Icma.az
close
up
RU
Tromblar necə yaranır və niyə təhlükəlidir? Həkim XƏBƏRDARLIĞI

Tromblar necə yaranır və niyə təhlükəlidir? Həkim XƏBƏRDARLIĞI

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illərdə vaxtsız və qəfləti baş verən ölümlərin bir çoxu tromblarla əlaqələndirilir.

Ürək, ağciyər damarlarının trombları daha təhlükəli sayılır. Bu problemin son illərdə daha çox yaranması və cavanlaşması nədən xəbər verir?

Lent.az xəbər verir ki, invaziv kardioloq Cəmil Babayev deyib ki, artıq çəkili, az hərəkətli, ayaqlarına daha çox yük düşən, aşağı ətraflarda ortopedik, travmatoloji cərrahiyyə əməliyyatı keçirən insanlar tromb əmələ gəlməsi baxımından risk qrupuna daxildirlər:

"Bəzi hallarda ürək infarktı nəticəsində baş verən qəfləti ölümlər də trombla əlaqələndirilir. Amma bu fərqli bir məsələdir. Trombun ağciyər damarlarına düşməsi nəticəsində ağciyər emboliyası deyilən bir hal yaranır. Bu xəstəlik zamanı əksər hallarda ölüm faizi çox yüksəkdir. Vaxtında xəstəxanaya çatdırılmasa xəstələrin əksər hallarda həyatda qalmaq ehtimalı çox aşağı olur".

Mütəxəssis deyib ki, xroniki pulmonar emboliya dünyada çox geniş yayılan problemdir. Uzun illərdir ki, bu problemin üzərində çalışılsa da, istənilən nəticəni əldə etmək, problemi tam aradan qaldırmaq mümkün olmur. Amma kəskin pulmonar emboliyanı və onun yaratdığı fəsadları tamamilə aradan qaldırmaq mümkündür.

Onun sözlərinə görə, kəskin pulmonar emboliyanın əsas səbəblərindən biri aşağı ətraf venalarda yaranan problemdir. Bunun nəticəsində tromblar meydana gəlir: "Ayaqlarda hər hansı cərrahiyyə əməliyyatı keçirəndən, ələlxüsus da travmatoloji əməliyyatlar icra olunandan sonra, yetərli profilaktika olsa belə bir hal əmələ gəlir. Kəskin halda yaranan trombun yapışma ehtimalı yoxdur və ona görə də yuxarı hissəyə atılır.  Tromb damarla ürəyin içinə, oradan isə ağciyərə gedir. Tromb ağciyər damarını tutanda emboliya və yaxud ağciyər infarktı əmələ gəlir".

Kardioloq deyib ki, belə xəstələri mütləq xəstəxanaya çatdırmaq lazımdır: "Onlarda kəskin təngnəfəslik yaranır. Soyuq tərləmə, kəskin halsızlıq əmələ gəlir. Rəngin ağarması, huşun itməsi də mümkündür. Belə xəstələr qısa zaman ərzində xəstəxanaya çatdırılmalı və təcili olaraq müayinə edilib müalicə olunmalıdırlar. Bu tip xəstələrə mütləq şəkildə reanimasiya şöbəsində yardım olunmalıdır".

Kardioloqun sözlərinə görə, tromblar əsasən artıq çəkili insanlarda yaranır. Problemə qadınlarda daha çox rast gəlindiyini deyən mütəxəssisin sözlərinə görə, digər səbəb keçirilən əməliyyatlar olur: "Diz oynağında, sümüklərdə, ombada keçirilən əməliyyatlar səbəbindən venoz çatışmazlığı, qan dövranının zəifləməsi trombun yaranması ilə nəticələnir".

Kardioloq deyib ki, tromb heç bir əlamət verməyə də bilər. Trombun olub-olmadığını bilmək istəyən şəxs ilk növbədə həkimə, kardioloqa müraciət etməlidir.  Trombların aşkar edilməsi üçün əsasən USM və dopler müayinəsindən istifadə olunur.

Onun sözlərinə görə, kəskin pulmonar emboliyalarda səbəbdən asılı olaraq müalicə müvəqqəti, yaxud ömürlük təyin olunur: "Əgər bir xəstədə tromb əmələ gəlməyə meyl varsa, dərmanları ömürlük qəbul etməlidir".

Həkim onu da bildirib ki, trombların yaranması irsi faktordan deyil, daha çox şərait, həyat tərzindən asılıdır.

Səyriyən ürək aritmiyalarının trombun əmələ gəlməsində səbəblərdən biri olduğunu açıqlayan kardioloq bu trombların ağciyərə yox, arterial sistemdəki orqanlara - beyinə,  bağırsağa, böyrəklərə, ayaqlara keçə bildiyini bildirib: "Bu, çox təhlükəlidir. Belə tromblar daha çox beyinə atır və insultların əsas səbəblərindən biridir".

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri