Icma.az
close
up
RU
Transseksuallıq dəyişdirilə bilməz, qəbul etmək lazımdır Uzman psixiatrla MÜSAHİBƏ

Transseksuallıq dəyişdirilə bilməz, qəbul etmək lazımdır Uzman psixiatrla MÜSAHİBƏ

Lent az saytına istinadən Icma.az xəbər verir.

Həmcinsinə maraq yaxud qarşı cinsin bədən quruluşuna sahib olmaq arzusu homo və transseksualları formalaşdırır. Son dövrlərdə daha çox bu kimi hallarla tez-tez rastlaşsaq da, hələ də, cinsi oriyentasiyaya qarşı cəmiyyətdə birmənalı baxış normalaşmayıb.

Psixiatr uzman doktor, cinsi psixoterapevt Azər Bağırov Lent.az-a müsahibəsində cinsi fərqliliklərdən və övladı bu kimi halı yaşayan valideynlərin ən doğru nə etməli olduqları barədə danışıb. 

- Həkim, uşaqların necə tərbiyə edilməsi onlarda homosekuallığın– yəni öz cinsinə marağın olub-olmamasına təsir edə bilərmi?

- Homoseksualliq bütün dünya ölkələrinin nisbəti üzrə demək olar ki, eynidir. Ən dindar ölkələrdə, yəni İran, Ərəbistanla, cinsəlliyə ən açıq formada icazə verən Hollandiyada bu hal eynidir. Bunun tərbiyə ilə əlaqəsi yoxdur. Uşağı necə tərbiyə etməyimiz onun homoseksual olub-olmayacağına təsir etmir. 

- Valideynlər uşağın, yeniyetmənin hərəkətlərindən, tərzindən onun homoseksual olduğunu hiss edə bilərlər?

- Homoseksuallıqla transseksuallıq fərqlidir. Öz cinsində özünü hiss etməmək, yaxud səhv bədəndə doğulduğunu düşünmək transseksuallıqdır. Məsələn, şəxs kişi bədənində doğulsa da, özünü qadın kimi hiss edir və bədənini qadın formasında dəyişdirməyə başlayır. Lakin homoseksuallar bədənini və davranışlarını dəyişmədiyi üçün bunu çox zaman hiss etmək mümkün olmur. Əgər homoseksual oğlan uşağıdırsa, o qız kimi davranışlar göstərmir. Onlar öz cinsinə uyğun davranırlar. Amma cinsi istəyi öz həmcinsinə qarşı olur. 

Homoseksuallar çox vaxt aktiv cinsi həyata başlayanda məsələni valideynləri ilə necə bölüşəcəklərini düşünürlər. Həmin vaxta qədər hisslərini ailə üzvləri ilə paylaşa bilmirlər, amma gizlin də olsa, müəyyən emosional münasibətlər yaşayırlar. 

Valideynlər övladının homoseksual olub-olmadığını yalnız bir məqamda az da olsa, hiss edə bilərlər. Homoseksual oğlanların ətrafında qızların az olması bəzən buna işarə edə bilər. Amma həm də çəkingənliyi və sosial fobiası olan oğlan uşaqlarında da müəyyən qarşı cinslərlə münasibətə girməkdə çətinliklər ola bilir. Bu baxımdan homoseksuallıq çox vaxt valideyn tərəfdən hiss olunmur.


- Bəs transseksuallığı dəyişdirmək mümkündür?

- Transseksuallıq yeniyetməlik dövründən başlayır və davranışlarda özünü göstərir. Valideynlər övladlarının geyim tərzindən, davranışlarından bunu hiss edib, psixoloqa, psixiatra apara bilirlər. Transseksuallıq doğuşdan yaranan xüsusiyyətdir və nə təlim-tərbiyədən asılıdır, nə də onu çox dəyişdirmək mümkündür. 

Bəzən yeniyetməlik dövründə şəxsiyyət qarışıqlığı kimi bir hal yaranır. O zaman yeniyetmə özünü hansı bədənə hiss etdiyi barədə düşünməyə başlayır. Amma bu 1-2 il içərisində normaya düşür və öz cinsiyyətinə uyğun davranmağa başlayır. 

- Stastistikalar nə deyir? Homoseksuallıq və transseksuallıq cəmiyyətin neçə faizini təşkil edir?

- Qız uşaqlarında “lezbiyənlik”, oğlanlarda isə “geylik” kimi adlandırılan homoseksual variantlar demək olar ki, eynidir. Ümumiyyətlə “gey”, “lezbiyən” və “transseksual”lar cəmiyyətin 10-15%-ni əhatə edir. 

- Psixiatr və cinsi psixoterapevt kimi övladı bu hallarla üzləşən valideynlərə tövsiyələriniz nələrdir? Övladlarının uğurlu və xoşbəxt olması valideynlərdən nə qədər asılıdır?

- Bu kimi hallara qarşı valideynin ilkin reaksiyası onu qəbullanmaq və övladını dəstəkləmək olmalıdır. Bu hal dəyişdirilə bilmədiyi üçün yeniyetmə və gənci utandırmaq, günahlandırmaq, ondan üz çevirmək uşağın cəmiyyətdə özünə yer tapmasına maneə olur və seks işçiliyi, bədən alveri kimi daha neqativ nəticələr yaradan yollara üz tutmasına səbəb ola bilir. 

Valideynləri tərəfindən üz döndərildikdən sonra onlar təsadüfi və təhlükəli cinsi əlaqələrə girə bilərlər. Təsadüfi deyil ki. homoseksual fərdlər arasında QİÇS virusunun yayılma riski daha çoxdur. Buna görə də, homoseksual fərdin təsadüfi cinsi münasibətlərə girməsinin qarşısı alınmalıdır. 

Necə ki, heteroseksuallarda sevgi ilə cinsi münasibət başlayırsa, eləcə də homoseksuallarda. 

Homoseksual fərdlərin sosial həyatda uğurlu olması üçün də valideyn tərəfindən dəstək verilməlidir. Onun fərqliliyi qəbul edilməlidir. Gələcəkdə karyera və şəxsi həyatda uğur qazanmaq üçün valideynlər çətin də olsa, bu mövzuda daha tolerant davranmalıdırlar. 

- Azər bəy, bəzən isə şəxs nə homoseksual, nə də transseksual olur. Amma qadın iç geyimlərinə qarşı onda hisslər yaranır. Hətta bəzən ailəsindən birinin geyimlərini oğurlayıb, geyinməyə başlayır. Bu hal psixologiyada necə adlanır?

-Bu hal transvestizmdir. Onların öz bədəni, öz cinsi ilə heç bir problemi olmasa da, qadın geyimləri, xüsusən altpaltarlar geyinməkdən həzz alır və bu şəkildə ehtiraslanırlar. Transverizm zamanı qadınların altpaltarlarını oğurlamaq kimi hallar da yaşandığı üçün ətrafdakılar bundan qorxub, çəkinə bilir. 

- Transseksuallığı olan şəxslər bədənlərində əvvəlcə hansı prosedurları edirlər? Və bu prosedurlar leqaldırmı?

- Transseksuallığın gedişatında müəyyən bir müddətdən sonra fərdlər öncə geyim və saç stilində dəyişiklik edirlər, sonra isə hormonal terapiyalar alaraq, ikinci cinsi əlamətlər, yəni oğlandırsa, sinəsini böyütməyə, qızdırsa, sinəsini kiçiltməyə çalışırlar. Bu hormonal müalicələr leqaldır və müəyyən komissiyanın qərarı ilə ən sonda cinsiyyət dəyişdirməyə qədər gedib, çıxır. 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 May 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri