Icma.az
close
up
RU
TRAMPLA PUTİN “RAZILAŞDILAR”: MÜHARİBƏ DAVAM EDƏCƏK! Kreml ABŞ liderini “hokkey diplomatiyası” ilə yola verir...

TRAMPLA PUTİN “RAZILAŞDILAR”: MÜHARİBƏ DAVAM EDƏCƏK! Kreml ABŞ liderini “hokkey diplomatiyası” ilə yola verir...

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Donald Trampla Vladimir Putinin dünən 2 saat yarım davam edən “tarixi” telefon danışığını sivil dünyanın gözləntiləri prizmasından dəyərləndirsək, ona 10 ballıq şkala üzrə 2.5 qiyməti vermək olar. Ortada KQB məktəbinin və Piter tin-bucağının yetirməsi olan birisinin özündən razı və eyni zamanda da ağlı “gedib-gələn” qoca “alverçi”ni necə barmağına dolamaq, yola vermək istədiyi səhnəsi var...

Əvvəlcə onu qeyd edək ki, telefon danışığından dərhal sonra Trampın brifinqi gözlənilsə də, bu baş vermədi. ABŞ Prezidenti yenə “mən olsaydım, müharibə başlamazdı” kimi şablon, çeynənmiş, mənasız ifadələrin və yalnız enerji infrastrukturuna zərbələrin dayandırılacağı, Qara dənizdə təhlükəsizlik və 175 əsir mübadiləsi barədə razılığın yer aldığı kiçik paylaşım etdi.

Faktiki olaraq, Trampın başlıca siyasi şüarına çevrilmiş 30 günlük qeyd-şərtsiz tam atəşkəs təklifi Putin tərəfindən rədd edildi. Buna baxmayaraq, adətən “yeri-göyü silkələyən”, Zelenskini Ağ Evdə “divara dirəyən” Tramp, Putinin imtinasından sonra işğalçının başını sığallayan və “gələcəyə ümid edən” paylaşımla kifayətləndi. Bunun özü Trampın eqosuna çox bərk də olmasa, hər halda tərs bir şapalaq dəydiyinin göstəricisidir və onun buna bilərəkdən, yoxsa çarəsizlikdən səssiz qalması sualı açıq qalır...

Məlum olduğu kimi, məhz Trampın elçiləri Zelenskinin göndərdiyi nümayəndə heyətinə Səudiyyə Ərəbistanında təzyiq edərək, sadəcə havada və dənizdə deyil, yerdə - cəbhədə də 30 günlük qeyd-şərtsiz atəşkəs təklifini qəbul etdirdilər. Tramp isə Putinə eyni şərti qəbul etdirə bilmədi, əksinə, hər şey məhz Putinin istədiyi və ona sərf edən şəkildə cərəyan etdi. Çünki enerji infrastrukturuna endirilən zərbələrdən daha çox Rusiya əziyyət çəkir, nəinki Ukrayna. Ukraynada Rusiyadakı kimi saysız-hesabsız neft emalı zavodları, yanacaq anbarları, neft-qaz nəqli infrastrukturu və s. yoxdur, Ukrayna üçün enerji sektoru onun əsas gəlir mənbəyi deyil. Rusiyada isə əksinədir. Ona görə də Ukraynanın Rusiya enerji və yanacaq sektoruna vurduğu zərbələr daha ağrılı və effektlidir. Putinin söhbəti bu istiqamətə yönəltməsi və Trampdan bu zərbələrə qadağa qoyulması razılığını alması da məhz bundan irəli gəlir. O artıq başqa söhbətdir ki, Ukrayna bu zərbələrin dayandırılmasına razılıq verəcəkmi...

Putinin Trampı “azdırdığı” ikinci məsələ 30 günlük atəşkəs mövzusunu “arxivə ataraq”, uzun-uzadı danışıqlar barədə razılıq əldə etməsidir. Onun istədiyi məhz bu idi ki, hansısa Ərəbistan çöllərində saqqız kimi uzanan danışıqlar getsin, Rusiyanın sülh istədiyi görüntüsü yaradılsın, reallıqda isə müharibə tam gücü ilə davam etsin, Ukraynanın növbəti şəhərləri, kəndləri yerlə bir edilməklə də olsa, işğal edilsin, Ukraynada daxili narazılıq daha da artsın, Ukrayna dövlətçiliyi, ordusu, cəmiyyəti çöksün və sair. Həmçinin, müharibənin davam etdirilməsi Putin üçün daxili siyasi məsələ - onun hakimiyyətinin uzadılması məsələsidir...

Digər “razılıq” Qara dənizlə bağlıdır. Rəsmi məlumatda deyilir ki, Trampın Qara dənizdə təhlükəsizliyə dair məlum təşəbbüsü Putin tərəfindən qəbul olunub. Ancaq məsələ ondadır ki, zatən Rusiya hərbi donanması Ukrayna dronlarının, raketlərinin qorxusundan Qara dənizdə heç nə edə bilmir, dənizə çıxa bilmirlər. Ukrayna isə taxıl başda olmaqla, öz kənd təsərrüfatı məhsullarını artıq başqa yollarla dünya bazarına çıxara bilir. Yəni, bu “razılaşma” da həyati əhəmiyyət kəsb etmir və əksər ekspertlər bunu ciddi irəliləyiş kimi qəbul etmir.

Daha bir maraqlı məqam Zaporojye AES ilə bağlıdır. Tramp telefon danışıqından əvvəl dəfələrlə “böyük elektrik stansiyası”ndan danışırdı. Söhbət məhz Rusiyanın nə öz sisteminə inteqrasiya edə bilmədiyi, nə də Ukraynaya qaytarmaq istəmədiyi, lakin böyük nüvə fəlakətinə səbəb ola biləcək həmin AES-dən gedir. Lakin göründüyü kimi, qarşılıqlı bəyanatlarda bu barədə bir kəlimə də yoxdur. Deməli, bu məsələdə də Tramp heç nəyə nail ola bilməyib, ya da bunu istəməyib...

Əvəzində, Kremlin məlum telefon danışığından sonra yayımladığı bəyanatda növbəti dəfə “köhnə bayatılar” təkrarlanır. Yenə də “müharibənin ilkin səbəbləri”nin aradan qaldırılması, yəni, Ukraynanın bütün suveren hüquqlarından - ordudan, müstəqil xarici, hətta daxili siyasətdən məhrum edilməsi, rus dilinin dövlət dili elan olunması və s. kimi absurd şərtlər yerində qalır. Üstəlik, sülh yox, təkcə 30 günlük atəşkəs üçün Ukraynaya bütün hərbi yardımların və orduya səfərbərliyin dayandırılması şərti də əlavə olunub. Yəni, Rusiya özünün Ukrayna ilə müqayisədə on dəfələrlə böyük hərbi sənayesini gecə-gündüz işlətməli, Şimali Koreyadan, İrandan silahlar almaqda, orduya adam toplamaqda davam etməli, Ukrayna isə bütün bunlardan məhrum edilməlidir. Yeri gəlmişkən qeyd edək ki, Putin 2022-ci ilin sonunda verdiyi səfərbərlik fərmanını geri oxumayıb və bu qərar qüvvədədir.

Ancaq maraqlıdır ki, Tramp telefon danışığından sonra Putinlə Ukraynaya silah verilməsinə qadağa qoyulmasını müzakirə etmədiklərini deyib. Belə çıxır ki, bu maddə Kreml tərəfindən bəyanata sonradan əlavə edilib. Həmçinin, ABŞ tərəfinin bəyanatında Trampla Putinin İranın İsraili məhv etməsinə imkan verilməyəcəyi məsələsində razılığa gəldiyi əks olunub. Kremlin bəyanatında isə bu barədə heç nə yoxdur...

Əsir mübadiləsi məsələsinə gəlincə, bunu da Rusiyanın guya güzəşti kimi təqdim etmək absurddur. Ukrayna dəfələrlə əsirlərin “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib. ABŞ də bunu dəstəkləyib. Lakin Putin yenə buna getməyib və yalnız qarşılıqlı olaraq, 175 nəfərin dəyişdirilməsinə razılıq verib ki, burada da yeni bir şey yoxdur. Çünki əvvəllər də bu cür məhdud sayda əsir mübadiləsi olub. Kreml isə hamını təhvil verməməklə, bir daha əsirləri girov kimi saxlamaq siyasətini davam etdirdiyini göstərir.

Qısası, Putin Trampla söhbətini konkret 30 günlük qeyd-şərtsiz atəşkəs mövzusundan özü istədiyi, ona sərf edən məcralara yönəldə bilib. Rusiyaya qarşı sərt siyasi iradə ortaya qoya bilməyən, yaxud bunu istəməyən Tramp isə Putinin bu planına uyğun hərəkət edib.

Beləliklə, bu telefon danışığının əsas nəticəsi odur ki, Trampın əvvəldən elan etdiyi təkliflərlə əldə olunan nəticə tamamilə fərqlidir, real atrəşkəs yoxdur - müharibə davam edir və edəcək. Ötən gecə danışıqlar gedə-gedə və ondan sonra da səhərədək Kiyev daxil olmaqla, Ukrayna şəhərlərinin bombalanması davam edib.

Beləliklə, ABŞ başda olmaqla, Qərbin anlamadığı, ya da anlamaq istəmədiyi əsas məsələ dəyişməz olaraq qalır – bu müharibənin yeganə başlama və davam etmə səbəbi Putin Rusiyasıdır! Bu səbəb qaldıqca, aradan qaldırılmadıqca müharibə də bu və ya digər formada qalacaq!

Göründüyü kimi, Tramp və onun administrasiyası da Putin hakimiyyətinin və Rusiyanın bu cür qalmasında maraqlıdır...

Nəhayət, Tramp-Putin “razılaşması”nın, belə demək mümkünsə, “əsas bəndi” – Putinin təklifi ilə Rusiya və ABŞ komandalarının hokkey matçının keçirilməsi. Bəlkə də müharibə tam bitəndən, sülh sazişi imzalanandan, normal insani münasibətlər bərpa olunandan sonra belə bir matçın təşkil olunmasını hardasa normal qəbul etmək olardı. Ancaq hazırda Ukraynanın dinc şəhərlərində günahsız insanların bombalandığı, Rusiyanın özünün hər gün dron hücumlarına məruz qaldığı, neft zavodlarının od tutub yandığı, cəbhədə hər gün minlərlə gənc insanın həyatına son qoyulduğu, hər iki tərəfə durmadan saysız-hesabsız cənazələr daşındığı, uşaqlar atasız, atalar oğulsuz qoyulduğu bir vaxtda bu faciəni, qan selini durdurmaq əvəzinə hokkey matçı - əyləncə təşkil etmək təşəbbüsü və bunun Tramp tərəfindən dəstəklənməsi Putinin miskin, mənəviyyatsız varlığının daha bir təzahürü və Trampın da ondan geri qalmadığının göstəricisidir!

Sanki ikisi bir adamda birləşib – Vladimir Tramp...

Cəlal Məmmədov

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Mart 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see235

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see225

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see166

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see142

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see125

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see110

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri