Icma.az
close
up
RU
Transregional iqtisadi əməkdaşlıq milli iqtisadiyyatın dünya bazarlarına inteqrasiyasında həlledici rol oynayır

Transregional iqtisadi əməkdaşlıq milli iqtisadiyyatın dünya bazarlarına inteqrasiyasında həlledici rol oynayır

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

“Müasir qlobal iqtisadi sistemdə ölkələrin davamlı inkişafı və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması birbaşa xarici iqtisadi əlaqələrin səviyyəsi ilə bağlıdır. Xüsusilə transregional iqtisadi əməkdaşlıq milli iqtisadiyyatların dünya bazarlarına inteqrasiyasında həlledici rol oynayır. Mövcud qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda Azərbaycan üçün bu əməkdaşlıq modeli xarici ticarətin dayanıqlığının əsas təminatçılarından biri kimi çıxış edir”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əlverişli coğrafi mövqeyi, zəngin enerji resursları və beynəlxalq nəqliyyat-logistika dəhlizlərində fəal iştirakı transregional iqtisadi əlaqələrin formalaşmasını sürətləndirilib: “Bu amillər nəticəsində ölkənin xarici ticarət dövriyyəsi genişlənmiş, ixrac və idxal coğrafiyası əhəmiyyətli dərəcədə şaxələnmişdir. Azərbaycan bu gün həm yaxın region ölkələri, həm də Avropa İttifaqı, Asiya və digər qlobal bazarlarla balanslaşdırılmış iqtisadi münasibətlər qurur.

Transregional əməkdaşlığın xarici ticarətə təsiri xüsusilə enerji sektorunda həyata keçirilən beynəlxalq layihələr vasitəsilə özünü göstərir. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi transmilli təşəbbüslər Azərbaycanın Avropa bazarlarına çıxışını gücləndirmiş, ixrac imkanlarını genişləndirmişdir. Bu enerji marşrutları sayəsində İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilmişdir. Eyni zamanda, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və Şərq–Qərb nəqliyyat marşrutlarının inkişafı ölkənin tranzit potensialını artıraraq transregional iqtisadi əməkdaşlığın iqtisadi əsaslarını möhkəmləndirmişdir”.

Əli Səlimov

Əli Səlimov hesab edir ki, rəsmi statistik göstəricilər də bu tendensiyanı təsdiqləyir: “2023-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi təxminən 51 milyard ABŞ dolları təşkil etmiş, ixrac idxalı üstələmiş və müsbət ticarət balansı formalaşmışdır. 2024-cü ildə isə bu göstərici 47 milyard ABŞ dollarından artıq olmuş, ixracın payı ümumi dövriyyənin yarıdan çoxunu təşkil etmişdir. Bu dinamika Azərbaycanın transregional ticarət əlaqələrinin davamlı xarakter daşıdığını və qlobal iqtisadi dalğalanmalara baxmayaraq xarici ticarətdə aktivliyini qoruduğunu göstərir.

2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 39,9 milyard ABŞ dolları səviyyəsində olmuşdur. Bu dövrdə ölkə 175-dən çox dövlətlə ticarət əlaqələri qurmuş, ixrac əməliyyatları idxalı üstələmişdir. Ən böyük ticarət tərəfdaşları sırasında İtaliya, Türkiyə, Rusiya və Çin yer alır ki, bu da Azərbaycanın transregional iqtisadi əlaqələrinin əsas istiqamətlərini aydın şəkildə əks etdirir”.

İqtisadçının fikrincə, xarici ticarətin strukturunda da mühüm dəyişikliklər müşahidə olunur: “Enerji məhsulları hələ də ixracın əsas hissəsini təşkil etsə də, qeyri-neft-qaz sektorunun xarici ticarətdə rolu tədricən artır. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ilin yanvar–noyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı 3 milyard ABŞ dollarından çox olub. Bu məhsullar əsasən Türkiyə, Rusiya, Gürcüstan, Mərkəzi Asiya ölkələri və Avropa bazarlarına yönəldilib. Əsas qeyri-neft ixrac məhsulları sırasında meyvə-tərəvəz, alüminium və kimya sənayesi məhsulları üstünlük təşkil edir. Bu proses göstərir ki, transregional iqtisadi əməkdaşlıq qeyri-neft sektorunun inkişafına və ixrac bazarlarının diversifikasiyasına real töhfə verir”.

“İdxal strukturuna nəzər saldıqda əsasən sənaye avadanlıqları, nəqliyyat vasitələri, texnologiya məhsulları və istehlak mallarının üstünlük təşkil etdiyi müşahidə olunur. Xüsusilə, Çin və digər Asiya ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi idxalın strukturuna təsir etməklə yanaşı, ölkədə istehsal və infrastruktur layihələrinin texnoloji təminatını gücləndirir. Bu amil transregional ticarətin yalnız dövriyyə baxımından deyil, eyni zamanda iqtisadi modernləşmə baxımından da əhəmiyyətini artırır”-deyə Əli Səlimov bildirib.

İqtisadçının sözlərinə görə, ümumilikdə, Azərbaycanın transregional iqtisadi əməkdaşlığı ölkənin xarici ticarətinin həcminə, strukturuna və coğrafiyasına ciddi təsir göstərir: “Mövcud statistika göstərir ki, bu əməkdaşlıq ixrac bazarlarının genişlənməsinə, idxalın diversifikasiyasına və müsbət ticarət balansının qorunmasına şərait yaradır. Eyni zamanda, transregional əlaqələr qeyri-neft sektorunun inkişafını stimullaşdırır və Azərbaycanın qlobal iqtisadi sistemdə mövqeyini möhkəmləndirir. Mövcud nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Orta Dəhlizin inkişafı və beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşməsi yaxın perspektivdə Azərbaycanın xarici ticarət potensialının daha da artacağını deməyə əsas verir”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Dekabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see296

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see163

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see150

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see146

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri