Icma.az
close
up
RU
Tural Əhmədov: Ömrümün 15 ilini Azərbaycan mediasına xidmət etməklə qeyd edirəm

Tural Əhmədov: Ömrümün 15 ilini Azərbaycan mediasına xidmət etməklə qeyd edirəm

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bildiyiniz kimi bu gün ölkəmizdə jurnalistərin peşə bayramı eləcədə Azərbaycan Mətbuatının 150 illiyi qeyd olunur.

Müxtəlif media qrumlarının rəhbərləri bu günlə bağlı sosial şəbəkələrdə status yazaraq həmkarlarını təbrik edirlər.

1xeber.media-nın rəhbəri Tural Əhmədov instagram hesabında status yazaraq bu günün özəlliyinə xüsusi diqqət çəkib:

"2005-2009 cu illərdə jurnalistika fakültəsində oxuduğum illərdə ölkənin ən tanınmış jurnalistləri olan mərhum Şirməmməd Hüseynov, Yalçın Əlizadə, Mahmud Mahmudov, Cahangir Məmmədli və digərlərindən dərs aldım. Onlardan öyrəndiklərimi bu gündə təkminləşdirirəm. Çünki jurnalist olmaq təkcə peşə sahibi olmaq deyil, yaradıcılıqla yanaşı sosial məsuliyyət daşıyıcısıdır. Jurnalist xəbər və ya digər ictimai, siyasi, sosial məlumatları toplayan, yazan və ya ictimaiyyətlə paylaşan bir şəxsdir. Bu şəxs hər zaman öz öhdəliklərini bilməli, məsuliyyət hissini itirməməlidir.  Mətbuatımızın şərəfli tarixini yazanlar bizlərə onu qorumağı əmanət ediblər. Əmanətə isə xəyanət olmaz!

Cənab prezident İlham Əliyevin ölkə mətbuatına, medianın inkişafına həssas və diqqətcil yanaşmasının məntiqi nəticəsini 44 günlük Vətən savaşında daha da aydın gördük. Mediamız bu savaşdan üzüağ çıxdı. 

Azərbaycan mediasının bu günkü inkişafı, mətbuatımızın qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilməsi, informasiya savaşında haqq sözümüzü deməyi bacarmaq, ölkəmizlə bağlı reallıqların dünya ictimaiyyətinə obyektiv və dürüst formada çatdırılması təqdirəlayiqdir. 

Medianın İnkişaf Agentliyinin (MEDİA) yaradılması isə görülən işlərin uğurlu nəticəsidir. Və bununlada medianın inkişafını dəstəkləmək, media sahəsində mütəxəssislər hazırlamaq və onların əlavə təhsilini təşkil etmək audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətini dəstəkləmək media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqini stimullaşdırmaq MEDİA-nın əsas konsepsiyasıdır. Media savadlılığının artırılması, müxtəlif növ tədbirlərin keçirilməsi isə görülən işlərə mühüm töhfə verir.

Uzun sözün qısası: Ömrümün 15 ilini Azərbaycan mediasına xidmət etməklə qeyd edirəm. Və bu günün digər özəlliyi isə ölkə səviyyəsində Milli Mətbuatımızın 150 illiyinin qeyd olunmasıdır. Şərəfli bir tarixə şahidlik edirik. Bu bayram təkcə jurnalistlərin deyil, cəmiyyətin bayramıdır. Bayramımız mübarək!"

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 İyul 2025 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri