Tribunada ölən azarkeş Bakıya oğlu ilə gəlibmiş Foto
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“Sabah” - “Barselona” oyunu zamanı ölən azarkeşlə bağlı yeni təfərrüat məlum olub.
“Qafqazinfo” “Bakuplus”a istinadən xəbər verir ki, rusiyalı azarkeş “Barselona”nın oyununu canlı izləmək arzusunu həyata keçirmək üçün Bakıya gəlibmiş.
39 yaşlı Anton Petrişev 11 yaşlı oğlu ilə matçı izləməyə gəlib. Oyunun ikinci hissəsində onun qəfil halı pisləşib, huşunu itirib və həkimlər gələnədək dünyasını dəyişib.
Məlumata görə, mərhum Krasnoyarsk diyarının İqarka şəhərindən olan biznesmendir.
Onun həyat yoldaşı və iki azyaşlı övladı qalıb. A.Petrişevin həmçinin Moskvanın “Lokomotiv” klubunun azarkeşi olduğu bildirilir.
Qeyd edək ki, azarkeşin ölümünə ürəktutma səbəb olub.
Bu mövzuda digər xəbərlər:99 yaşlı azarkeş tribunada əyləşib klubuna azarkeşlik etdi
09 Dekabr 2025 10:00
Premyer Liqanın VI turunda tribunada nə qədər azarkeş olub?
29 Sentyabr 2025 10:00
Tribunada Kroyffa heykəl qoyuldu
26 Aprel 2025 18:28
Komandasını tribunada təkbaşına dəstəklədi
21 Dekabr 2025 22:28
UEFA Çempionlar Liqası: “Çelsi”ni tribunada təxminən 800 azarkeş dəstəkləyəcək
03 Noyabr 2025 12:20
Baxış sayı:70
Bu xəbər 26 Noyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















