Icma.az
close
up
RU
Tromboflebit varikoz xəstəliyinin ağırlaşması

Tromboflebit varikoz xəstəliyinin ağırlaşması

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Tromboflebit qan damarların xəstəliyidir. Bu xəstəlik zamanı damarın divarı iltihablaşır və damarın mənfəzində tromb (qan laxtası) əmələ gəlir.

Tromboflebit çox ağır patologiya sayılır ki, müalicə olunmadığı halda müxtəlif ağırlaşmalar verə bilər və hətta xəstənin ölümünə səbəb ola bilər. Xəstəliyin diaqnostikası və müalicəsi ilə həkim-fleboloq məşğul olur.

Tromboflebit bir çox hallarda varikoz xəstəliyi fonunda inkişaf edir. Məhz bu səbəbdən varikoz mütləq və vaxtında müalicə olunmalıdır. Digər səbəblər arasında:

- qanın laxtalanmasının artması (irsi ola bilər),

- ağır susuzlaşma,

- damara tez-tez kateterin taxılması (bəzi xəstəliklər, cərrahi əməliyyatlar zamanı və s.),

- travmalar (sınıqlar, əzilmələr və s.),

- istənilən cərrahiyyə əməliyyatları,

- onkoloji xəstəliklər,

- hamiləlik və doğuş,

- infeksiyalar və iltihablar,

- artıq çəki,

- ziyanlı vərdişlər (alkoqollu içkilərin həddən artıq qəbulu, siqaret çəkmək vərdişi).

Tromboflebit əksər hallarda aşağı ətraflarda inkişaf edir. Lakin digər damarlarda da inkişaf edə bilər.

Tromboflebitin ilk simptomlarında mütləq həkimə müraciət etmək lazımdır. Vaxtında müalicə olunmamış və ya düzgün müalicə olunmamış tromboflebit tromboemboliyaya səbəb ola bilər. Tromboemboliya çox ağır pozulmadır. Damarın  daxilində olan tromb qan axını ilə hərəkət edə bilər. Tromb digər damarlara və daxili orqanlara düşə bilər. Tromb ağ ciyərlərin arteriyalarına düşdükdə arteriyanın mənfəzi tutulur (buna "tromboemboliya" deyilir) və bu ağır qan dövranı və nəfəsalma pozulmalarına səbəb olur. Bir çox hallarda belə xəstələr reanimasiya şəraitində müalicə alır. Tromb çox böyük olduqda tromboemboliya sürətlə inkişaf edir və xəstənin həlak olması ilə nəticələnir.

Tromboflebitin digər ağırlaşması zədələnmiş ayaqda trofik xoraların əmələ gəlməsidir. Bu xoralar müalicəyə çətinliklə tabe olur, bağlandıqdan bir müddət sonra təkrar açılır.

Tromboflebitin simptomları:

- iltihablaşmış damarın yerində dəri qızarır və daha isti olur (yerli hərarət artır),

- bəzən xəstədə bədən hərarəti arta bilər (38 C kimi),

- xəstə ayaqda dartıcı ağrılar, ağırlıq hiss olunur,

- ödem (şişkinlik) inkişaf edir,

- xəstə ayağın hərəkətliliyi (xüsusilə uzun müddət ərzində gəzdikdə və ya ayaq üstə olduqda) pozulur.

Varikoz xəstəliyi olan insanlar xüsusilə diqqətli olmalı və tromboflebitin ilk simptomlarında fleboloqa müraciət etməlidir.

Müayinədən sonra xəstəyə müalicə təyin olunur. Tromboflebit konservativ (dərmanların köməyi ilə) və cərrahi üsullarla müalicə oluna bilər. Hər bir konkret halda müalicə taktikasını müalicə həkimi tərəfindən təyin edilir.

Konservativ müalicə zamanı xüsusi iltihabəleyhinə preparatlar (diklofenak, ibuprofen və s.), tromblaşma prosesi ilə mübarizə aparan preparatlar (fraksiparin, heparin və s.), trombları "əridən" preparatlar, lazım olduqda antibiotiklər və s. istifadə olunur. Həmçinin xəstəyə kompressiya (sıxma) edən kolqotlar, qolflar təyin olunur. Xəstəyə yataq rejimi və bol mayenin qəbulu təyin olunur.

Ağır vəziyyətlərdə cərrahiyyə müalicəsi tətbiq oluna bilər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri