Tural Cəlilov: Tətilə qələbə ilə yollanmaq futbolçularda ruh yüksəkliyi yaradır
Icma.az bildirir, sport24.az portalına istinadən.
"Çox güclü rəqibə qarşı oynadıq. İlk dövrədə də "Səbail"dən bir xal ala bilmişdik. Güclü heyətləri var, şərait baxımından bizdən üstündürlər. Bizim vəziyyətimiz isə hamıya məlumdur. problemlərimiz çoxdur". Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqa təmsilçisi "Şimal"ın kapitanı Tural Cəlilov deyib.
Təcrübəli futbolçu komandasının liqanın 12-ci turunda "Səbail"i məğlub etdikləri oyun haqda fikirlərini bölüşüb:
"Heyət olaraq güclənməliyik. Çempionatda 1-2 oyunu çıxmaq şərtilə bütün matçlarda yaxşı çıxış etmişik. Sadəcə, yaratdığımız epizodları boşa vermişik. Bu nəticə nə vaxtsa gəlməli idi ki, bu da "Səbail" ilə matça təsadüf etdi. Futbolçular sona qədər döyüşdü, yaratdığımız epizodlardan istifadə edib qələbə qazandıq. 3 xal bizim üçün önəmli idi. Tətilə qələbə ilə yollanmaq futbolçularda ruh yüksəkliyi yaradır. Fasilədə yeni transferlər etmək istəyirik. Mövsümün ikinci yarısında daha yaxşı olmalıyıq. Birinci Liqada ilk ilimiz olsa da, liqanı tərk eləmək istəmirik".
Qeyd edək ki, "Şimal" Birinci Liqada 12 turdan sonra 5 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 26 Dekabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















