Icma.az
close
up
RU
“Tunellərə girişin bağlanması təcrübəsi bir çox ölkələrdə var”

“Tunellərə girişin bağlanması təcrübəsi bir çox ölkələrdə var”

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Eyni zamanda, “tənqid et - təklif et” prinsipi ilə hərəkət edən Eldar Əzizovun çıxışı nədənsə bəzi ictimaiyyət və bir sıra yerli bloqçuların narazılığına səbəb olub.

Paytaxt İcra Hakimiyyətinin başçısı bildirib ki, leysan yağışları zamanı təhlükəni minimuma endirmək üçün müvəqqəti tədbir kimi güclü yağışlar zamanı avtonəqliyyat vasitələrinin tunellərə və yeraltı keçidlərə girişinə məhdudiyyət qoyulmalıdır.

Məncə, çox məntiqli təklifdir. Məsələnin mahiyyətini öyrənməkdənsə, emosional düşünməyə öyrəşmiş şəxslər üçün nəzərinizə çatdırım ki, Eldar Əzizov nou-hau təklif etmir. Güclü yağış zamanı tunellərə girişin bağlanması təcrübəsi bir çox ölkələrdə mövcuddur - bu, daşqın və qəzaların qarşısını almağa kömək edən təhlükəsizlik tədbiridir. Bu, xüsusilə yağışların intensiv olduğu və suyun səviyyəsinin kəskin yüksəlməsi ilə müşayiət olunan bölgələrə aiddir.

Su səviyyəsinin sensorları və avtomatik maneələrdən istifadə etməklə və ya əl ilə, yol xidmətlərinin mülahizəsinə uyğun olaraq belə bağlanmalar avtomatik olaraq baş verə bilər. Bir sıra ölkələrdə hətta tunellərdə xüsusi drenaj sistemləri və nasos stansiyaları var, lakin onların işi uğursuz olarsa bu zaman giriş bloklanır.

Məsələn, Barselona və Madriddə güclü yağış zamanı bələdiyyə orqanları tunelləri və yeraltı keçidləri müvəqqəti bağlaya bilər. Xəbərdarlıq sistemləri və avtomatik maneələr var. Daha dəqiq desək, 2022-ci ildə Madriddə güclü yağış zamanı Avropanın ən böyük tunellərindən biri olan Calle 30 tunelinin bir hissəsi müvəqqəti bağlandı.

Seulda da suyun səviyyəsi icazə verilən həddi keçdikdə tunellərə girişi bağlayan avtomatlaşdırılmış sistem var. Burada kameralar və sensorlardan istifadə olunur. Dorimcheon Tuneli tayfunlar və güclü yağışlar zamanı mütəmadi olaraq bağlanır.

Los-Anceles və Nyu-Yorkda daşqınlar və qasırğalar zamanı (məsələn, 2012-ci ildə Sandy kimi) daşqın və insan tələfatının qarşısını almaq üçün tunellər əvvəlcədən bağlanır. Xüsusi hermetik qapılar metrolarda və avtomobil tunellərində istifadə olunur.

Nəhayət, Münhen və Hamburqda güclü yağış proqnozlaşdırılarsa, tunellər (məsələn, dairəvi yollarda) müvəqqəti bağlana bilər. Bu, çox vaxt yol nişanlarında mesajlarla müşayiət olunur.

Belə çıxır ki, Eldar Əzizov heç də özünün deyil, “Azərsu” ASC-nin günahkar olduğu problemin həlli üçün mövcud xarici təcrübənin mənimsənilməsini təklif edir. Bu, əgər məsələnin mahiyyətini öyrənərək, emosiyalar olmadan, vicdanla düşünsək aydın görünür. Başqa halda  emosional və fərq qoymadan baş verənlərə görə hətta 26 Bakı komissarını günahlandırmaq olar.

Əkbər Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Aprel 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri