Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Trampın Zelenski ilə danışıqlarında son sözü yenə də Putin dedi

Trampın Zelenski ilə danışıqlarında son sözü yenə də Putin dedi

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əslində, bu yazını 10 gün əvvəl bitirsəm də, ABŞ prezidenti Donald Trampın Vladimir Zelenski ilə Floridada görüşəcəyi xəbərindən sonra, müsbət nəticə olacağına inanmasam da, yenə də bir ümid yarandı, bəlkə bu dəfə... Təəssüf ki, “bəlkə” ümidini əksək də, bu dəfə də “bitmədi”.  2025-ci il boyu Trampın Ukrayna siyasəti necə başlamışdısa,., elə də davam edir.

Oktyabr ayında Zelenski ilə Tramp görüşüb “Tomohavk” raketlərinin verilməsinə icazə veriləcəyini həll etməyin bir addımlığında idi.  Amma, Uitkoff və kürəkəndən fərqli olaraq Putin yalnız üzbəüz deyil, uzaqdan da təsir etmək gücünə və təcrübəsinə malikdir. O vaxt da Putin Trampa zəng edərək Trampı xəbərdar etdi, həm də inandırdı ki, raketləri vermə. Tramp Putinə “baş üstə” deyib Zelenskini Kiyevə əliboş göndərdi. Putin Florida görüşündən əvvəl də bir daha tanış gedişə əl ataraq Trampın mövqeyinə təsir göstərmək üçün onunla telefon əlaqəsi saxladı. Nəticə dünyaya məlum oldu: Trampın Zelenski ilə danıqlarında son sözü yenə də Putin dedi. Putinin məqsədi isə əvvəldən məlum idi: o,  atəşkəsi qəbul etmir.

Zelenski Floridaya gələndə güzəştə getməyə hazır idi. O, ilk dəfə olaraq Ukraynanın Donbasdakı ərazisini güzəştə getməyə hazır olduğunu bildirdi - bir şərtlə ki, Putin 60 günlük atəşkəsə razılaşsın və  Kiyevə sülh müqaviləsi ilə bağlı referendum keçirməyə imkan versin. Lakin Putin bir daha Trampa arxalanaraq bildiyini etdi. Tramp Zelenskinin güzəşt təklifini və bu güzəştin müqabilində irəli sürdüyü şərtini rədd etdi. Bundan sonra Kremlin sözçüsü Yuri Uşakov bildirdi ki, Ukraynaya referendum keçirməyə icazə verən atəşkəs "müharibənin uzanmasına" səbəb ola bilər. Gördüyünüz kimi Kreml Trampın fikirlərini əks etdirir və ABŞ prezidenti özü də atəşkəsin müharibəni uzadacağına həqiqətən inanır. Zelenski ilə görüşündən sonra keçirilən mətbuat konfransında Tramp Putinin atəşkəsə qarşı arqumentlərini dəstəklədiyini təsdiqlədi və Rusiyanın artıq bütün Donbası ələ keçirmək ərəfəsində olduğuna inandığını arqument olaraq səsləndirdi. Trampın indiyədək sanballı bir siyasi fikir ifadə edən cümləsinə rast gəlinməyib. Putinin mövqeyi ilə razılaşdığını da bu sözlərlə ifadə etdi: "O, inanır ki, baxın, onlar döyüşürlər və əgər onlar dayanıb yenidən başlamalı olsalar, bu tamamilə mümkündür, o, özünü bu vəziyyətdə görmək istəmir. Mən bu mövqeyi başa düşürəm." Yəni, Putinlə razıyam.

Ağ Ev sahibinin bir illik siyasətində müsbət tərəflərdən çox, ABŞ siyasətinə yad olan, ənənəvi Vaşinqton siyasətindən sürətlə uzaqlaşmanın şahidi olduq və bu siyasət pozulmuş dünya nizamında çatları daha da dərinləşdirir.

Donald Tramp 2024-cü il prezident seçkilərində qalib gəldi. Bu o vaxt idi ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi dünya düzənini üç ilə yaxın idi ki, pozmuşdu, amma dünya gözləmirdi ki, onun nizamı bu seçkidən sonra tamamilə pozulacaq. İkinci Dünya müharibəsindən sonra ABŞ-nin həm hərbi, həm də mənəvi liderliyi, məsuliyyəti ilə formalaşan dünya düzəni Donald Trampın bir illik prezidentliyi dövründə sürətlə dağılma mərhələsinə daxil olub.  Bu siyasətdən Putin sevinir, Avropa məyusdur, Ukrayna həm əzab, həm də qəzəb içərisindədir. Avropa liderləri ilə dərin fikir ayrılığı NATO içərisində parçalanma yaradıb və Avropa artıq Putinin ərazi iddialarının Ukrayna ilə bitməyəcəyinin təhlükəsi altındadır. Avropanın təhlükəsizliyinin ABŞ-dan asılı olduğu avropalılara məlumdur, o baxımdan indiki situasiyada Trampa təzyiq etmək imkanları məhduddur. Ötən bir il Avropa liderlərinə göstərdi ki, uzunmüddətli maraqlar artıq üst-üstə düşmür. Avropa onu da dərk edir ki, soyuq müharibə illərində və sonra təhlükəsizlik funksiyasını əsasən ABŞ-nin üzərinə qoyub hərbi potensiallarını gücləndirmək siyasəti aparmayıblar. İndi Ağ Ev Avropanı inandırmağa çalışır ki, öz müdafiəni özün həll etmək üçün daha çox pul xərcləməlisən. Bu doğrudur. Amma, ola bilməzdimi ki, Avropa qarşısında belə bir öhdəlik Ukrayna müharibəsi qurtarandan sonra qoyulsun və yerinə yetirilməsinə də nəzarət edilsin? Ukraynanın ağır günlərində, Avropanın maliyyə imkanlarının Ukraynaya yönləndirildiyi bir vaxtda bu siyasət Putinin əlinə oynayır.

Tramp nə qədər istəyir Avropanın miqrant siyasətinin bərbad və az qala nəzarətsiz həddə olduğunu deyib tənqid etsin. Bu, başqa problemdir. Amma, Ukrayna müharibəsi getdiyi bir vaxtda maliyyə yardımından imtina edib, Kiyevə lazım olan silahları pulla Avropaya satması Ukraynanın müdafiə qabiliyyətini aşağı salır, Avropanın maliyyə ehtiyatlarını tükədir, eyni zamanda daxildə Trampın, dünyada isə ABŞ-nin nüfuzuna ciddi xələl gətirir.

 ABŞ Yeni milli təhlükəsizlik Strategiyasında Avropaya qarşı açıq çağırışlarla yanaşı, Avropa İttifaqına nifrət və müqavimətin detallarına rast gəlinir.  Strategiya sənədində Avropaya aid bölmələrə nəzər salanda ABŞ-nin uzunmüddətli strategiyasının tam dəyişdiyi aydın görünür. Faktiki Tramp administrasiyası Avropanı və onun siyasi dairələrini etibarsız müttəfiq hesab edərək, onlara qarşı düşmən mövqe nümayiş etdirib. Qarşıdan gələn 2026-cı il bütün səviyyələrdə daha pis olacaq və Avropa da, Ukrayna da bu çətinliyə hazırlaşmalıdır. Tramp hakimiyyətə gəldiyi ilk gündən Qrenlandiyanı rəsmən ABŞ tərkibinə qatmaq niyyətini açıq elan etdi, hətta guya “xoş məram” məqsədilə vitse prezident Vensi Qrenlandiyaya səfərə göndərdi. Hazırda Luizana qubernatoru Lendrini Qrenlandiyaya nəzarəti ələ keçirmək məqsədilə xüsusi nümayəndə təyin edib. Tramp Qrenlandiyanın 56 000 əhalisinin hər birinə 1 milyon dollar bağışlamaqla onların ABŞ-yə birləşməsinin razılığını asanlıqla alacağını düşünür. İşğalın forması müxtəlif ola bilər, mahiyyəti eynidir-başqasının ərazisini zəbt etmək. Venesuela ilə “narkotika mübarizəsi” adı altında qarşıdurmanın arxasında hansı maraqların dayandığı hələik tam məlum olmasa da, Trampın biznes təfəkküründən qaynaqlandığı şübhə yaratmır.

Rusiya-Ukrayna müharibəsi Putinin və Trampın birgə siyasəti üzündən hələ xeyli müddət davam edəcək.

İlham İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Dekabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri