Tuapse neft emalı zavodunda baş verən yanğın beş gündür ki, davam edir
Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya hakimiyyəti bir neçə gündür ki, Ukrayna dron hücumundan sonra neft terminalını bürüyən alovu söndürə bilməyib.
Oxuməni.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə,16 apreldə və 20 apreldə dron hücumlarından sonra baş verən Tuapse neft emalı zavodunda baş verən yanğın beş gündür ki, davam edir. Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkonun Telegram kanalına görə, obyekt hələ də alov içindədir.
"Tuapsedə gözəl gecə" başlığı ilə dərc olunmuş fotoşəkildə neft terminalının üzərindən qalxan qalın tüstü buludları və yanğının hələ də söndürülməmiş qaldığı görünür.
Xatırladaq ki, Tuapsedəki neft anbarına və limanına ilk zərbə 16 aprel gecəsi baş verib və nəticədə ən azı iki neft çəni yanıb.
Rusiya təcili yardım xidmətləri zərbənin nəticələrini aradan qaldırmaq üçün üç gün çalışıb, lakin yanğın hələ də söndürülməyib.
Buna əlavə olaraq 20 aprel gecəsi Ukrayna Müdafiə Qüvvələri Tuapsedəki neft terminalına yeni hücum edib. Məlumata görə, bir neft çəni vurulub və bu da obyektdə daha bir yanğına səbəb olub.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 21 Aprel 2026 07:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















