“Trendyol” sifarişləri gecikir Quru yolla daşınır?
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Trendyol” üzərindən edilən sifarişlərin Azərbaycana çatdırılmasında gecikmələr yaranıb.
“Qafqazinfo” xəbər verir ki, son günlər bir çox müştərilər sifarişlərin əvvəlki dövrlərlə müqayisədə daha gec çatdırılmasından şikayətlənir.
Onların bildirdiyinə görə, əvvəllər sifarişlər təxminən 7-10 gün ərzində Azərbaycana çatdırılırdısa, hazırda bu müddət 15 günə, bəzi hallarda isə bir aya qədər uzanır.
Yayılan iddialarda gecikmənin malların əvvəlki kimi hava yolu ilə deyil, quru yolla daşınması ilə əlaqəli olduğu bildirilir.
Belə ki, daşınma üsulunun dəyişməsinin, eləcə də sərhəd-keçid məntəqələrində sıxlıqların yaranmasının logistika zəncirində fasilələrə səbəb olduğu bildirilir.
Məlumat hələlik rəsmi şəkildə təsdiqlənməsə də, şirkət tərəfindən açıqlama veriləcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 24 Sentyabr 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















