Icma.az
close
up
RU
Tranzit məhdudiyyətlərinin aradan qaldırılması və regional sabitliyin yeni mərhələsi: Azərbaycan sülh yolunu seçir

Tranzit məhdudiyyətlərinin aradan qaldırılması və regional sabitliyin yeni mərhələsi: Azərbaycan sülh yolunu seçir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Budapeşt, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərarı regionda ən çox müzakirə olunan hadisələrdən biridir. Mühüm addımın elan edilməsindən cəmi bir neçə gün sonra Qazaxıstan taxılının ilk yükü Azərbaycandan keçərək Ermənistana çatıb və bir çox analitik bu hadisəni tarixi irəliləyiş və Cənubi Qafqazda yeni siyasi eranın rəmzi kimi qiymətləndirib.

Beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı bu addımı alqışlayıb və bunu Azərbaycanın sülhə, davamlı inkişafa və regional əməkdaşlığa sadiqliyinin növbəti təzahürü kimi qiymətləndirib. Geosiyasi əhəmiyyət isə ondan ibarətdir ki, bu addım yetkinlik və uzaqgörənlik əlamətidir.

Cənubi Qafqaz onilliklər ərzində mübahisə meydanı olaraq qalır və burada kompromisə doğru atılan hər bir addım ehtiyatla nəzərdən keçirilir. Məhz buna görə də Azərbaycanın bu qərarı çoxları üçün gözlənilməz, eyni zamanda, ölkənin siyasi yetkinliyinin təbii təzahürü oldu.

Avrasiya üzrə macar ekspert Attila Harqitai AZƏRTAC-ən müxbirinə müsahibəsində qeyd edib: “Bu gün Azərbaycan regionun gələcəyi üçün öz məsuliyyətini dərk edən dövlət nümunəsini nümayiş etdirir. Tranzit məhdudiyyətlərinin götürülməsi zəiflik deyil, güc və inamın təzahürüdür. Bu cür qərarlar ölkənin beynəlxalq nüfuzunu gücləndirir, qonşular arasında münasibətlər üçün yeni format yaradır”.

Ekspertin fikrincə, belə addımlar Azərbaycanın davamlı inkişafa və qarşılıqlı faydalı əməkdaşlığa yönəlmiş regional siyasətin konstruktiv iştirakçısı imicini formalaşdırır.

Qazaxıstandan Ermənistana Azərbaycan üzərindən taxıl tranzitinin təsdiqlənməsi təkcə iqtisadi hadisə deyil, həm də strateji siqnaldır. Qlobal logistikanın böhran və fasilələrlə üzləşdiyi bir vaxtda yeni marşrutların açılması ərzaq təhlükəsizliyinə və iqtisadi dayanıqlığa mühüm töhfə kimi qəbul edilir.

Daha bir macar ekspert, jurnalist Attila Çarnai agentliyimizə müsahibəsində vurğulayıb: “Azərbaycan bu gün güclü dövlətlərin timsalında davranır - problem yaratmaqdansa, həll yolları təklif edir. Bakı tranzitə icazə verməklə, nəinki sülhməramlı imicini gücləndirir, həm də Xəzər və Avropa arasında mühüm logistika habına çevrilir. Uzunmüddətli perspektivdə bu, ölkənin Avrasiya nəqliyyat sistemində rolunu gücləndirəcək”.

Macar jurnalist əlavə edib ki, ölkələr arasında iqtisadi qarşılıqlı asılılıq həmişə sülhə kömək edir. “Xalqlar arasında tankların hərəkət etdiyi yollar deyil, taxıl daşıyan marşrutlar açılanda, gələcəyə ümid yaranır” –deyə o vurğulayıb.

Tranzit məhdudiyyətlərinin aradan qaldırılması qərarı Azərbaycanın regional sabitliyin möhkəmləndirilməsinə dair daha geniş kursuna uyğun gəlir. Son illərdə ölkə açıq kommunikasiyaları, nəqliyyat dəhlizlərini və iqtisadi əməkdaşlığı fəal şəkildə təşviq edir və bunları davamlı sülhün təməli kimi görür.

Avropa İttifaqının xarici siyasət üzrə eksperti Andraş Qeryö Prezident İlham Əliyevin təşəbbüsünü “siyasi müdriklik aktı” adlandırıb: “Diplomatiyada real sülh bəyanatlarla deyil, hərəkətlərlə ölçülür. Azərbaycan çoxlarının cəsarət etmədiyi bir iş görür: baryerlər qoymaq yerinə qapıları açır. Bu, regionun psixologiyasını dəyişən addımdır”.

O vurğulayıb ki, bu cür qərarlar onilliklər boyu davam edən qarşıdurmadan sonra xüsusilə qiymətli resurs olan etimad mühitini formalaşdırır.

Azərbaycan ərazisindən keçməklə Ermənistana çatan ilk yük – Qazaxıstan taxılı təkcə iqtisadi əməkdaşlığın nümunəsi deyil, həm də humanitar rəmzə çevrilib. Qlobal ərzaq təhlükəsizliyi çağırışları fonunda belə bir addım məsuliyyət və həmrəylik əlaməti kimi qəbul edilir.

Artıq yuxarıda adı çəkilən Harqitai də bu addımın çox böyük mənəvi əhəmiyyət daşıdığını bildirib: “Azərbaycan nümayiş etdirir ki, insanlara qayğı və humanizm siyasətin əsasına çevrilə bilər. Bu, sadəcə diplomatik jest deyil, yetkinlik və uzaqgörənliyin nümayişidir”.

Onun fikrincə, Bakının addımları regionda humanizm və iqtisadi əməkdaşlığın qarşıdurmadan üstün tutulduğu yeni dəyərlər sisteminin formalaşmasına töhfə verir və Azərbaycan özünü yaradıcı güc kimi nümayiş etdirir.

Tranzit məhdudiyyətlərinin aradan qaldırılması Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirib. Mürəkkəb regional tarixə baxmayaraq, ölkə müstəqil, ardıcıl və məsuliyyətlə hərəkət etmək bacarığını nümayiş etdirir.

“Azərbaycanın sülhməramlı siyasəti ölkənin yeni imicini formalaşdırır. Dünyada baş verən çoxsaylı münaqişələr fonunda Bakı diqqəti quruculuğa yönəldir və bu, hörmətlə qarşılanır. Siyasi iradə etimadın yaradılmasına yönəldikdə, ölkə avtomatik olaraq beynəlxalq ictimaiyyətin diqqət və etimad mərkəzinə çevrilir”, - deyə Harqitai bildirib.

Ekspert onu da qeyd edib ki, İlham Əliyevin bu qərarı Azərbaycanın təkcə çağırışlara reaksiya verməsi deyil, həm də gündəliyi müəyyən etməyə və konstruktiv həll yolları təklif etməyə qadir müstəqil oyunçu kimi ölkənin mövqeyini gücləndirir.

Tranzitin açılması siyasi və humanitar aspektlərlə yanaşı, regionda iqtisadi inteqrasiya üçün yeni imkanlar yaradır. Bakının qərarı ölkələr arasında infrastruktur və enerji sahələrində daha sıx əməkdaşlığa yol açır. “Nəqliyyat dəhlizlərinin inkişafı istər-istəməz yeni layihələri - enerji, sənaye və investisiyaları nəzərdə tutur. Sülh təkcə müharibənin dayanması deyil, həm də ortaq maraqların olmasıdır. Azərbaycan məhz bu yanaşmanı təklif edir”, -deyə Harqitai bildirib. O əlavə edib ki, bu cür təşəbbüslər xüsusilə enerji təhlükəsizliyi və yaşıl texnologiyaların inkişafı kontekstində ölkənin Avropa üçün etibarlı tərəfdaş kimi rolunu gücləndirir.

Macarıstanlı ekspertlərin ortaq rəyi ondan ibarətdir ki, tranzit məhdudiyyətlərinin aradan qaldırılması qərarı yeni siyasi reallığın rəmzinə çevrilib. Azərbaycan bir neçə il əvvəl çoxlarının qeyri-mümkün hesab etdiyini həyata keçirib – ayıran yox, birləşdirən yol açıb. Bu addım bütün aspektləri - siyasi iradə, strateji düşüncə və humanist baxışı nümayiş etdirir. Bu, özünə və gələcəyinə inanan bir ölkənin qarşıdurmadan daha çox dünyaya əməkdaşlıq təklif edərək regionu necə dəyişdirə biləcəyinə dair bir nümunədir. Bu gün Azərbaycan Avropa üçün sadəcə bir neft-qaz ölkəsi və enerji tərəfdaşı deyil - bir vaxtlar divarların dayandığı yerdə körpülər tikməyə qadir olan ölkədir. Onu regionda əsl liderə çevirən də məhz budur.

Yekun olaraq, macar şərhçilərin fikirlərini belə ümumiləşdirmək olar: Prezident İlham Əliyevin Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırmaq üzrə atdığı addım epizod deyil, bir strategiyadır. Bu, regionun gələcəyinin yalnız etimad və əməkdaşlıqla mümkün olduğu anlayışına əsaslanan bir siyasətdir. Sülh yollardan başlayır və Azərbaycan bu gün bütün dünyaya nümayiş etdirdi ki, bu yollar sabitliyə, firavanlığa, qarşılıqlı hörmətə gətirib çıxara bilər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see242

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see143

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see123

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see121

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see119

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see119

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri