Tramvayı söküb peşiman olan qardaşlarımız FOTOLAR
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
MDB məkanında yerüstü elektrik nəqliyyatının tam ləğv edildiyi ilk ölkə Azərbaycan oldu. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvanda tramvay və trolleybulardan təmizləndi.
Avtosfer.az xəbər verir ki, bu tendensiya əksər keçmiş sovet respublikalarında müşahidə olunub. 90-cı ildən etibarən bu sahəyə sərmayə azaldı, sistem sıradan çıxdı.
Müstəqillik dövründə tramvayın ləğv edildiyi şəhərlərdən biri də qardaş Özbəkistanın paytaxtı Daşkənd oldu.
2 may 2016-cı ildə Mərkəzi Asiyanın ən yaşlı relsli nəqliyyat sisteminin istismarı tam dayandırıldı. Bu şəhərdə 1897-ci ildə konka, 11 yanvar 1913-cü ildə isə elektrik tramvayı hərəkətə başlayıb.
Sovet vaxtı və müstəqilliyin ilk illərində tramvay parkları böyüyüb, şəhərin bütün əsas hissəsini əhatə edib. 2000-ci illərin əvvəllərində isə depolar bağlanmağa, xətlər sökülməyə başladı. 2016-cı il mayın 2-də sonuncu vaqon depoya qayıtdı və şəhər tramvayının 115 illik tarixi başa çatdı.
Bu yerdə özbəklər bizim və ümumiyyətlə avropalıların etdiyi səhvə yol verdilər. Şəxsi avtomobil sahibləri tramvayların yığışdırılmasını tələb etməyə başladılar. Maşını olmayanlar da düşünürdülər ki, avtobuslar tramvaydan daha səmərəli olar. İndi isə daşkəndlilər bunun tam əksini fikirləşirlər.
Gazeta.uz saytının keçirdiyi rəy sorğusunda iştirak edənlərin əksəriyyəti tramvayın bərpasını arzulayıb. Əsas fikir bu olub ki, tramvay yığışdıqdan sonra tıxac problemi daha ciddi olub, şəhərin ekologiyası pisləşib, səs-küy artıb. Küçələtin birində tramvayın ləğvindən sonra onzolaqlı yol təşkil olunsa da, tıxac problemi aradan qalxmayıb.
Üstəgəl, bu zonada insanlar bütün günü tüstüdən boğulur.
Ən əsası isə, tramvayın ləğvini vaxtilə dördəlli dəstəkləyənlərin çoxu bu gün tam başqa fikirdədir.
Vüqar Yaşaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 20 May 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















