Icma.az
close
up
RU
Transformasiya zamanı niyə yaxşı strategiyalar uğursuz olur?

Transformasiya zamanı niyə yaxşı strategiyalar uğursuz olur?

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Vüqar Baba (Strateji kommunikasiya eksperti)

Şirkətlərdə transformasiya başlayanda ilk növbədə strategiya hazırlanır. Yeni struktur, yeni biznes modeli, yeni texnologiyalar, yeni KPI-lar, yeni idarəetmə prinsipləri müəyyənləşdirilir. Bəzən aylarla davam edən araşdırmalar aparılır, xarici məsləhətçilər cəlb olunur və kifayət qədər ciddi sənədlər hazırlanır.

Amma bir müddət sonra qəribə vəziyyət yaranır: strategiya kağız üzərində düzgündür, amma şirkətdə dəyişiklik baş vermir. Bəs problem haradadır? Çox vaxt əmma strategiyanın özündə deyil. Problem planların insanlara necə çatdırılmasında və necə həyata keçirilməsindədir. Strategiya yazmaq transformasiyanın başlanğıcıdır, özü deyil

Rəhbərlik üçün transformasiya çox vaxt konkret və məntiqli görünür:

“Daha çevik olmalıyıq.” “İdarəetməni peşəkarlaşdırmalıyıq.” “Rəqəmsallaşmalıyıq.” “Qərarverməni sürətləndirməliyik.” “Yeni nəsil idarəetmə modelinə keçməliyik.” Bütün bunlar məntiqli səslənir.

Amma həmin qərarları həyata keçirməli olan əməkdaşların sualları olur:

Mənim işim necə dəyişəcək? Mənim rolum əvvəlki kimi qalacaqmı? Yeni sistemdə məndən nə gözlənilir? İndiyə qədər etdiyim iş niyə artıq düzgün hesab olunmur? Bu dəyişiklik mənim üçün nə deməkdir?

Əgər rəhbərlik bu suallara cavab vermirsə, yaranan informasiya boşluğu çox tez şayiələr, ehtimallar və qorxularla doldurulur.

Transformasiyanın görünməyən tərəfi

İstənilən təşkilatda formal strukturla yanaşı, görünməyən bir sistem də mövcuddur.

Kim kiminlə necə danışır? Qərarlar əslində necə qəbul olunur? Kim şirkətdə qeyri-formal təsir gücünə malikdir? İnsanlar rəhbərliyin qərarlarına nə qədər inanır? İşçilər dəyişiklik haqqında həqiqətən nə düşünür?

Bunlar strategiya sənədində həmişə görünmür. Amma transformasiyanın nəticəsini çox vaxt məhz həmin amillər müəyyən edir. Ona görə də dəyişikliyə başlamazdan əvvəl təkcə biznes proseslərini deyil, təşkilatın daxili kommunikasiya və münasibətlər sistemini də başa düşmək lazımdır.

Müqavimət həmişə problem deyil

Transformasiya zamanı rəhbərlik tez-tez belə deyir: “Əməkdaşlar dəyişiklik istəmir.” Bu yanaşma isə bəzən problemin özünü daha da böyüdür. Çünki müqavimətin müxtəlif səbəbləri ola bilər. Bəzən insan statusunu itirməkdən qorxur. Bəzən yeni sistemə hazır deyil. Bəzən dəyişiklik haqqında kifayət qədər məlumatı yoxdur. Bəzən isə illərlə formalaşdırdığı təcrübəsinin bir anda dəyərsizləşdirildiyini düşünür.

Digər tərəfdən, müqavimətin təşkilatın maraqlarına uyğun olmayan şəxsi və ya qrup maraqlarından qaynaqlandığı hallar da ola bilər. Ona görə rəhbərliyin ilk reaksiyası “müqavimət göstərənləri dəyişmək” yox, müqavimətin səbəbini anlamaq olmalıdır.

Bu situasiyanı kommunikasiya necə həll edir?

Kommunikasiya sadəcə rəhbərliyin qərarlarını əməkdaşlara elan etmək deyil. Transformasiya zamanı kommunikasiya üç əsas suala cavab verməlidir:

Nəyi dəyişirik? Niyə dəyişirik? Bu dəyişiklik işçilərə və şirkətə nə verəcək?

Amma bununla da bitmir. Kommunikasiya həm də rəhbərliyə təşkilatın reaksiyasını göstərməlidir. Yəni, kommunikasiya yalnız mesaj ötürən deyil, həm də əks əlaqəni quran mexanizm olmalıdır. Əgər rəhbərlik ancaq danışır, qarşı tərəfləri dinləmirsə bu artıq transformasiya kommunikasiyası deyil.

Strategiyanın taleyini rəhbərliyin davranışı müəyyən edir

Ən yaxşı hazırlanmış transformasiya strategiyası da rəhbərliyin özü bu dəyişikliklərə hazır deyilsə, uğursuz ola bilər.

Əgər rəhbərlik çeviklikdən danışır, amma bütün qərarlar yenə də bir nəfərin təsdiqindən asılıdırsa; Əgər şirkət şəffaflıqdan danışır, amma əməkdaşlar əsas qərarları şayiələrdən öyrənirlərsə; Əgər innovasiyadan danışılır, amma yeni fikir söyləyən əməkdaş cəzalandırılırsa;

Bu hallarda problem artıq strategiyada deyil. Məsələ strategiya ilə real idarəetmə davranışı arasındakı uyğunsuzluqdadır.

Transformasiyanın ən vacib sualı

Məncə, rəhbərlik transformasiyaya başlayarkən yalnız “Nəyi dəyişəcəyik?” sualını verməməlidir. Daha vacib sual budur: “İnsanları bu dəyişikliyə necə hazırlayacağıq?” Çünki strategiyanı rəhbərlik hazırlaya bilər, amma transformasiyanı insanlar həyata keçirir. Buna görə də böyük şirkətlərdə transformasiya yalnız biznes, HR və ya IT layihəsi kimi qəbul edilməməlidir. Bu, eyni zamanda kommunikasiya layihəsidir.

Düzgün strategiya dəyişiklik üçün istiqamət verir.

Düzgün kommunikasiya isə insanlara həmin istiqamətdə hərəkət etməyə kömək edir. Və bəzən yaxşı strategiyanın uğursuzluğunun səbəbi onun pis olması deyil. Sadəcə insanlar həmin strategiyanın niyə lazım olduğunu, tranformasiya ilə birlikdə nələrin dəyişəcəyini və özlərinin bu dəyişiklikdə hansı rolu oynayacağını anlamırlar. Məhz buna görə transformasiya yalnız “nə edəcəyik?” sualından başlamamalıdır. “İnsanları buna necə hazırlayacağıq?” sualı da strategiyanın bir hissəsi olmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://banco.az
archiveBu xəbər 02 Oktyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri