Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Tükənən, tükənən, cəm…

Tükənən, tükənən, cəm…

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən ilin buvaxtları “Neftçi”nin “sükançısı” təyin olunan Samir Abasovu uğursuz mövsümə görə cəmi bir arqument “xilas elədi”: komandanı mən qurmamışam.

Halbuki “Neftçi”yə gələn baş məşqçinin avrokuboklara vəsiqə qazana bilməməsi uğursuzluğun elə həddidir ki, arqument icad etmək ayıb sayılar…

Nəysə, son illəri daha çox forma dəyişməklə fərqlənən “ağ-qaralar”ın yay transfer pəncərəsində “perestroyka” edəcəyini gözləyən azarkeşlər çox idi. Çünki Abasov baş rolda olmaqla, klub buna ümid verirdi/iddia edirdi.

Polşada keçən mövsümlərarası fasilənin ən uzunmüddətli və bahalı toplanışı, 13 yeni futbolçunun cəlbi, açıqlamalar və s. əsas verdi ki, fanatlar məşəlləri yandırıb meydana axışsın.

…10 tura cəmi 15 xal yığılmışdı. Bu, cari mövsüm üçün iddialı klub qurmağa ən böyük büdcəni xərcləmiş “Neftçi” üçün kafi nəticə sayılır. Deməli, seleksiya işi doğru olmayıb, yenidənqurma keyfiyyətli alınmayıb.

Buna məsul olanların başında isə Samir Abasov gəlir. Klub rəhbərliyi (Onlar hələ tam ayrı hekayənin oyunçularıdır; ondan da bəhs edəcəyik) və Abasov mövsüm başlayan ərəfədə media önünə çıxdı. Xatırlayırsınızsa, nə rəhbərlik, nə Samir çempionluq sözü verdi…

Azı 3-4 dəfə daha az xərcləyən “Turan Tovuz”un prezidenti də, məşqçisi də çempionluq iddiasını açıq səsləndirdi, “Sabah”, hətta “Zirə” də bu qəbildən açıqlamalar verdi, “Neftçi” (!) isə ehtiyatlı danışdı, dolayı bildirdi.

…Abubakar transferi ilə “refresh” havası yaya bildi. Ancaq ölkə futbolunun gedişatına bələd olanlar bilirdi ki, bu güllə bahar olmayacaq.

Və “Qarabağ”la oyunda abubakarlı-abubakarsız “Neftçi”nin gücü, mahiyyəti ortaya çıxdı.

Artıq neçə turdur, Samirin sudan quru çıxarılması üçün manipulyativ gedişatlar edənlər də yorulub. Hə, ok, “Neftçi” yaxşı oynayır, ancaq nəsə alınmır…

Bu söhbət daha çox “Qəbələ”yə yaraşır. Həqiqətən, Saxadadzenin “drujinası” təzyiq göstərir, yaxşı futbol elementləri qurur, lakin nəticə yoxdur. Çünki son nöqtəni qoymağa, qoyulsa da, qorumağa resurs yetmir. “Neftçi” üçünsə bunu demək olmaz.

Maddi imkan yüksəkdir, ilk mövsümündə uğursuz olan məşqçiyə etimad göstərilib.. prinsipcə, psixoloji-mənəvi effekti ən yüksək həddə olmalıydı, lakin biz bu pozitivliyin heç nəyini görmürük.

Deməli, 0:2 hesabı ilə uduzan “Neftçi”nin “yaxşı ortabab” olmaqdan yuxarı ehtimalı görünmür. Abasov Məsiyevin üzərinə gedir, guya oyunun qırılma nöqtəsinin penalti qərarından qaynaqlandığını iddia edir və mərkəzdənqaçma meyli ilə manipulyasiya edir. Halbuki hədəfdə Abasovdur və onun özünə bab rəqiblərə qarşı dominantlıq bir yana, epizodik üstünlük yarada biləcək sistemi də görünmür.

Rəhbərlik düşünməlidir; Samir və ona bəraətqazandıranlar vaxt itkisidir. Artıq onun da manipulyant qrupu yaranıb. Əfsus ki, 4-5 fərqli məşqçidən biri kimi ola bilmədi, “mediatik dostlar” taktikasına keçdi.

“Qarabağ” səhv etməyənə qədər “Neftçi” o futbolla qol vura bilməyəcəkdi. “Dirijoru” Rezabala, sprinti Faraj olan komandadan şok effektli hücumlar gözləmək əbəsdir.

Eminin məcburi əvəzetməsindən sonra orta və hücumla əlaqəni diriltməkçün heç bir vasitəsi olmayan baş məşqçi, əlbəttə, hakimə çəmkirəcək, ordan-burdan elə-belə danışacaq…

Nə sağ, nə sol cinah işlədi. Həmlələrin effektivliyi yox dərəcəsində. Abubakarın faydalı iş əmsalını sıfıra endirilmişdi, Abasov bu “böhrana” da əlac tapa bilməyib onu oyundan çıxardı. Nə o əvəzetmə, nə də bir-iki rotasiya cəhdi oyunu dəyişdi. “Qarabağ” istədiyi kimi oynayıb, uddu.

“Neftçi” 11 turdan sonra 15 xalla 7-ci yerdədir. Faktiki olaraq hətta çempionluq şansı da yüksək görünür – liderlə cəmi 8 xal fərq. Lakin mövcud vəziyyət nəinki buna, heç avrokuboklara düşmək ehtimalı vermir.

“Qarabağ”, “Sabah”, “Turan Tovuz” həm daha yuxarı pillələrdədir, həm daha güclü oynayır. Üstəlik, “Zirə”, “Araz Naxçıvan”… hətta “Sumqayıt” belə daha yuxarıdadır və daha inamlı görünürlər.

Samirin nəticələri və danışıqları potensialı haqda bariz mənzərə yaradır – tükənib. “Neftçi”nin 11 oyununun hər birini izləmiş biri kimi, vaxtilə böyük rəğbət bəslədiyim Abasovla debata belə çıxıb, detallı isbatlaya bilərəm – onun gördüyü yanlışdır və bu gedişat “Neftçi”ni layiq olduğu yerə daşımağa qadir deyil.

Elçin Cəlilov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 Noyabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri