Trüdo üçüncü dəfə etimadsızlıq səsverməsindən yayınıb
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kanada parlamentinin İcmalar Palatası Baş nazir Castin Trüdonun hökumətinə etimadsızlıq səsverməsinin keçirilməsi təşəbbüsünü dəstəkləməyib.
Təşəbbüsü İcmalar Palatasının 152 üzvü dəstəkləyib, 180-i isə əleyhinə çıxıb.
Qeyd edək ki, “Ipsos” şirkətinin keçirdiyi sorğuya əsasən ölkə sakinlərinin üçdə ikisindən çoxu Kanadanın Baş naziri Castin Trüdonun istefasını istəyir.




