Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Eyni tempdə davam edirik” Rui Jorje

Travmalara ilkin müdaxilə olmadıqda ciddi fəsad yaranır Həkimlə MÜSAHİBƏ

Travmalara ilkin müdaxilə olmadıqda ciddi fəsad yaranır Həkimlə MÜSAHİBƏ

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ambulator travmaların düzgün müalicəsi xəstənin daha qısa zamanda sağalmasına şərait yaradır”

Lent.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya va Ortopediya İnstitutunun şöbə müdiri, travmatoloq Rəşad Bədəlov müsahibəsində deyib. 

Müsahibəni təqdim edirik.

- Rəşad müəllim, ilk olaraq bilmək istərdik ki, ambulator travma nədir və bu travmalara hansı hallar daxildir?

- Ambulator travmalar insanın gündəlik fəaliyyəti zamanı aldığı, lakin hospitalizasiya tələb etməyən zədələrdir. Bu travmalar yüngül və orta dərəcəli olmaqla fərqlənir. Adətən evdə, iş yerində, idman zamanı və ya nəqliyyat qəzaları nəticəsində baş verir.

Ambulator travmalar arasında ən çox rast gəlinən hallara yüngül sınıqlar, burxulmalar, bağ və əzələ dartılmaları, qançırlar, yumşaq toxuma zədələri, kəsiklər, yanıqlar və oynaq zədələri aiddir. Bu tip travmaların vaxtında və düzgün müalicə edilməsi vacibdir. Əks halda ciddi fəsadlara səbəb ola bilər.
Müasir tibbi metodlar sayəsində ambulator travmaların əksəriyyəti uğurla müalicə edilə bilir. Burada əsas məqsəd zədənin ağırlıq dərəcəsini düzgün təyin etmək və effektiv müalicə planı hazırlamaqdır.

- Bu cür travmalara məruz qaldıqda, ilk olaraq nə etmək lazımdır?

- İlk yardım travmanın nəticələrini yüngülləşdirmək və sağalma prosesini sürətləndirmək üçün olduqca vacibdir. Hər travma növü üçün fərqli ilkin müdaxilə üsulları mövcuddur. Ağrı olan travmalarda, həkim tərəfindən ağrıkəsicilər təyin olunmalı və xəstənin vəziyyəti izlənməlidir. Travma növünə uyğun olaraq, dərmanlar və digər tibbi müdaxilələr tətbiq edilməlidir.

- Travmaların diaqnostikası necə aparılır? Müayinə metodları barədə daha ətraflı məlumat verərdiniz…

- Ambulator travmaların düzgün müalicəsi üçün onların diaqnostikası dəqiq və vaxtında aparılmalıdır. İlk olaraq, həkim travma nahiyəsini fiziki müayinə edir və xəstənin şikayətlərini dinləyir. Sümük və oynaq travmalarında əsasən rentgen müayinəsi tətbiq edilir, çünki bu üsul sümük sınıqlarını və oynaqlarda dəyişiklikləri müəyyən etməyə imkan verir.
Əgər yumşaq toxumaların zədələnməsi ehtimal olunursa, ultrasəs müayinəsi aparılır. Bu, bağ və əzələlərin vəziyyətini yoxlamağa kömək edir. Daha mürəkkəb hallarda, xüsusilə menisk, qığırdaq və bağ travmalarının dəqiq qiymətləndirilməsi üçün maqnit rezonans tomoqrafiyası (MRT) tətbiq edilir.

Bəzi hallarda kompüter tomoqrafiyası (KT) sümük zədələrinin daha detallı görüntüsünü əldə etmək üçün istifadə olunur. Əgər sinir-əzələ sistemində problem varsa, elektromioqrafiya (EMQ) ilə sinir və əzələlərin fəaliyyəti yoxlanılır.
Müayinə metodlarının düzgün seçilməsi travmanın ağırlıq dərəcəsini dəqiq müəyyən etməyə və xəstə üçün optimal müalicə planı hazırlamağa imkan verir.

- Travmalarda fiksasiya necə aparılmalıdır?

- Fiksasiya travmanın düzgün sağalması üçün əsas şərtlərdən biridir. Zədələnmiş nahiyənin hərəkətsiz saxlanması sümük və toxumaların bərpa olunmasını sürətləndirir. Yüngül burxulmalarda elastik sarğı və ya xüsusi bandajlardan istifadə edilir. Bu da həmin hissənin stabil qalmasını təmin edir. Sınıqlar zamanı sümüyün bitişməsini düzgün şəkildə təmin etmək üçün gips tətbiq olunur. Gips travmanın növündən asılı olaraq qismən və ya tam formalı ola bilər.
Bağ və əzələ travmalarında hərəkəti məhdudlaşdırmaq məqsədilə ortopedik longetlər və xüsusi immobilizasiya cihazları tətbiq edilir. Daha ciddi sınıqlarda isə metal implantlar və ya fiksatorlar istifadə oluna bilər.
Müasir dövrdə 3D texnologiyalar əsasında hazırlanan fərdi longetlər və immobilizasiya vasitələri də tətbiq olunur. Bu vasitələr xəstənin anatomik quruluşuna uyğun dizayn edildiyi üçün daha effektiv nəticə verir.

- Müasir travmatologiyada hansı yeni müalicə metodları tətbiq olunur?

- Müasir travmatologiyada bir çox innovativ müalicə üsulları istifadə edilir. Bunlardan biri trombositlə zəngin plazma (PRP) terapiyasıdır. Bu metod hüceyrə regenerasiyasını aktivləşdirərək, toxumaların sağalma müddətini xeyli sürətləndirilir.
Sümük və toxumaların bərpa prosesini stimullaşdırmaq üçün şok dalğa terapiyası da geniş yayılıb. Bu üsul xüsusilə xroniki bağ zədələri və gec sağalan sümük sınıqları üçün tətbiq edilir.
Minimal invaziv cərrahiyyə isə travma zamanı ən az kəsiklə əməliyyat olunma imkanı yaradır ki, bu da xəstənin daha tez sağalmasına kömək edir.

- Travmalardan sonra fizioterapiyanın əhəmiyyəti nədir?

- Fizioterapiya travmalardan sonra hərəkət funksiyasını bərpa etmək və ağrını azaltmaq üçün ən vacib metodlardan biridir. Müalicə prosesində manual terapiya tətbiq edilir. Bu da zədələnmiş əzələlərin və oynaqların funksiyasını bərpa etməyə kömək edir.

Əzələ gücünü artırmaq və hərəkətliliyi bərpa etmək üçün müalicəvi idman hərəkətləri təyin olunur. İltihabın və ağrının azalmasına kömək etmək üçün lazer terapiyası, ultrasəs terapiyası və elektroterapiya (TENS və EMS) kimi metodlardan istifadə edilir. Xroniki bağ və əzələ travmalarında isə şok dalğa terapiyası daha effektiv nəticələr verir. Bu metod problemli toxumalarda qan dövranını artıraraq onların daha tez bərpasını təmin edir.

- Gündəlik həyatda bu cür travmalardan necə qorunmaq olar?

- Travmaların qarşısını almaq üçün bəzi sadə, amma effektiv tədbirlər var. İlk növbədə, idmandan əvvəl isinmə hərəkətləri etmək vacibdir, çünki bu, əzələləri və oynaqları hərəkətə hazırlayır.
Hərəkət zamanı sürüşkən olmayan, ortopedik ayaqqabılardan istifadə etmək travmaların qarşısını almağa kömək edir. Fiziki fəaliyyət zamanı qoruyucu vasitələrdən istifadə edilməli, evdə və iş yerində təhlükəsizlik tədbirləri görülməlidir.
Bundan əlavə, sümük və əzələlərin sağlamlığını qorumaq üçün D vitamini və kalsiumla zəngin qidalar qəbul edilməlidir. Qidalanmaya diqqət etmək, sağlam həyat tərzi keçirmək və düzgün idman metodlarından istifadə etmək travma riskini əhəmiyyətli dərəcədə azaldır.

Nəticə olaraq, ambulator travmaların düzgün müalicəsi xəstənin daha qısa zamanda sağalmasına şərait yaradır. Müasir fizioterapiya və reabilitasiya üsulları sayəsində isə fəsadların qarşısını almaq və normal həyat fəaliyyətinə daha tez qayıtmaq mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 İyul 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see331

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see312

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see308

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see289

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see285

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see282

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see275

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see265

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see258

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see249

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see241

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see237

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see236

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see229

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see224

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see215

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see210

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see210

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see207

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri