Icma.az
close
up
RU
Trenajor zalları sağlamlığın düşmənidir KONKRET

Trenajor zalları sağlamlığın düşmənidir KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əməkdar artist Cabir İmanovun trenajor zalında qəfil ürəktutmasından ölməsi ətrafında müzakirələr davam edir.

KONKRET.az modern.az-a istinadla xəbər verir ki, tanınmış loğman – sağlam qidalanma üzrə mütəxəssis Ərşad Əzimzadə də hadisəyə münasibət bildirib.

O deyib ki, bu hadisə bir neçə vacib məqamı önə çıxarıb:

“Məlum olduğu kimi, ölkəmizdə, ələlxüsus da Bakıda trenajor zallarının sayı kosmik sürətlə artır. Onları açan səriştəsiz işbazlar insanların sağlamlığını qorumaq məqsədi güdmür, yeganə məqsəd pul qazanmaqdır. Canlı orqanın funksiyası və tələbatı haqqında heç bir anlayışı olmayan cavanlar, artıq çəkili qadınlar və kişilər sağlam həyat tərzi yolunu tutmaq əvəzinə, asan üsulla öz qüsurlarını həll etməyə, “formada qalmağa”, yaxud gözə çarpan zahiri görkəm əldə etməyə çalışırlar. Nəticəsi də bütün hallarda uğursuz olur”.

Ə.Əzimzadənin sözlərinə görə, göbələk kimi artan trenajor zallarına axın Azərbaycan cəmiyyətində səhiyyə və qida mədəniyyətinin aşağa səviyyədə olmasına, ölkədə maarifləndirmə işinin aparılmadığına dəlalət edir:

“Halbuki elmə çoxdan bəllidir ki, idmanın bütün növləri sağlamlığın qənimidir. Hamımızın gözü qabağında meydanda yıxılıb ölən, yaxud infarkt keçirən gənc futbulçular, idmanla intensiv məşğul olan adamların az yaşaması bunun qaçılmaz nəticəsidir. İnsanda sinir gücü deyil, əzələ gücü yaradan bütün idman növləri, həmçinin “əzələ yığan” trenajor zalları sağlamlığın düşmənidir”, – Ə.Əzimzadə vurğulayıb.

O bildirib ki, dünyanın tanınmış naturopat alimləri bütün hərəkətləri iki qismə bölüblər: faydalı və zərərli hərəkətlər:

“Ağırlıq qaldırmaq, qaçış, güləş, qaydasız döyüşlər, boks, futbol və idmanın digər növləri daxili orqanlara, ələlxüsus da ürəyə güclü zərbə vurur, ömrü gödəldir. Trenajor zalında olan qurğular da sağlamlığa zərrə qədər də olsun xidmət etmir, xəstəliklərin qarşısını ala, xəstəni sağalda bilmir. Bədənə yaxşı forma verən bu hərəkət növü, təkrar edirəm, ürəyin qənimidir.

Bizə əzələ gücü yaradan idman yox, insana həm yaraşıq verən, həm də onun sağlamlığını qoruyan, bunu itirdikdə isə bərpa edən bədən tərbiyəsi lazımdır. Bədən tərbiyəsinə daxil olan hərəkət növləri kifayət qədərdir. Onların şahı – hər səhər iti addımlarla 8-10 kilometr məsafəni açıq havada qət etmək və dahi yapon alimi Katsudzo Nişinin tövsiyə etdiyi gözəlləşdirici və saflaşdırıcı təmrinləridir. Onlar sağlamlara da lazımdır, eyni zamanda, xəstələrə də, cavanlara da, ahıllara da. Başlamaq heç vaxt gec deyil.

Əlbəttə, adam birdən-birə o boyda məsafəni qət edə bilməz. Ələlxüsus da xəstələr və ahıl adamlar. Ona görə də minimum məsafədən, məsələn, 1 kilometirdən başlamaq və onu tədricən artırmaq lazımdır. Ürəyin evini yıxan qaçışdan fərqli olaraq, iti addımlarla yerimək həm fəqərə sütununu şux vəziyyətə salır, həm dərini gözəlləşdirir, həm də ürəyin və ağ ciyərin fəaliyyətini gücləndirir, əzələləri, damarları, vətərləri, sümükləri möhkəm və elastik edir.

Eyni fikri üzgüçülük haqqında da demək olar. Üzgüçülük də adamı həm yaraşıqlı edir, həm dərini gözəlləşdirir, həm də əzələləri, daxili orqanları möhkəmlədir. Gimnastika, voleybol və tennis oynamaq da faydalı hərəkət növləridir”.

Ə.Əzimzadə deyib ki, bədən tərbiyəsinə daxil olan hərəkətlər həm də sağlamlıq üçün çox önəmli olan bir vacib balansı qoruyub saxlayır. Söhbət daxil olan enerji (qida) çıxan enerjinin (hərəkət) balansından gedir.

“Bu balansı pozan adamların, ələlxüsus da qidada ancaq ləzzət axtaran qarınquluların bədənini ət basır. Artıq ət daxili orqanların ərazisini daraldır, onların funksiyasını pozur. Onlar xilas yolunu trenajor zallarında axtarırlar. Tapa bilmirlər. Xilas yolu – bədən tərbiyəsidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Oktyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri