Icma.az
close
up
RU
Transatlantika əməkdaşlıq dövrü arxada qalır

Transatlantika əməkdaşlıq dövrü arxada qalır

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bu günlərdə başa çatmış Münhen Beynəlxalq Təhlükəsizlik Konfransı tamamilə fərqli bir atmosferdə keçdi. Forum ABŞ ilə Avropa arasında fundamental fikir ayrılıqlarının olduğunu təsdiqlədi. Vaşinqton Rusiya və Çini deyil, Avropanın özünü tənqid edərək, Ukrayna ilə bağlı danışıqlar masasında “qoca qitə”nin yer almayacaqlarını açıq şəkildə bildirdi. Ukraynalılar kimi, avropalılar da belə perspektivdən narahatdırlar və ABŞ-ın bu mövqeyini qəbul etməyəcəklərini vurğulayırlar. Politoloqlar isə Münhen konfransının nəticələrini qısaca belə qiymətləndirirlər: əvvəlki Transatlantik əməkdaşlıq dövrü başa çatdı.

Dünya mediası və analitikləri həftəsonu Münhendə keçirilən illik qlobal təhlükəsizlik konfransının əhəmiyyətini qiymətləndirir və mümkün nəticələrini proqnozlaşdırır. Tədbirdə iştirak edən BBC-nin xarici əlaqələr üzrə baş müxbiri Liz Dyusetin verdiyi məlumata görə, ekspertlər artıq yekdilliklə başa çatan konfransı tarixi adlandırırlar və bunun beynəlxalq əməkdaşlığın yeni dövrünün başlanğıcı olması ilə razılaşırlar. L.Dyuset yazır: “Köhnə” Transatlantik tərəfdaşlığın – ABŞ və Avropa ölkələri arasındakı güclü müttəfiqliyin artıq işləmədiyinə dair dərin bir hiss var. Son bir neçə gün ərzində bir çox Avropa liderləri Prezident Trampın komandası ilə əlaqə qurmaqla ən pis qorxularını təsdiqləmək imkanı əldə etdilər”.
BBC müxbirinin yazdığına görə, amerikalılar avropalılara açıq şəkildə dedilər ki, Ukraynada müharibəni dayandırmaq üçün danışıqlar masası arxasında sizin üçün yer olacağını gözləməyin. Üstəlik, planlaşdırılan Rusiya–Amerika danışıqlarına Ukraynanın özü də daxil olmayacaq. Doğrudur, sonradan ABŞ rəsmiləri bir-­birilərinə zidd bəyanatlar verdilər, danışıqlarda Ukraynanın da, Avropanın da iştirak edəcəklərini vurğuladılar. ABŞ dövlət katibi Mark Rubio fevralın 17-də bildirdi ki, Ukrayna və Avropa Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün istənilən “real danışıqların” bir hissəsi olacaq. CBS telekanalına müsahibəsində Rubio danışıqlar prosesinin hələ ciddi şəkildə başlamadığını və danışıqların irəliləyəcəksə, ukraynalıların və avropalıların da iştirak edəcəklərini vurğuladı. 

Təbii ki, amerikalıların birbaşa ruslarla danışıqlara başlamaq qərarı Avropada ciddi narahatlıq doğurur. “Qoca qitə”də artıq ABŞ-dan asılı olmayan təhlükəsizlik sistemi barədə danışırlar. Məsələn, Avropa diplomatiyasının rəhbəri Kaja Kallas deyir ki, “Avropa ayağa qalxmalıdır. Biz bundan sonra nə edəcəyimizə, Ukraynaya öz gələcəyini təyin etmək imkanını necə verəcəyimizə qərar verməliyik”. 

Avropa İttifaqının iqtisadi lokomotivi sayılan Almaniya da Ukrayna münaqişəsi ətrafında yaranmış son vəziyyətdən narahatlığını gizlətmir. Almaniya kansleri Olaf Şolts fevralın 16-da RTL/ntv telekanalına müsahibəsində açıq şəkildə bildirdi ki, Ukraynada müharibəyə son qoymaq üçün birtərəfli ABŞ–Rusiya razılaşmalarının mümkünlüyünü istisna edir. Siyasətçi diqqətə çatdırdı ki, Avropa qitənin təhlükəsizliyi məsələsində səsvermə hüququna malik olduğundan bu cür danışıqlara icazə verməyəcək: “Avropalılar olmadan heç bir təhlükəsizlik zəmanəti ola bilməz”.

Eyni mövqedən Böyük Britaniya və Fransa da çıxış edirlər. Baş nazir Kir Starmer deyir ki, istənilən sülh sazişinin həyata keçirilməsini təmin etmək üçün Britaniya qoşunlarını Ukraynaya göndərməyə hazıdır: “Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik təminatları üzərində işin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır”. Britaniya nazirinin sözlərinə görə, “Lazım gələrsə, öz qoşunlarımızı yerdə yerləşdirməklə Ukraynanın təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə hazır olmaq istəyi deməkdir”. 

Fransa prezidenti Emmanuel Makron da bildirir ki, sülh danışıqlarını yalnız Ukrayna aparmalıdır və Paris bu prosesə fəal şəkildə töhfə verəcək. Onun sözlərinə görə, avropalılar kollektiv təhlükəsizliyi gücləndirməli və daha avtonom olmalıdırlar: “Fransa bu prosesin sürətləndirilməsində bütün rolunu oynayacaq. Daha güclü və daha suveren Avropa – gəlin, bunu indi edək”. Makron deyir ki, “Əgər prezident Tramp, həqiqətən, Putini Ukraynaya qarşı təcavüzünü dayandırmağa inandıra bilsə, bu, əla xəbərdir. O zaman yalnız ukraynalılar güclü və davamlı sülh haqqında müzakirələr apara bilər. Biz onlara bunu etməyə kömək edəcəyik”.

Amma ABŞ-ın birbaşa Rusiya ilə təmasa keçməsi və “qoca qitə”ni danışıqlara cəlb etməməsi Parisi də narahat edir. Bu məqsədlə Fransanın təcili sammit çağırdığı bildirilir. “Financial Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat verir ki, fevralın 17-də Parisdə keçiriləcək görüşündə əsas diqqət Ukraynada gələcək atəşkəs xəttinin arxasında “dəstək” rolunu oynayacaq qoşunların mümkün yerləşdirməsi məsələsinə yönələcək. Məlumata görə, Almaniya Ukraynaya “sülhməramlı qüvvələr” göndərilməsi ideyasına ehtiyyatla yanaşır. Avropa İttifaqına üzv ölkələrin liderləri Parisdə keçiriləcək görüşdə, həmçinin ABŞ-ın iştirakından asılı olmayaraq, Avropanın müdafiə qabiliyyətini təmin etmək üçün konkret planları müzakirə edəcəklər. Qəzet yazır ki, Avropa İttifaqı Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanması üzrə ABŞ və Rusiya arasında danışıqlara təcili reaksiya verməyə çalışır.

Bir sözlə, Münhen konfransı göstərdi ki, ABŞ–Avropa münasibətləri ciddi sınaq qarşısındadır. BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Qardner yazır ki, beynəlxalq münasibətlərin əvvəlki dövrü başa çatdı: “Avropada İkinci Dünya müharibəsindən sonra yaranan təhlükəsizlik arxitekturası artıq yoxdur. Amerika hələ də NATO-nun üzvüdür, lakin Avropa artıq kənardan hücum zamanı ABŞ-ın ona yardım edəcəyinə avtomatik ümid edə bilməz”. Konfransda müşahidə etdiyi ümumi parçalanma və artan fikir ayrılıqlarını qabardan F.Qardner qeyd edir ki, bu gün bir sıra məsələlərdə Vaşinqtonla Avropanın mövqeləri arasında aşkar fərqlər var: “Bununla belə, Trampın komandasının üzvləri tez-tez bir-biri ilə və hətta özləri ilə ziddiyyətli bəyanatlarla çıxış edirlər”. Amma istənilən halda politoloqların əksəriyyəti düşünür ki, Rusiya–Ukrayna müharibəsinin həlli ətrafında yaranmış son vəziyyət okeanın hər iki tayında ciddi fikir ayrılıqları yaradır və Transatlantik əməkdaşlığın gələcəyini sual altında qoyur.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see613

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see516

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see460

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see431

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see344

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see336

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see319

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see257

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see237

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see235

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see220

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see219

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see200

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri