Icma.az
close
up
RU
Tullantıların təkrar emalı: Həm təbiət qorunur, həm də...

Tullantıların təkrar emalı: Həm təbiət qorunur, həm də...

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi

Son illər dünyada ekoloji tarazlığın qorunması və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə tullantıların təkrar emalına xüsusi önəm verilir. Bu sahədə bir sıra ölkələr ciddi addımlar ataraq həm təbiəti mühafizə edir, həm də iqtisadi fayda əldə edirlər.

Bəs Azərbaycanda da bu istiqamətdə işlər necə gedir?

Qorxmaz İbrahimli: Azərbaycanda bu istiqamətdə ciddi addımın atılması məqsədəuyğundur

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, tullantıların təkrar emalı dünya üçün bir yenilik deyil, bu proses on illər əvvəl də mövcud olub.

Onun sözlərinə görə, çevrənin çirklənməsinin qarşısını almaq məqsədilə dənizlərə və okeanlara atılan tullantıların toplanaraq müəyyən şəkildə emal edilməsi təbii ki, təqdirəlayiqdir. Ən azı bu proses dəniz canlılarının həyatını qorumağa kömək edir.

Ekoloq qeyd edib ki, Azərbaycanda təkrar emal üçün böyük bir zavod inşa olunub:

"Küçələrdən, müxtəlif yerlərdən və parklardan toplanan tullantılar bu zavodda emal olunur. Tullantılar növlərinə görə çeşidlənir və emal prosesi həyata keçirilir".

Müsahibimiz bildirib ki, cəmiyyətdə təkrar emal mədəniyyəti hələ tam formalaşmayıb. Avropa ölkələrinin bəzilərində artıq mənzillərdə tullantıların çeşidlənməsi xüsusi tələb kimi qoyulub. Əgər bu tələb yerinə yetirilmirsə, sakin cərimələnir. Azərbaycanda isə bu istiqamətdə hələ ciddi bir addım atılmayıb, lakin belə bir addımın atılması məqsədəuyğundur.

"On illər əvvəl Balaxanı zibilliyi çox bərbad vəziyyətdə idi. Bəzən oradan gələn üfunət bütün şəhərə yayılırdı. Təkrar emal sahəsində inkişaf etdiyimizi göstərən əsas amillərdən biri də bu problemin artıq həll olunmasıdır", - deyə Qorxmaz İbrahimli vurğulayıb.

Kamran Əsədov: Təhsil proqramlarında ekoloji mövzulara ya ümumi şəkildə toxunulur, ya da...

Mövzunun məktəblərdə maarifləndirilməsi məsələsinə toxunan təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, məktəblərdə bu mədəniyyətin formalaşdırılmaması gələcək nəsillərin ekoloji məsuliyyətsizliyi ilə nəticələnə bilər:

"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 18-ci maddəsində ümumi təhsil pilləsində şagirdlərin ətraf mühitə münasibətində məsuliyyət hissinin formalaşdırılması vacib məqsədlərdən biri kimi göstərilir. Eyni zamanda “Ekoloji təhsil və maarifləndirmə haqqında” Qanuna əsasən, bütün təhsil pillələrində ekoloji mövzuların sistemli şəkildə tədrisi və praktiki vərdişlərin aşılanması tələb olunur. Lakin real vəziyyət onu göstərir ki, bu müddəalar hələ praktikada ardıcıl və effektiv şəkildə tətbiq edilmir. Təhsil proqramlarında ekoloji mövzulara ya ümumi şəkildə toxunulur, ya da formal xarakter daşıyır, bu da şagirdlərdə davranış səviyyəsində dəyişiklik yaratmır".

Onun sözlərinə görə, məktəblərdə təkrar emal mədəniyyətinin formalaşdırılması üçün bir neçə istiqamətdə transformasiya vacibdir:

"Əvvəla, tədris proqramı nəzəriyyədən çıxaraq praktikaya keçməlidir. Məsələn, Finlandiya və Almaniya kimi ölkələrdə məktəblər sadəcə ekoloji maarifləndirmə aparmır, həm də təkrar emal fəaliyyətini məktəbin gündəlik həyatına inteqrasiya edir. Almaniyada bir çox məktəbdə “yaşıl patrul” adlı könüllü şagird qrupları fəaliyyət göstərir və məktəbdə tullantıların çeşidlənməsinə nəzarət edir. Azərbaycanda da belə mexanizmlər tətbiq olunsa, həm şagirdlərdə məsuliyyət hissi güclənər, həm də praktiki bacarıqlar inkişaf edər”.

Həmsöhbətimizə görə, digər tərəfdən, infrastruktur təminatı da geridə qalır. K.Əsədov bildirib ki, bir çox məktəbdə nəinki təkrar emal üçün zibil qutuları yoxdur, hətta bu anlayış barədə şagirdlər heç vaxt məlumat belə almır:

“Bu baxımdan Elm və Təhsil Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında institusional əməkdaşlıq formalaşdırılmalı, məktəblərdə rəngli çeşidləmə qutuları, təkrar emal üçün konteynerlər yerləşdirilməli və bu prosesə dair maarifləndirici materiallar hazırlanmalıdır. Belə tədbirlər həm də məktəb icmasını – müəllimləri, valideynləri, texniki heyəti – bu prosesə cəlb etmək üçün zəmin yaradar".

Ekspert bildirib ki, bu mədəniyyət yalnız tədbirlərlə deyil, eyni zamanda davamlı dəyərlərlə formalaşdırılmalıdır:

"Məsələn, məktəblərdə kağız israfının qarşısının alınması, elektron jurnal sisteminə keçid, vəsaitlərin çevik istifadəsi və tullantıların azaldılması istiqamətində davranış nümunələri tətbiq olunmalıdır. Bu yalnız ekologiyanı deyil, eyni zamanda iqtisadi davranış modelini də dəyişir. İsveçdə təkrar emal mədəniyyəti elə səviyyəyə çatıb ki, ölkə artıq başqa ölkələrin tullantılarını alaraq emal edir və buradan iqtisadi gəlir əldə edir. Bu modelin əsas dayaq nöqtəsi isə məktəbdə verilən təhsildir".

Məsələnin müsbət tərəflərindən bəhs edən təhsil eksperti vurğulayıb ki, Azərbaycanda bir sıra özəl məktəblər və beynəlxalq proqramlar çərçivəsində fəaliyyət göstərən təhsil müəssisələri artıq bu istiqamətdə addımlar atır.

"“Eco-Schools” proqramına qoşulan məktəblərdə müəyyən nəticələr müşahidə olunur. Lakin bu proqramların əhatə dairəsi olduqca məhduddur və ümumtəhsil məktəblərinin böyük əksəriyyəti bu imkanlardan kənarda qalır. Digər tərəfdən, valideynlərin də bu prosesə cəlb edilməsi üçün geniş ictimai maarifləndirmə kampaniyaları zəruridir. Uşaq məktəbdə öyrəndiyi davranışları evdə təkrarlamadıqda və ya valideynlər tərəfindən dəstəklənmədikdə bu vərdişlər davamlı olmur".

K.Əsədov hesab edir ki, əgər bu istiqamətdə sistemli və koordinasiyalı yanaşma tətbiq olunarsa, bir neçə il ərzində məktəblər yalnız ekoloji maarifləndirmə mərkəzi deyil, həm də cəmiyyətin davranış nümunəsini dəyişdirən əsas strukturlardan birinə çevrilə bilər. Əks halda, sadəcə kampaniya xarakterli aksiyalar və formal tədbirlərlə bu mədəniyyəti formalaşdırmaq mümkün olmayacaq.

"Təkrar emal mədəniyyəti təhsilin əsas komponentlərindən birinə çevrilməli, bu yanaşma dövlət proqramları və məktəb rəhbərlikləri tərəfindən dəstəklənməli və resurslarla təmin olunmalıdır. Təhsil sisteminin transformasiyası yalnız akademik nəticələrə deyil, həm də həyat bacarıqları və dəyərlərin aşılanmasına yönəldilməlidir. Çünki ekoloji məsuliyyət təkcə gələcəyin deyil, həm də bu günün təhlükəsizliyidir",- deyə Kamran Əsədov bildirib.

Nuriyyə Musayeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Aprel 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri