Icma.az
close
up
RU
Tupak Şakurun qətlində Diddinin əli ola bilər

Tupak Şakurun qətlində Diddinin əli ola bilər

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Məşhur reper və prodüser Şon Kombsun (P.Diddi) istintaqı ilə bağlı yeni iddialar ortaya çıxıb.

Axşam.az xəbər verir ki, reperə qarşı qaldırılan yeni mülki iddiada o, Tupak Şakurun qətlini misal çəkərək, zərərçəkmiş şəxsi qorxudub və susmağa məcbur etməyə çalışdığı bildirilib.

"New York Post" yazır ki, iddiaçı Stiv Otisin sözlərinə görə, 2012-ci ildə eskort kimi çalışdığı dövrdə P. Diddi Manhettendəki hotellərdən birində ona qarşı seksual zorakılıq törədib. İddia materiallarında bildirilir ki, hadisədən sonra reper Otisi hədələyib və 1996-cı ildə qətlə yetirilmiş Tupak Şakurun adını çəkib.

İddiaçının açıqlamasına əsasən, Diddi bildirib ki, əgər Stiv Otis baş verənlər barədə danışarsa, Tupakı "aradan götürdüyü" kimi, onun da başına eyni hadisə gələ bilər.

Sənəddə həmçinin qeyd olunur ki, 2014-cü ildə Otisin P.Diddinin instaqram paylaşımına yazdığı şərhdən sonra təhdidlər guya vasitəçilər vasitəsilə yenidən davam etdirilib. Otisin sözlərinə görə, ona reperlə münaqişə yaşayan insanların "yoxa çıxa biləcəyi" mesajı verilib.

İddiada bildirilir ki, Otis yalnız illər sonra reperin seksual cinayətlərlə bağlı başqa səs-küylü iş üzrə həbs olunmasından sonra məhkəməyə müraciət etməyə cəsarət edib. Tərəflərin nümayəndələri məsələ ilə bağlı şərh verməyiblər.

Qeyd edək ki, hazırda Şon Kombsa qarşı təxminən 70 mülki iddia qaldırılıb. Bu iddialarda seksual təcavüzdən tutmuş zorlamaya qədər müxtəlif ittihamlar yer alır. Xatırladaq ki, məhkəmə çəkişmələri 2023-cü ilin sonlarında onun keçmiş sevgilisi Kessi Ventura tərəfindən verilən iddiadan sonra başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://axsam.az
archiveBu xəbər 30 Yanvar 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see218

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see207

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see205

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see202

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see194

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see193

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see191

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see186

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see185

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see182

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see181

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see177

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see173

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see173

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see173

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see172

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see169

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see169

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri