Icma.az
close
up
RU
Tural İrfan: “İslamda kollektiv cihad anlayışı yoxdur”

Tural İrfan: “İslamda kollektiv cihad anlayışı yoxdur”

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Din xadimləri dövlət qərarlarına zidd fətva verə bilməz

İraqda şiələrin dini lideri ayətullah Seyid Əli Sistani İranın müdafiəsi üçün kollektiv cihad barədə fətva verib. Bu barədə İnqilab Keşikçiləri Korpusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ayətullah Seyid Əli Sistani İran İslam inqilabının qorunması üçün kollektiv cihadın vacibliyini vurğulayıb.

 Böyük ayətullah Seyid Əli Sistani İran İslam inqilabını müdafiə etmək üçün kollektiv cihadın zəruri olduğunu qeyd edib. 

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a açıqlamasında İslam dinində cihadın fitva ilə başlanılan ibadət olmadığını deyib. Onun sözlərinə görə, Cihad füruiddin adlanan İslamın şərtlərindən biridir və namaz kimi ibadətdir:

"İbadət üçün də fitva gərəkmir. Haçan dövlətə, İslama, Vətənə xəyanət, hücum baş verərsə həmin müsəlman dövlətinin başçısı siyasi qərar qəbul etdikdən sonra din xadimlərinə də bu barədə aydınlıq verildikdən sonra bu haqda çağırış ola bilər. Sistani İraqda heç bir dövlət vəzifəsi daşımır. Dövlətin içində dövlət qurmaq İslama yaddır. İraq hökumətinin müharibə qərarı öz ölkəsinə təcavüz olduğu halda baş verə bilər. Bu da vaxtilə baş verdikdə, ABŞ İraqa hücum etdikdə Sistani Vətəni qorumaq üçün yox, istilaçı ordunun İraqı işğal etməsinə şərait yaradılması üçün fətva verdi, hətta Pentaqondan bunun müqabilində böyük məbləğdə vəsait də aldı. Sonra bunu da fətvası ilə etiraf etdi. Hazırki müharibə İslama qarşı deyil, siyasi səbəblərlə bağlıdır. Din isə siyasətdən ayrıdır. İslamda "kollektiv cihad" yaxud "ayrı cihad" anlayışı da yoxdur. İran başqa dövlətdir, İraq başqa".

T. İrfan bildirib ki, Bir ölkənin digər ölkədəki daxili proseslərə müdaxiləsi həm siyasi həm də dini yöndən uyğun deyil:

" Əgər bu fətvanın İslamı və müsəlmanları müdafiə üçün verildiyi deyilirsə o zaman vaxtilə İraq, Əfqanıstan, Liviya, Fələstin işğal olunanda niyə verilmədi? Yadud Kəşmir müsəlmanları, Uyğur müsəlmanları, Qarabağ müsəlmanları soyqırımına məruz qalanda, məscidlər viran ediləndə nə üçün verilmədi? Demək belə fətvalar dini yox siyasi xarakter daşıyır, İslamı yox hansısa rejimi qorumaq üçün verilir. Cihad siyasi hakimiyyətləri, rejimləri qorumaq üçün yox, dini, dini abidələri, xalqı, Vətəni qorumaq üçün mümkün qanuni, hüquqi yollarla mübarizədir. Şəxslərin, siyasi rejimlərin müdafiəsi üçün difa deyilən müdafiə üsulu var. Cihad sırf dini məsələdir, onu siyasi proseslərdə alət etmək olmaz. Dinə görə cihaddan əvvəl sülh çağırışı haqda bəyanat olmalıdır. İslam qana, müharibəyə hər zaman qarşıdır. İslam sözünün mənası da sülh deməkdir. Sistani və bu kimi digər siyasi liderlər əvvəlcə sülhə çağırış etməlidir. Müharibə onsuz da gedir. Gedən müharibəni daha da alovlandırmaq asandır. Əsas lider odur ki, bu alovu söndürməyə çalışsın. Daha da qızışdırıb fətva ilə müsəlmanların qanının tökülməsinə, məscidlərin viran olmasına şərait yaratmaq dinin sülh ruhuna ziddir. Belə fətvalar mövcud münaqişəni siyasi müharibədən dini müharibəyə çevirməyə cəhddir". 

T. İrfanın sözlərinə görə, Sistani əsasən ABŞ və Britaniya ilə sıx əlaqələri olan şəxsdir:

"Ola bilsin Qərbin ideoloji institutları açıq dini savaşa, səlib yürüşünə cəhd edirlər. Buna haq qazandırmaq üçün də əvvəlcə müsəlmanlar tərəfindən dini savaşa çağırış bəyanatının olmasını istəyirlər. Beləcə Sistaniyə cihad fətvası verdirib sonra da buna qarşılıq xristian dünyasının dini savaşa qarşılıq verdiyini əsaslandıracaqlar. Hazırda ABŞ və İsrailin İrana qarşı savaşı İslama qarşı savaş kimi elan olunmayıb və hadisələr zəminində də dini dəyərlərə, ibadətgahlara qarşı açıq çağırışa rast gəlinmir. Müharibəni siyasi sistemin fəaliyyəti ilə əlaqələndirirlər. Cihad o zaman aktauldır ki, açıq şəkildə İslama qarşı, dini məhv etmək üçün müharibə elan olunsun. O zaman müqəddəs dəyərləri qorumaq naminə müdafiə cihadı baş tuta bilər. Ən əsası da hazırki dünyada din xadimləri mövcud olduqları dövlətin hakimiyyətinə müxalif qərarlar verə bilməzlər. Çünki dini lider siyasətçi deyil və dövlətin daxili işlərindən tam məlumatlı deyil. Mahiyyətinə tam bələd olmadığı mövzu ilə bağlı xarici təsirlərə uyub emosional qərarlar qəbul etmək dini qorumaq əvəzinə daha da siyasi gərginliyi artıra bilər. Digər böyük qrupların Sistaninin bu çağırışına qoşulacaqlarına ehtimal azdır. Çünki müasir dünyada qeyd etdiyim həqiqətləri artıq insanlar dərk edir, reallığın əslində nədən ibarət olduğunu anlayır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Mart 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri