkdaşlığa maneələr yaradan ziddiyyətlərin də minimuma enməsinə səbəb ola bilər. Türkiyə isə elə bu günün özündə sürətlə güclənməkdə olan hərbi sənayeyə malik NATO ölkələrdəndir və Avropanın cənub-şərq cinahında sabitliyin əsas təminatçısıdır. Bundan başqa Türkiyə Qara dəniz və Şərqi Aralıq dənizi hövzələrində söz sahibi olmağa can atan ciddi regional oyunçudur. ABŞ mənbələrinin Türkiyə müdafiə nazirliyinə istinadla verdiyi məlumata görə Ankara hal-hazırda 31 hərbi gəminin inşası ilə məşğuldur ki, bu da Türkiyəni hər iki dəniz hövzəsində söz sahibinə çevirməyə hədəflənib.

Onların arasında su tutumu 30 min ton olan təyyarədaşıyan gəmi də var ki, bu da Türkiyəni ABŞ və Çindən sonra belə hərbi gəmiyə malik olan 3-cü ölkəyə çevirəcək. Bundan başqa Ankaranın hərbi sənayesi təyyarə, PUA, hava hücumundan müdafiə sustemləri sahəsində də ciddi çalışmalar həyata keçirməkdədir.

Üçüncüsü, ordu qüvvələri sayına və döyüş qabiliyyətinə görə Ankaradan  geridə qalan Avropa Birliyi ölkələrinin xırda sentimentləri kənara ataraq indiki mərhələdə Ankaraya texnoloji və maliyyə yardımı göstərəcəyi halda bu, Avrasiya bölgəsində yeni geosiyasi formatın və hərbi-siyasi alyansın yaranmasına gətirib çıxara bilər.

Lakin ABŞ siyasətinin öz məcrasına qayıdacağı da qaçılmazdır. Bu halda da onun Avropa tərəfdaşlarının yeni əməkdaşlıq formatı Brüssel-London-Ankara-Ottava birliyinin əlində növbəti Tramp kimilərindən sığortalanmaq üçün ciddi bir arqument olacaq. Bütün bunlar isə yalnız bir halda mümkün olacaq. Tramp siyasi virusunun aparıcı Avropa ölkələrində yayılmasının qarşısı alınacaqsa.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://ayna.az
archiveBu xəbər 23 Fevral 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri