Tünzalə Ağayeva “Bir ocaqda iki şairin işığı” adlı poeziya gecəsində
Olay.az saytına istinadən Icma.az xəbər verir.
Xalq artisti Tünzalə Ağayeva Xalq şairləri Səməd Vurğun və Rəsul Rzanın xatirəsinə həsr olunan “Bir ocaqda iki şairin işığı” adlı musiqili-poeziya gecəsində iştirak edib.
OLAY yazır ki, mərasim Rəsul Rzanın Ev Muzeyində baş tutub. Tədbirdə pop ulduz Tünzalə Ağayeva qonaqların qarşısında çıxış edib.
Sənətkarın ifası zamanı onu dahi şair Səməd Vurğunun nəticəsi fortepianoda müşayiət edib.
Tünzalə Ağayeva hər kəsin sevgisini qazanan sözləri Səməd Vurğun, musiqisi sənətçinin özünə məxsus olan “Xavərim” mahnısını ifa edərək, tədbirə xüsusi bir ruh və dərin bədii atmosfer qatıb.
Xalq artisti həmçinin sözləri Nigar Rəfibəyliyə, musiqisi unudulmaz bəstəkar Emin Sabitoğluna aid olan “Neyləyim” mahnısını da canlı ifa edərək iştirakçılara unudulmaz anlar bəxş edib.
Baxış sayı:142
Bu xəbər 07 May 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















