Tuhel hücum futbolu oynayacaqlarını bildirdi
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel komandasının məqsədlərindən danışıb.
QOL.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis deyib:
"Biz azarkeşlərlə əlaqəni qurmalıyıq. Onlar bizi hiss etməlidirlər. Hiss etməlidirlər ki, biz birlikdə mübarizə aparırıq, birliyi hiss etməlidirlər. Onlar oyunçular arasında sıx əlaqə və qardaşlıq görmək istəyirlər. Əminəm ki, bunun vacibliyi böyükdür, əsasən də yığma komandada.
Premyer Liqa bu oyunçuları tam şəkildə meydana çıxarır, xarakterləri var. İndi bizim işimiz təkcə yaxşı oyunçular yox, yaxşı komanda tapmaqdır. Çox vacibdir ki, tez mənimsəyə biləcəyimiz struktur və prinsipləri tapaq. Bu mənim vəzifəmdir. Biz müxtəlif klublardan fərqli üslublu oyunçuları bir araya gətiririk və məqsədimiz onları bir ideyaya çevirməkdir. Bu fikir, şübhəsiz ki, azarkeşlərimizin görmək istədiyi güclü, hücumameyilli və cəlbedici oyunu olan Premyer Liqanın mahiyyətini əks etdirəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 19 Mart 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















