Icma.az
close
up
RU
“Trendyol”dan uşaq qidası sifariş verdi, zay məhsul gəldi: EXPARGO da məsuliyyətdən qaçır: “uyğun bilsək...” VİDEO

“Trendyol”dan uşaq qidası sifariş verdi, zay məhsul gəldi: EXPARGO da məsuliyyətdən qaçır: “uyğun bilsək...” VİDEO

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Onlayn alış-verişin sürətlə yayılması həyatımızı asanlaşdırsa da, bəzən ciddi təhlükələr də yaradır. Xüsusilə körpə qidası kimi həssas məhsulların keyfiyyətsiz və gigiyenasız şəkildə çatdırılması yalnız maddi zərər deyil, insan sağlamlığı üçün böyük risklər deməkdir. İyulun 14-də “Trendyol” platformasından sifariş edilən keçi südü əsaslı körpə qidasının müştəriyə çirkli, pis qoxulu və yararsız halda çatdırılması isə bu təhlükənin acı reallığını bir daha ortaya qoyur.

Bakıvaxtı.az-ın redaksiyasına müraciət edən Bakı şəhər sakini Elman Təhməzovun sözlərinə görə, çatdırılmanı edən EXPARGO əməkdaşı ilə birlikdə məhsula baxış keçirilib:

“Məlum oldu ki, bağlama həm zahirən çirk içindədir, həm də daxili qida maddəsi üfunət iyi verir. Qapaqların açıq olması və məhsulun pis qoxu yayması, xüsusilə də söhbət körpə yeməyindən getdiyini nəzərə alsaq, bu hal sadəcə loqistik səhv deyil, birbaşa sağlamlıq üçün təhlükə yaradan məsuliyyətsizlikdir”.

Vətəndaş sözügedən məhsulu iyunun 26-da sifariş edib, ödənişi isə kart vasitəsilə 3281.51 TL məbləğində (143 manat) həyata keçirib. EXPARGO təhvil sənədində göstərilir ki, müştəri 15 iyul tarixində ödənişi nağd şəkildə tamamlayaraq bağlamanı almaq istəsə də, məhsulun vəziyyəti ilə yerində tanış olduqdan sonra onu qəbul etməkdən imtina edib. Şikayətçi bildirib ki, məhsulun vəziyyəti EXPARGO əməkdaşı tərəfindən də təsdiqlənib, lakin buna baxmayaraq nə məhsul geri götürülüb, nə də pulun qaytarılması ilə bağlı hər hansı addım atılıb.

Burada əsas məsələ təkcə bir bağlamanın keyfiyyətsiz olması deyil, müştəri hüququnun və insan sağlamlığının bu qədər saymazlıqla ayaq altına atılmasıdır. “Trendyol” kimi nəhəng platforma, EXPARGO kimi daşımalarla məşğul olan şirkət belə bir hadisəyə görə heç bir məsuliyyət daşımırsa, bu, artıq ciddi bir problemindən xəbər verir. Körpə qidasının pis qoxu verdiyi, qablaşdırmasının çirkli olduğu, daşınma zamanı gigiyena qaydalarının pozulduğu açıq-aşkar ortadadır. Belə məhsulların satışa çıxarılması, üstəlik heç bir nəzarət və zəmanət olmadan çatdırılması həm istehlakçının hüquqlarını pozur, həm də ictimai sağlamlıq üçün risk yaradır.

Əgər bu gün körpə yeməyində üfunət iyi normallaşdırılırsa, sabah hansı məhsulun təhlükəsiz olacağına kim zəmanət verə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın EXPARGO şirkətinə göndərdiyi sorğu isə tamamilə qəbuledilməz cavabla qarşılanıb. Onlar məsuliyyətdən yayınaraq, “uyğun bilsək, geri dönüş edərik” kimi kobud və qeyri-ciddi ifadələrlə məsələni yumşaltmağa çalışıblar. Bu, həm istehlakçı hüquqlarının laqeydliyinin, həm də insan sağlamlığının heçə sayılmasının açıq sübutudur.

Bu cür laqeyd və məsuliyyətsiz yanaşma həm istehlakçılarda şirkətlərə qarşı inamı sarsıdır, həm də onlayn ticarətin etibarına ciddi zərbə vurur. İstehlakçıların həyatını təhlükəyə atan belə hallar qarşısında susmaq, haqlı tələbləri görməməzlikdən gəlmək yolverilməzdir. İndi ən böyük çağırış həm platformalara, həm daşımaya cavabdeh şirkətlərədir ki, öz məsuliyyətlərini anlayıb müştəri hüquqlarını və sağlamlığını prioritetə çevirsinlər. Əks halda, bu problemlər təkcə fərdi deyil, ümumi sosial fəlakətə çevriləcək.

Bakıvaxtı.az şikayətlə əlaqədar Dövlət Gömrük Komitəsinə də sorğu göndərib. Komitə məsələni müvafiq şöbəyə yönləndirdiyini bildirib və prosesin davam etdiyini qeyd edib.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 İyul 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri