Icma.az
close
up
RU
Transxəzər Dəhlizinin əhəmiyyəti və Naxçıvana yol

Transxəzər Dəhlizinin əhəmiyyəti və Naxçıvana yol

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Komissiyasının prezidenti sol qulağını sağ əllə qaşıyır...

Avropa Komissiyasının (AK) prezidenti Ursula Fon der Lyayen Avropa İttifaqı–Mərkəzi Asiya Sammitində Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılmasının əhəmiyyətindən danışıb. Nəinki danışıb, eyni zamanda, bunu çox böyük fövqəladə, regiondakı vəziyyəti köklü şəkildə dəyişə biləcək hadisə kimi dəyərləndirib. Xanım Lyayenin təqdimatındakı həssas məqamı sonda diqqətə çatdıracağıq. Əvvəlcə bəzi məsələlərin üzərində dayanaq.

Qeyd edək ki, AK prezidenti Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılmasına Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin geosiyasi və iqtisadi əhəmiyyətindən söz açarkən toxunub. O, sözügedən dəhlizin Avropa ilə 5 Mərkəzi Asiya ölkəsi arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağını bildirib.

“Getdikcə parçalanan dünyada Transxəzər Nəqliyyat Dəhlizi sizin ölkələrinizlə (Mərkəzi Asiyadakı 5 dövlət) Avropa arasında əlaqələri gücləndirəcək. Ancaq infrastruktur hər şey deyil”, – deyə Ursula Fon der Lyayen vurğulayıb. Vacib məqamlardan biri də budur ki, AK Prezidenti dəhlizin effektivliyi üçün region ölkələri arasında sərhəd keçidlərinin asanlaşdırılmasının vacibliyi üzərində dayanıb: “Həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz ölkələri ilə sərhəd keçidi Qara dənizə çatmaq üçün vacibdir”.

Əlbəttə, xanım Lyayen son dərəcə zəruri məsələyə toxunub. Onun bildirdikləri bütövlükdə regionumuz baxımından mühüm əhəmiyyətə malikdir. Ona görə də AK prezidentinin söylədiklərinə dair bəzi nüansları diqqətə çatdıraq. Bəli, Transxəzər Nəqliyyat Dəhlizinin müstəsnalığını vurğulayan fikir və düşüncələr aktuallaşmaqdadır. O da məlumdur ki, belə bir dəhliz ideyası əvvəldən gündəmə gəlsə də, 44 günlük müharibədən sonra onun gerçəkləşməsi reallıqla səsləşməyə başlayıb. Yəni ölkəmizin savaşdakı qələbəsinin məsələdə müstəsna payı var. Ancaq vurğulamaq istədiyimiz məqam yalnız bu deyil.

Məlumdur ki, 44 günlük müharibədən sonra Azərbaycan özünün ayrılmaz tərkib hissəsi olan Naxçıvana quru yolunun açılması kontekstində Zəngəzur dəhlizi ideyasını irəli sürüb. Lakin savaş məğlubu olan Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək Naxçıvana quru yolun “Azərbaycandan Azərbaycana yol” məntiqini inkar edir. Yəni, rəsmi İrəvan bildirir ki, yolda sərhəd və gömrük nəzarətinin tətbiqi mütləqdir. Əks durum Ermənistanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alır.

Ölkəmiz isə məsələnin bu cür qoyuluşu ilə razı deyil və razılaşa bilməz. Çünki Ermənistanın təhlükəsizlik təminatlarına etibar yoxdur. Həm də ona görə razılaşa bilməz ki, rəsmi İrəvan özünün “Dünyanın kəsişməsi” ideyasını ortaya atmaqla, Ermənistanı qlobal kommunikasiya habının başlıca fiquruna çevirmək niyyəti güdür. Bu niyyətin gələcəkdə hansısa avantüra üçün dividendverici vasitəyə çevrilməyəcəyinə də təminat yoxdur.

Ermənistan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşmasına imkan vermirsə, yəni Naxçıvana quru yolunun Azərbaycanın şərtləri ilə açılmasına razı deyilsə, o zaman ölkəmiz qədim diyarımıza yolun İrandan keçməsi üzərində dayanır. Bununla bağlı müsbət razılıqlar da əldə olunub. Belə bir durumda Ermənistan təcriddə qalır. Bir halda ki, Azərbaycan – Ermənistan sərhədinin əsas hissəsi açılmır, deməli, Ermənistan–Türkiyə sərhədi də qapalı qalmalıdır.

İndi isə AP prezidenti Ursula Fon der Lyayenin diqqətə çatdırdığımız mövzuda başqa nələri bildirdiyinə nəzər salaq. Daha dəqiq desək, onun dediklərindəki həssas məqamın üzərinə gələk. Diqqət yetirək, xanım Lyayen məsələni Ermənistan – Azərbaycan, Ermənistan – Türkiyə sərhədlərinin açılması kontekstində qoymur. Hesab edirik ki, belə yanaşmanın parametrini müəyyənləşdirən mühüm cəhət var. Söhbət Ermənistana verilən önəmdən gedir. İstər-istəməz, Türkiyənin və Azərbaycanın Ermənistanı təcriddə saxladığına dair rəy formalaşır. Sanki, sərhədlərin açılmasını istəyən İrəvandır, istəməyən Bakı və Ankara. Azərbaycan və Türkiyə də türk dövlətidir, Mərkəzi Asiya respublikaları da.

Belə qənaətə gəlmək mümkündür ki, AK prezidenti Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılmasının əhəmiyyətdindən söz açarkən, “bu, Avropa ilə Mərkəzi Asiyanı heç vaxt olmadığı qədər yaxınlaşdıracaq” kimi fikir işlədirsə, Mərkəzi Asiya ölkələrinin də Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ideyasının reallaşmasına səfərbərliyini formalaşdırmaq niyyəti güdür. Ola bilər, o, sözügedən regionun türk respublikaları Ermənistanla bağlı Azərbaycan və Türkiyə ilə dil tapmağa, Bakını və Ankaranı razılığa gətirməyə həvəsləndirmək fikrindədir. Hər şey mümkündür.

Sonda deyək ki, AK-nin timsalında, bütövlükdə, Avropa İttifaqı Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin açılmasında real təşəbbüskar qismində çıxış etmək istəyirsə, o zaman, ilk növbədə, Ermənistanı Naxçıvana yolla bağlı Azərbaycanın şərtlərini qəbul etməyə razı salmalıdır. İndiki durumda 5 Mərkəzi Asiya ölkəsinə, belə demək mümkünsə, xoşbəxtlik vədi sağ əllə sol qulağı qaşımaq təsiri bağışlayır. Digər tərəfdən, bir halda ki, xanım Lyayen Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin effektivliyi naminə sərhəd keçidlərinin sadələşdirilməsi məntiqini irəli sürür, bu yanaşmanın ilk nümunəsi ölkəmizin “Azərbaycandan Azərbaycana yol” məntiqinin gerçəkləşməsinin olması daha münasibdir. Yəni, söhbət Naxçıvana yolun gömrük və sərhəd nəzarətindən kənar strukturunun formalaşmasından gedir.

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 01:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri