TRIPP Hörmüz boğazına alternativ ola bilər Uitkoff
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda beynəlxalq ticarət üçün alternativ marşrut təmin edə bilər.
Bu barədə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff TRIPP-ə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
O cümlədən qeyd edib ki, layihənin reallaşdırılması ticarət marşrutlarını bir neçə həftə qısaltmağa, dünyanın müxtəlif regionlarını bir-biri ilə bağlamağa və qlobal ticarət sistemindəki mövcud "boğazları" yan keçməyə imkan verəcək.
"Hörmüz boğazı kimi dar keçidlər olduqda, malların daşınması üçün alternativ marşrutlara sahib olmaq xüsusilə vacibdir", — deyə Uitkoff vurğulayıb.
O, habelə TRIPP-in böyük həcmdə investisiyalar cəlb etmək iqtidarında olduğunu bəyan edib.
Uitkoffun sözlərinə görə, layihə Ermənistana təqdim edilərkən, orada layihənin ölkənin gələcəyinə potensial təsiri yüksək qiymətləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 25 Sentyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















